Bakalavr tədris olunan fənlərin qısa xülasəsi
CIT-1400 İnformatika 1 (3 kredit)
Prerekvizit: yoxdur
Bu fənn iqtisadi informasiyanın işlənməsinin rəqəmsal əsasları, iqtisadi informasiyanın işlənməsinin texniki vasitələri, iqtisadi məsələlərin kompüter texnologiyalarının tətbiqi ilə həlli alqoritm və proqramları, iqtisadi fəaliyyətdə yeni informasiya texnologiyalarından istifadə, iqtisadi resursların, əmtəə və xidmətlərin kompüter şəbəkələri mühitində axtarışı, emalı, paylanmasının üsul və vasitələri.
CIT-1401 İnformatika 2 (3 kredit)
Prerekvizit: CIT-1400
Web texnologiya və hipermətn resurslarından istifadə, iqtisadi obyektlərin və proseslərin informasiya bazalarının yaradılmasının üsul və vasitələri, müasir informasiya-kommunikasiya texnologiyaları, iqtisadi təhlilin aparılmasında müasir elektron texnologiyalardan istifadə, hər bir konkret situasiya (obyekt) üçün dünyada mövcud olan texniki-proqram vasitələrinin optimal tərkibi və quruluşunun seçilməsi haqqında məlumat verir.
MATH 1400 Riyaziyyat-I (6 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə çoxluqlar, Eyler-venn dairələri, funksiyalar, ədədi ardıcıllıqlar, inteqral, sıralar, diferensial tənliklə,-ölçülü hesabi fəza, matrislər və determinantlar, xətti tənliklər sistemi, xətti çevirmələr (operatorlar),-in həndəsəsi, xətti bərabərsizliklər sistemi, qabarıq çoxluq və onun künc nöqtəsi, təsadüfi hadisələr, ehtimallar öyrənilir.
MATH 1401 Riyaziyyat - II (6 kredit)
Prerekvizit: MATH 1400
Bernulli sxemi, təsadüfi kəmiyyətlər, böyük ədədlər qanunu və mərkəzi limit teoremləri, seçmə xarakteristikaları, paylanma parametrlərinin statistik qiymətləndirilməsi, statistik fərziyyələrin yoxlanması, dispersiya analizi, korrelyasiya və reqressiya analizləri haqqında məlumat verilir.
HIST 1206 Dünya tarixi və mədəniyyət (4 kredit)
Prerekvizit: yoxdur.
Qədim Yunan və Roma, Misir, Babil, Assur, Yaxın Şərq (Suriya, Fələstin), İran, Hind, Çin, Türk tarixi və mədəniyyəti. Orta əsrlərdə baş verən əsas hadisələr və proseslər. Tarixin müasir və ya ən yeni dövrü. I Dünya müharibəsinin sonundan hal-hazırkı dövrə qədər davam edən proseslər. SSRİ-nin çökməsindən sonra dünyada baş verən hadisələr, qlobal siyasi və iqtisadi məsələlər. Müasir dünyanın iqtisadi və siyasi mənzərəsi
MATH 2403 Ekonometrika (6 kredit)
Prerekvizit: MATH1201
Bu fənn riyazi proqramlaşdırma, xətti cəbrin elementləri, xətti, kəsr-xətti və parametrik proqramlaşdırma məsələlərini, oyunlar nəzəriyyəsinin elementlərini. dinamik proqramlaşdırma məsələsinin qoyuluşu və onun həll alqoritmini, qeyri-xətti proqramlaşdırma məsələsi və onun həll üsulları, iqtisadi-riyazi modelləşdirmənin metodoloji əsasları, bazar strukturlarının optimal idarə edilməsi məsələsinin qoyuluşu, makroiqtisadi modellər sistemi haqqında məlumat verir, sosial-iqtisadi proseslərin modelləşdirilməsini, adekvat modellərin seçilməsi prosesini tədris edir.
MATH 2400 Statistika (4 kredit)
Prerekvizit: MATH 1401
Bu fənn statistika elminin predmeti, metodu və vəzifələri, statistika müşahidəsi, materialların yekunlaşdırılması və qruplaşdırılması, statistika cədvəlləri və qrafikləri, mütləq, nisbi və orta kəmiyyətlər, variasiya göstəriciləri, seçmə müşahidəsi haqqında məlumat verir, dinamika sıraları və onların təhlilini, indeksləri, sosial-iqtisadi statistikanın ümumi məsələlərini, əhalinin, əmək bazarının, əmək məhsuldarlığı və əmək ödənişinin, milli sərvətin statistikasını, Milli Hesablar Sistemini, (MHS), makroiqtisadi göstəricilərin, əmtəə və xidmətlər bazarının, qiymətin, tariflər və inflyasiyanın, maliyyənin, bankın, xarici iqtisadi əlaqələrin (XİƏ), istehsal və tədavül xərclərinin, əhalinin həyat səviyyəsinin, sosial sahənin statistikasını tədris edir.
FI 2403 Bank işi (4 kredit)
Prerekvizit: yoxdur
Fənn mərkəzi bank və bank sistemi, kommersiya banklarının aktiv və passivləri, bank likvidliyi göstəriciləri, bank mənfəəti və onun mənbələri, kommersiya banklarının qiymətli kağızlarla əməliyyatları, kommersiya banklarının vasitəçilik əməliyyatları, kommersiya banklarının valyuta əməliyyatları, kommersiya banklarının kassa əməliyyatları, kommersiya banklarının maliyyə fəaliyyətinin idarə edilməsi, bank heyətinin idarə edilməsi, bank marketinqi və menecmenti, bank riskinin idarə edilməsi, kommersiya banklarında nəzarət və onun təşkili, bank hesabatını tədqiq edir.
FI 2400 Maliyyə (6 kredit)
Prerekvizit: yoxdur
Bu fənn maliyyənin mahiyyəti və funksiyaları, maliyyə sistemi, onun formalaşması və idarə olunması haqqında məlumat verir, maliyyənin iqtisadi münasibətlər sistemində, dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsində rolu, maliyyə siyasəti və onun həyata keçirilməsi yolları, dövlət maliyyəsinin və büdcə sisteminin təşkili prinsipləri, sığorta işinin təşkili, dövlət borclarının sosial-iqtisadi mahiyyəti, onların idarə edilməsi, xəzinədarlıq sisteminin tətbiqi üstünlükləri, qiymətli kağızlar bazarı, beynəlxalq maliyyə münasibətləri kimi məsələləri tədqiq edir.
ECON 2406 Dünya iqtisadiyyatı (6 kredit)
Prerekvizit: ECON 2408
«Dünya iqtisadiyyatı» fənni dünya iqtisadiyyatının strukturu və inkişaf istiqamətləri, qlobal iqtisadi dinamikanın amillər sistemi, dünya iqtisadiyyatının resurs potensialı, dünya bazarının mahiyyəti, təkamülü və inkişaf xüsusiyyətləri, qlobal inkişaf problemləri, qlobal demoqrafik problem, qlobal ərzaq problemi, bəşəriyyətin enerji daşıyıcıları və xammalla təchizatı problemləri, qlobal ekoloji problem, inkişaf etməkdə olan ölkələrin iqtisadi gerilik problemi, dünya okeanından istifadə edilməsi problemi, kosmik məkanın mənimsənilməsi problemi, dünya iqtisadiyyatının hərbi-siyasi problemləri, qlobal modelləşdirmə problemləri, Azərbaycan dünya iqtisadiyyatında kimi məsələləri tədqiq edir.
IB 3400 Beynəlxalq iqtisadi münasibətlər (6 kredit)
Prerekvizit: ECON2406
Bu fənn beynəlxalq əmək bölgüsü, beynəlxalq iqtisadi münasibətlərin formaları. beynəlxalq ticarət və xarici ticarət siyasəti, kapital axınları, işçi qüvvəsinin beynəlxalq miqrasiyası və beynəlxalq əmək bazarı, beynəlxalq valyuta-maliyyə və kredit münasibətləri, elm və texnika sahəsində ölkələrin əməkdaşlığı və beynəlxalq münasibətlər, beynəlxalq transmilli korporasiyalar, beynəlxalq iqtisadi təhlükəsizlik problemləri, beynəlxalq iqtisadi təşkilatlar, beynəlxalq iqtisadi münasibətlərdə beynəlxalq inteqrasiya prosesləri, inkişaf etmiş, inkişaf etməkdə olan, direktiv təsərrüfatçılıq sistemindən bazar iqtisadiyyatı modelinə keçən, yeni sənaye ölkələrinin beynəlxalq iqtisadi münasibətləri, islam ölkələrinin beynəlxalq iqtisadi münasibətləri, beynəlxalq bazarlar, banklar və birjalar, Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində kimi məsələləri tədqiq edir.
MK 2401 Beynəlxalq marketinq (4 kredit)
Prerekvizit: İB3400
Kursun predmeti, məqsədi və vəzifələri. Marketinq konsepsiyası və biznesin beynəlmiləlləşməsi. Yeni dünya bazar sisteminin formalaşması. Dünya təsərrüfatı və dünya təsərrüfatının inkişafını xarakterizə edən göstəricilər sistemi. Dünya təsərrüfatında ölkələrin ixtisaslaşması. İqtisadi inteqrasiyanın mərhələləri. Ölkələrin iqtisadi inteqrasiya formaları. Müasir qloballaşmanın xarakterik cəhətləri. Beynəlxalq şirkətlərin təşkili metodları. Beynəlxalq marketinqin əsas subyektləri və onların xarakterik xüsusiyyətləri. Beynəlxalq rəqabət və onun iqtisadi mahiyyəti. Beynəlxalq Marketinq mühitinin tədqiqi. Beynəlxalq bazarların seçilməsi. Xarici bazarlara çıxış metodları. Françayzinq. Xarici bazarlarda marketinq kompleksinin formalaşması xüsusiyyətləri. Beynəlxalq marketinq kompleksində qiymət siyasəti. Beynəlxalq bazarlarda marketinq strategiyaları və onların reallaşması imkanları. Beynəlxalq marketinq sahəsində müəssisələrin fəaliyyətinin təşkili və idarə edilməsi. Azərbaycan Respublikasında beynəlxalq marketinqin əsas istiqamətləri və inkişaf perspektivləri.
ECON 3403 Azərbaycan iqtisadiyyatı (6 kredit)
Prerekvizit: yoxdur
“Azərbaycan iqtisadiyyatı” kursunun predmetini milli iqtisadiyyatımız və onun bölmələri, əsas bu bölmələrin iqtisadi göstəriciləri və inkişaf dinamikasını təşkil edir. Bundan başqa, kurs təsərrüfatçılığın ən səmərəli üsul və metodları haqqında bilgilər verir. Kursun məqsədi Azərbaycanın mühüm iqtisadi problemlərini obyektiv şərh etmək, onun iqtisadi və sosial sahələri haqqında biliklər vermək, tələbələri gələcək fəaliyyətlərində optimal qərar qəbul etmələri üçün zəruri iqtisadi biliklərə yiyələndirmək: əhalinin normal yaşayış təminatı üçün milli iqtisadiyyatımızın real vəziyyətini və onun inkişaf perspektivlərini göstərməkdir.
ECON 3402 Müəssisənin iqtisadiyyatı (4 kredit)
Prerekvizit: ECON 1400
Müəssisə (Firma) bazarın ilkin subyekti, milli iqtisadiyyatın əsasıdır. İqtisadiyyatın inkişafında istehsal firmaları və ev təsərrüfatının rolu. İstehsal firmalarının (müəssisənin) təşkilatı – hüquqi və təşkilatı – iqtisadi formaları; firmanın xarici və daxili mühiti və onların doğurduqları amillər. Firmanın (müəssisənin) əmək resursları, işçi kateqoriyaları üzrə kadrlara tələbatın hesablanması qaydaları. Firmanın tədavül fondları və dövriyyə vəsaitləri: Firmada idarəetmənin mahiyyəti, mexanizmi və prinsipləri. Firmanın istehsal-kommersiya fəaliyyətinin planlaşdırılması, onun prinsipləri və metodları. Firmanın investisiya fəaliyyəti və layihələrinin qiymətləndirilməsi; investisiya səmərəliliyinin yüksəldilməsi yolları. İstehsal firması üçün innovativ inkişafının rolu və əhəmiyyəti; innovasiyanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodikası. Məhsulun keyfiyyəti, onun göstəriciləri; keyfiyyətin yüksəldilməsinin iqtisadi inkişafın yolu kimi. Firmanın maddi-texniki təminatının funksiyaları; istehsal proqramının yerinə yetirilməsi üçün avadanlıq və materiallara tələbatın hesablanması qaydaları.
BUSA 3400 Biznesin əsasları (3 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə biznes və sahibkarlıq, onların oxşar və fərqli cəhətləri, biznesin növləri, kiçik, orta və iri biznes, biznesin hüquqi-normativ bazasının formalaşması, biznesin infrastrukturu, biznesin xarici və daxili mühiti, Biznesin informasiya təminatı. İnformasiyanın motivləri və mənbələri. İnformasiya biznesi və onun sahələri, biznesdə təhlükəsizlik və risklər, kommersiya sirri və onun qorunması, sənaye casusluğu və ona qarşı aparılan tədbirlər, biznesin tsiklləri, işgüzar fəallıq strategiyası, işgüzar reputasiya, biznesin maliyyələşdirilməsi mənbələri, maliyyə menecmenti, mütərəqqi maliyyələşdirmə mənbələri: lizinq, françayzinq, faktorinq, vençur və s., biznesdə kadrlar, biznesin sosial-psixoloji aspektləri, biznesin qiymətləndirilməsi və s. məsələlər öyrənilir.
MGS 2402 İqtisadiyyatın dövlət tənzimlənməsi (4 kredit)
Prerekvizit: ECON1401
Bu fənn iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri əsasları, forma və metodları, makroiqtisadi tənzimləmədə milli hesablar sistemi və ondan istifadə, bazar iqtisadiyyatı şəraitində makroiqtisadi planlaşdırma və proqnozlaşdırma, dövlə tin antiinhisar, qiymət və antiinflyasiya, maliyyə və büdcə, pul-kredit, investisiya-innovasiya, regional, aqrar, məşğulluq siyasəti, dövlətin sosial müdafiə funksiyaları, beynəlxalq iqtisadi əlaqələrin dövlət tənzimlənməsi, müasir iqtisadi şəraitdə dövlətin rolu, yeri və beynəlxalq təcrübə, iqtisadiyyata dövlət müdaxiləsinin səmərəli hədləri və funksiyaları, transformasiya dövründə Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsinin xüsusiyyətləri, təsərrüfat qərarlarının qəbulu, reallaşdırılmasının prinsipləri və mexanizmləri, sosial-iqtisadi inkişaf proqnozları və proqramlarının işlənməsi və əsaslandırılmasının konkret üsulları və tənzimlənmə metodlarının seçilməsi haqqında bilikləri tədris edir.
ECON 3405 Təbiətdən istifadənin iqtisadiyyatı (4 kredit)
Prerekvizit: yoxdur
Bu fənn ümumi ekologiya, həyat mühiti və ekoloji faktorlar, ekoloji sistemlər, ekologiyanın Kommoner qanunları, ekoloji təhlükəsizlik, təbii fəlakətlər, ətraf mühitin çirklənməsi və əhalinin sağlamlığına təsiri, təbii sərvətlər, iqlim ehtiyatları, torpaq və su, mineral, təbii rekreasiya, meşə ehtiyatları, bioloji sərvətlər və bioloji müxtəliflik, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri, ekoloji menecmentin əsasları, ekoloji marketinq, ekoloji audit, beynəlxalq standartlar sistemi, təbii sərvətlərdən davamlı istifadənin problemləri haqqında məlumat verir.
MK 3400 Kommersiya fəaliyyəti (4 kredit)
Prerekvizit: BUSA 3400
Kommersiya fəaliyyətinin mahiyyəti, rolu, məzmunu və vəzifələri. Kommersiya fəaliyyətinin subyekt və obyektləri, Kommersiya fəaliyyətinin prinsipləri, funksiyaları, növləri, tətbiq sferaları. Kommersiya fəaliyyətinin mühiti. Kommersiyanın maddi-texniki bazası. Kommersiya fəaliyyəti iştirakçılarının mülkiyyəti. Kommersiya fəaliyyətinin psixologiyası və etikası. Kommersiya fəaliyyətində risk. Kommersiya fəaliyyətinin idarə olunması. Kommersiya məlumatları, kommersiya sirri, kommersiya gəlirinin mənbələri. Kommersiya fəaliyyətinin kreditləşməsi və mahiyyəti. Kommersiya müəssisəsinin gəlir və itkilər hesabı və balansı, maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və planlaşdırılması. Malların alqı-satqısı və mal yeridilişi. Malların çeşidinin formalaşmasında, mal alışında kommersiya strategiyası. Kommersiya fəaliyyətinin infrastrukturu. Kommersiya müqavilə məsuliyyəti. Beynəlxalq kommersiya və ictimaiyyətlə əlaqə. Reklam. Kommersiya riski. Kommersiya fəaliyyəti və marketinq. Kommersiya fəaliyyətində lizinq faktorinq, françayzinq. İnkişaf etmiş ölkələrdə kommersiya fəaliyyətinin təşkili.
FI 3400 Maliyyə riyaziyyatı (4 kredit)
Prerekvizit: Fİ 2400, MATH 1201
Maliyyə riyaziyyatı fənninə əsasən aşağıdakı mövzular daxildir: Aktuar üsulda borcu ödəmə; ticarətçi üsulunda borcu ödəmə; istehlakçı kreditində faizlər; diskontlaşdırma:bank üçotunda veksel: faizlərin kapitallaşması. Sadə və mürəkkəb faiz dərəcələrinə görə artımlar; postnumerando ödəmə: Diversifikasiya; prenumerando ödəmə; faiz dərəcələrinin ekvivalentliyi:
Öhdəliklərin maliyyə ekvivalentliyi müəyyən edilir; maliyyə rentası: Məhsul istehsalında kritik həcm; riskin azaldılması üçün əsas üsul. Prenumerando ödəmə: istehlakçı kreditində faızlər.
MGS 2404 İnsan resurslarının idarə edilməsi (3 kredit)
Prerekvizit: yoxdur
Bu fənn kursun predmeti, məzmunu və vəzifələri, əmək ehtiyatları, əmək potensialı, əhalinin sağlamlığı və təhlükəsizliyi, intellektual kapital və onun idarə edilməsi, təhsil və insan inkişafı, istehsalın səmərəliliyinin yüksəldilməsində insan resurslarının idarə edilməsinin rolu, heyətin əməyinin təşkili, əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarının istifadəsi, strateji planlaşdırılması və idarə edilməsi, heyətin səmərəliliyinin qiymətləndirilməsi, əməyin ödənilməsinin təşkili və idarə edilməsi, işçilərin əmək fəaliyyətinin stimullaşdırılması, elmi-texniki tərəqqi və insan resurslarının peşə-ixtisas təhsili problemləri, insan resurslarının treninqi (təlimi və inkişafı), işçilər arasında qarşılıqlı münasibətlər sistemi haqqında məlumat verir
MGS 2401 Menecment (4 kredit)
Prerekvizit: yoxdur
Bu fənn menecmentin təşəkkül tapması və inkişafı, menecmentin əhəmiyyəti və prinsipləri, təşkilati formaları, funksiyalarının tərkibi və qarşılıqlı əlaqəsi, menecmentdə planlaşdırma, təşkiletmə, motivasiya, uçot və nəzarətin təşkili, menecment sistemində kommunikasiya və marketinq, menecmentin metodları, menecment prosesinin texnologiyası, idarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması, idarəetmədə qrup dinamikası, idarəetmə heyəti, əmək kollektivlərində münaqişələr və onların həll edilməsi yolları, dövlət idarəetməsi və bələdiyyə menecmenti, maliyyə, strateji və innovasiya menecmenti, sosial infrastrukturda menecment, menecmentin resurs təminatı, menecmentin iqtisadiyyatı haqqında bilikləri tədris edir.
MK 2400 Marketinq (4 kredit)
Prerekvizit: MGS 2400
Bu fənn pərakəndə ticarətdə marketinqin xüsusiyyətləri, ticarət marketinqinin prinsip və funksiyaları, pərakəndə ticarətdə marketinqin subyektləri, pərakəndə ticarət müəssisələrinin strateji istiqamətləri, ticarət müəssisələrinin çeşid siyasətinin formalaşmasına marketinq yanaşması, pərakəndə ticarətdə qiymət əmələgəlmənin xüsusiyyətləri, ticarət müəssisələrində kommunikativ (ünsiyyət) siyasətinin formalaşması, merçandayzinqin əsas üsulları, merçandayzinq əsasında satış texnologiyası haqqında məlumat verilir.
Logis 3400 Logistikanın əsasları (4 kredit)
Prerekvizit: yoxdur
Bazar iqtisadiyyatı şəraitində material axınlarının bölgüsü və hərəkəti üzrə münasibətlər sistemində meydana gələn keyfiyyət dəyişiklikləri. Material axınlarının hərəkətinin idarə edilməsini həyata keçirən yeni elm sahəsinin obyektiv zəruriliyi. Logistika anlayışı və onun qısa tarixi. Logistikanın idarəetmə, iqtisadi və əməli-maliyyə aspektləri. Müasir iqtisadiyyatın logist-ləşdirilməsinin obyektiv şərtləri və amilləri. İqtisadi problemlərin logistik qoyuluşu. Logistikanın inkişafını şərtləndirən amillər. Logistikanın nəzəri və metodoloyi əsasları. Logistik idarəetmənin obyektləri. Logistikanın funksiyaları. Əsas logistik konsepsiyalar. Logistik sistemlər. İstehsal və tədarükat logistikası. Bölüşdürüjü və nəqliyyat logistikası. Logistik sistemlərdə məhsulların anbarlaşdırılması. Tara təsərrüfatı. İnformasiya logistikası. Logistik sistemlərdə ehtiyatların idarə edilməsi. Logistikada servis xidməti. Qlobal logistika.
ACCT 3401 Vergi sistemi (4 kredit)
Prerekvizit: FI-2400 - Maliyyə
Bu fənn vergilərin yaranması və inkişafı tarixi, vergi nəzəriyyələri, Azərbaycanda vergi tutmanın tarixi inkişafı, vergi siyasəti və həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri, Azərbaycan Respublikasının vergi sistemi və vergi qanunvericiliyi, vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələri, vergi nəzarəti və vergi yoxlamaları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, vergilərin hesablanması və ödənilməsinin ümumi əsasları, verginin hər bir növü və dövlət rüsumları haqqında bilikləri tədris edir.
MATH 1402 Riyazi analiz-1 (6 kredit)
Prerekvizit: yoxdur
Həqiqi ədədlər və onların xassələri. Həqiqi ədədlərin aksiomatik qurulması. Funksiyalar və onların xassələri. Funksiyalar üzərində əməllər, funksiyaların kompozisiyası, tərs funksiya. Ardıcıllıq və onların xassələri. Ardıcıllığın limiti. Funksiyanın limiti. Limiti olan funksiyaların xassələri. Kəsilməz funksiyalar və onların xassələri. Əsas elementar funksiyaların kəsilməzliyi. Müntəzəm kəsilməzlik. Parçada kəsilməz funksiyaların xassələri.
MATH 1403 Riyazi analiz-2 (6 kredit)
Prerekvizit: MATH 1402
Funksiyanın diferensiallanması. Törəmə və diferensial. Diferensiallama qaydaları. Yüksək tərtibli törəmə və diferensiallar. Leybinis düsturu. Diferensial hesabının əsas teoremləri və onların funksiyaların tədqiqinə tətbiqləri. Diferensial hesabının orta məktəb riyaziyyatında yeri. Funksiyanın ekstremumu. Qeyri-müəyyən inteqral və əsas inteqrallama qaydaları. Rasional. İrrasional ifadələrin inteqrallanması. Müəyyən inteqral. Nyuton-Leybins düsturu. Kvadratlanan fiqurlar, kublanan cisimlər, düzlənən əyri. Müəyyən inteqralın həndəsəyə və mexanikaya tətbiqləri. İnteqralın orta məktəb riyaziyyat kursunda yeri. Qeyri-məxsusi inteqrallar və onların yığılma əlamətləri.
MATH 1404 Riyazi analiz-3(6 kredit)
Prerekvizit: MATH 1402. MATH 1403
Ədədi sıralar. Müsbət hədli sıralar. Yığılma əlamətləri. İxtiyari işarəli və işarəsini növbə ilə dəyişən sıralar, onların adi və mütləq yığılması. Funksional ardıcıllıqların və sıraların adi və müntəzəm yığılması. Qüvvət sıraları. Yığılma dairəsi. Teylor düsturu və sırası. Əsas elementar funksiyaların qüvvət sırasına ayrılması. Triqonometrik sistem üzrə Furye sıraları və onların xassələri, ortoqonal sistemlər. Bessel bərabərsizliyi.
MATH 1405 Riyazi analiz-4(6 kredit)
Prerekvizit: MATH 1402. MATH 1403. MATH 1404
Çoxdəyişənli funksiyalar. Limit və kəsilməzlik. Xüsusi törəmələr və çoxdəyişənli funksiyaların diferensiallanması. Tam diferensial. Çoxdəyişənli funksiyaların ekstremumu. Şərti ekstremum. Qeyri aşkar funksiyalar. İkiqat və üçqat inteqrallar, onların həndəsəyə tətbiqləri. Əyrixətli inteqrallar. Onların tətbiqləri. Əyrixətli inteqralın yoldan asılı olmaması. Səth inteqralları və onların xassələri.
MATH 2400 Cəbr-1(6 kredit)
Prerekvizit: yoxdur
Çoxluqlar və münasibətlər. Çoxluqlar, altçoxluqlar. Çoxluqlar cəbri. Çoxluqların Dekart hasili, binar münasibətlər. Faktor çoxluqlar, nizamlanmış çoxluqlar, çoxluqların inikasları. Cəbrlər-cəbri strukturlar. Altcəbrlər. Faktor-cəbrlər. Cəbrlərin morfizmləri. Ədədi strukturlar. Tam ədədlər halqası, rasional ədədlər meydanı, həqiqi ədədlər meydanı. Kompleks ədədlər meydanı. 1-in n-ci dərəcədən köklər qrupu. Vektorlar fəzası. n-ölçülü hesabi vektorlar fəzası. Xətti altfəzalar, onların cəmi və düz cəmi. Xətti çoxobrazlılar. Xətti fazaların izomorfizmi. Evklid fəzaları. Vektorun norması. Ortoqonal və ortonormal koordinat sistemi. Evklid fəzalarının izomorfizmi.
MATH 2401 Cəbr-2(5 kredit).
Prerekvizit: MATH 2400
Matrislər cəbri. Qeyri-məxsusi matrislərin tam xətti qrupu. Matrisin ranqı və onun haqqında müxtəlif teoremlər. Elementar matrislər. Kvadrat matrisin determinantı. Determinantın xassələri və hesablanması üsulları. Xətti tənliklər sistemi. Vektorlar fəzasının xətti inikasları. Onların matrisləri. Xətti operatorlar cəbri, xətti operatorun məxsusi qiyməti və məxsusi vektoru, sadə spektrli xətti operatorlar. Qruplar, yarımqrup, monoid, altqrup. Qrupun yanaşı sinifləri. Laqranj teoremi. Qrupun doğuranlar sistemi. Dövri qruplar və onların altqrupları. Qrupun normal böləni və faktor qrupu. Qrupların homomorfizmi haqqında teoremlər. Əsas teorem.
MATH 2402 Cəbr-3 (5 kredit)
Prerekvizit: MATH 2400. MATH 2401
Ədədlər nəzəriyyəsinin elementləri. Tam ədədlər halqasının bölünmə münasibətinə nəzərən qismən nizamlanması, ədədi funksiyalar (bölənləri cəmi və sayı). Tam ədədlər halqasında müqayisələr, Eyler və Ferma teoremləri. m moduluna nəzərən çıxıqlar sinifləri halqası, p sadə moduluna nəzərən çıxıqlar sinifləri meydanı. Bir məchullu bir dərəcəli müqayisələrin həlli. Bir dəyişəndən asılı çoxhədlilər halqası, onun faktorliallığı. Çoxdəyişəndən asılı çoxhədlilər. Simmetrik çoxhədlilər və əsas teorem. Kompleks ədədlər meydanının cəbri qapalılığı. Həqiqi əmsallı çoxhədlilər. Rasional ədədlər meydanı üzərində çoxhədlinin kökü və gətirilmə məsələsi. Meydanın sadə cəbri genişlənməsi. Cəbri ədədlər meydanı və onun cəbri qapalılığı.
MATH 2405 Həndəsə-1 (3 kredit)
Prerekvizit: yoxdur
Müstəvi üzərində analitik həndəsə: vektorlar cəbrinin elementləri. Koordinat metodu. Müstəvidə düz xəttlər və ikitərtibli xətlər. Müstəvidə hərəkət, oxşarlıq və afin çevirmələri. Fəzada koordinat metodu. Vektorların vektorial və qarışıq hasilləri. Müstəvilər və düz xətlər. Onlara aid müxtəlif məsələlər.
MATH 2406 Həndəsə-2 (4 kredit)
Prerekvizit: MATH 2405
Fəzada ikitərtibli səthlər. n-ölçülü afin və Evklid fəzaları. Kvadratik formalar. Proyektiv fəza. Koordinat sistemi. Dörd nöqtənin və dörd düz xəttin mürəkkəb nisbəti.
MATH 3400 Həndəsə-3 (4 kredit)
Prerekvizit: MATH 2405. MATH 2406
Proyektiv müstəvinin və proyektiv düz xəttin çevrilmələri. Proyektiv müstəvidə ikitərtibli xətlər. Təsvir metodları. Qurma məsələləri. Həndəsə əsasları. Hilbert aksiomlar sistemi. Lobaçevski həndəsəsi. Aksiomatikanın ümumi məsələləri.
MATH 3401 Həndəsə-4 (5 kredit)
Prerekvizit: MATH 2405. MATH 2406. MATH 3400
Qeyri-evklid həndəsələri: Mütləq həndəsədə parçanın uzunluğu.Evklid həndəsəsində sahələr və həcmlər nəzəriyyəsi.Psevdoevklid fəzalar. Lobaçevski müstəvisinin Kelli-Kleyn modeli. Sferik həndəsə haqqında anlayış. Rimanın elliptik həndəsəsi.
MATH 3402 Diferensial-tənliklər(5 kredit)
Prerekvizit: yoxdur
Adi diferensial tənliklər nəzəriyyəsinin əsas anlayışları. Birtərtibli adi diferensial tənliklər üçün Koşi məsələsinin həllinin varlığı və yeganəliyi. Sadə diferensial tənliklər və onların həlli: n-tərtibli xətti diferensial tənliklər və xətti sistemlər. Diferensial tənliklər sistemi və yüksək tərtibli tənliklər. Lyapunov mənada dayanıqlıq. Həlli parametrlərdən və başlanğıc qiymətlərdən asılılığı. İkitərtibli xətti tənliklər.
MATH 3403 Elementar riyaziyyat-1(4 kredit)
Prerekvizit: yoxdur
Natural ədədlər və natural sıra. Riyazi induksiya metodu. Müxtəlif say sistemləri. Sistematik ədədlər. ƏBOB və ƏKOB. Sadə və mürəkkəb ədədlər. Bölünmə əlamətləri. Ədədin bölənlərinin sayı. Dövri və dövri olmayan sonsuz onluq kəsrlər. Kompleks ədədlər. Muavr düsturu. Cəbri və transendent ədədlər. Bir və ya bir neçə dəyişəni olan çoxhədli. Çoxhədlinin kanonik şəkli. Laqranj və Eyler eynilikləri. Qeyri-müəyyən əmsallar üsulu. Tam rasional ifadələrin eyni çevrilməsi və onların tətbiqləri. Kəsr rasional, irrasional, üstlü və loqarifmik, triqonometrik və tərs tiqonometrik ifadələrin eyni çevrilməsi. Tənlik anlayışı. İkihədli və üçhədli tənliklər. Simmetrik və qayıtma tənliklər. Tam və rasional əmsalın dərəcəli tənlikləri. Kəsr-rasional, irrasional, üstlü və loqarifmik tənliklər.
MATH 3404 Elementar riyaziyyat-2(4 kredit)
Prerekvizit: MATH 3403
Triqonometrik tənliklər və onların həlli üsulları. Asinx-bcosx=c şəklindəki tənliklərin həlli. Bircinsli triqonometrik tənliklərin həlli. Dəyişəni tərs triqonometrik funksiya işarəsi altında olan triqonometrik tənliklərin həlli. Bərabərsizliklər və bərabərsiz-liklər sisteminin həlləri. İrrasional, üstlü, loqarifmik və triqo-nometrik bərabərsizliklərin həlli. Birləşmələr, aranjeman, permutasyon, kombinezon. Həndəsənin məntiqi qurulması. Üçüzlü bucaqların, tetraedrlərin və ixtiyari fiqurların konqruentliyi. Həndəsi çevrilmələr. Üçbucaq və çoxbucaqlıların oxşarlıq əlamətləri. Müadil və eynitərkibli çoxbucaqlılar. Çoxüzlülərin təpə nöqtələri, üzləri və tilləri arasında əlaqə. Dekart-Eyler teoremi. Düzgün çoxüzlülər və onların elementlərinin, səthinin və həcminin hesablanması. İnversiya metodu və onun qurma məsələlərinin həllinə tətbiqi. Qurma məsələlərinin tək pərgarla və tək xətkeşlə həlli. Mor-Maskeron teoremi. Ponsele-Şteyner teoremi.
Fəzada həndəsi qurmalar. Tam və tam olmayan təsvirlər. Paralel proyeksiyalama, onun növləri və xassələri. Fəza fiqurlarının təsvirlərinin qurulması. Çoxüzlüdə və fırlanma fiqurlarında kəsiklərin qurulması. Müxtəlif metodların tətbiqi ilə fəzada qurma məsələlərinin həlli.
MATH 3406 Riyazi məntiq (3 kredit)
Prerekvizit: yoxdur
Sadə və mürəkkəb ifadələr; məntiq qanunları; konyuuktiv və dizyuuktiv formalar; İnduksiya; deduksiya. Qrafın tərifi. Qrafın təpələri və tilləri. Qrafın insidentlik və qoşmalıq matrisləri. Oriyentasiyalı qraflar. Qrafda təpə dərəcəsi, təpələr arasında məsafə, əlaqəli və əlaqəsiz qraflar
MATH 3405 Əməliyyat sistemləri ( 3 kredit)
Prerekvizit: yoxdur
Əməliyyat sistemləri haqqında anlayış. MS DOS əməliyyat sistemi, əsas əmrləri və operatorları. MS DOS – da fayl və kataloq, onlar üzərində müxtəlif əməliyyatların aparılması. Norton Commander sistemi, NC–sisteminin bəndləri və əmrləri, NC – sisteminin əsas faylları, əsas və alt kataloqların yaradılması, köçürülməsi, silinməsi və s. əməliyyatların aparılması.Windows sistemində proqramın və ya sənədin yarlığınındüzəldilməsi, Explorer proqramının qoşulması, qovluq və alt qovluqların yaradılması, faylların üzərində müxtəlif əməliyyatların aparılması, standart Windows proqramları.Word mətn redaktorunun qoşulması, mətnin daxil edilməsinə ilkin hazırlıq, mətnin yaddaşa yazılması, ekrana çağırılması və çap edilməsi. «Excel» elektron cədvəli haqqında. «Excel»-də hesablamaların aparılması, «f(x)»-dən istifadə etməklə funksiyaların hesablanması, diaqrammaların qurulması.«Access» məlumat bazası haqqında. «Access» məlumat bazasının köməyi ilə cədvəllərin qurulması.
CIT 1402 Təhsildə informasiya və kommunikasiya texnologiyalari ( 4 kredit)
Prerekvizit: CIT 1400. 1401
Kursda biliyə əsaslanan iqtisadiyyat və yüksək texnoloji baza əsasında formalaşan müasir informasiya cəmiyyətinin (İC) inkişafı, elektron təhsil mühitinin, vahid informasiya-təhsil məkanının bərqərar olması tədris olunur. İnformatlaşmanın təhsil sisteminə təsiri, informatlaşma şəraitində təhsil sisteminin fəaliyyət mexanizmlərinin dəyişməsi, təkmilləşdirilməsi, inkişaf etdirilməsi yolları və təhsilin informatlaşmasının texniki vasitələri, təhsilin informatlaşması texnologiyaları öyrədilir. Təhsildə internet, təhsildə innovasiyalar, distant təhsil, təhsil fəaliyyətinin informatlaşması metodları, təhsil fəaliyyətinin informatlaşması vasitələrinin yaradılması, informasiya-təhsil mühiti və informasiya-təhsil məkanı, müəllimlərin peşə fəaliyyətlərində İKT-dən istifadəyə hazırlanması sistemi ilə Riyaziyyat fakültəsi tələbələrinin tanış edilməsi nəzərdə tutulur.
MATH 3407 Riyaziyyatin tədrisi metodikasi( 6 kredit)
Prerekvizit: yoxdur
Riyaziyyat və informatikanın (İTM) tədrisi metodikası (RTM) fənninin predmeti (məzmunu, məqsəd və vəzifələri). Riyaziyyat və informatika təlimində varislik problemi fəndaxili və fənlərarası əlaqələr ( riyaziyyat-fizika, riyaziyyat informatika və s.). Riyaziyyat və informatika təliminin həyatla, istehsalatla əlaqəsi. Riyaziyyat təlimində didaktik prinsiplər. Riyaziyyat təliminin metodları: müşahidə, təcrübə, müqayisə, analogiya, ümumiləşdirmə, mücərrədləşdirmə və konkretləşdirmə, analiz və sintez, induksiya və deduksiya, reproduktiv və produktiv təlim metodları, problemli təlim, proqramlaşdırılmış təlim. Riyaziyyat təlimində kompüterdən istifadə. Fəal təlim üsulları. Riyazi modellərin qurulması. Riyaziyyat və informatika təliminin təşkili formaları. Riyaziyyat dərsinin xüsusiyyətləri, quruluşu, tipləri. Riyaziyyat dərsinə verilən əsas tələblər. Məktəb mühazirəsi, praktik məşğələlər, laborator və praktik işlər, ekskursiyalar. Müəllimin dərsə hazırlaşması. Dərsin təhlili, şagirdlərin müstəqil işlərinin təşkili. Riyaziyyatdan şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanılması.
CIT 3400 Informatikanin tədrisi metodikasi (6 kredit)
Prerekvizit: CIT 1400 CIT 1401
İnformatika təliminin ümumi məsələləri. İnformatikanın tədrisi metodikasının predmeti. İnformatika bir elm kimi və orta məktəbdə tədris fənni kimi, onların əlaqəsi. Məktəb informatika kursunun məzmununun seçilməsi prinsipləri. Orta məktəbdə informatika təliminin vasitələri. İnformatika təliminin metodları və vasitələri. Məktəb informatika kursunda anlayışların daxil edilməsi və öyrədilməsi metodikası.
MATH 2403 Fizika-1 (3 kredit)
Prerekvizit: yoxdur
Materiya və hərəkət. Məkan və zaman. Hesablama sistemi. Dinamika. Qapalı sistemlər. Qravitasiya sahəsi. Rəqslər və dalğalar. Molekulyar və kinetik nəzəriyyənin əsasları. Qazların molekulyar-kinetik nəzəriyyəsindən alınan nəticələr. Termodinamikanın əsasları. Real qazlar və mayelər. Bərk cisimlərin xassələri.
Elektrik yükü. Yüklü cisimlərin qarşılıqlı təsiri. Elektrik sahəsi. Superpozisiya prinsipi. Elektrik sahəsinin enerjisi. Sabit elektrik cərəyanı. Maqnit sahəsi. Elektromaqnit induksiyası. Maqnit sahəsinin enerjisi.
MATH 2404 Fizika-2 (3 kredit)
Prerekvizit: MATH 2403
Dəyişən cərəyan. İşığın təbiəti. Həndəsi optika. Linzalar. İşığın interferensiyası. Hüygens prinsipi. İşığın difraksiyası. Dispersiya. İşığın polyarizasiyası. Fotoeffekt. Kompton effekti. Dalğa-zərrəcik düalizmi.Maddənin dalğa təbiəti. Atomun quruluşu. Nüvə və onun əsas xarakteristikaları. Rabitə enerjisi. Radioaktivlik. Nüvə reaksiyaları. Elementar zərrəciklər və onların təsnifatı.
CIT 3401 Alqoritmlərin qurulması və təhlili nəzəriyyəsi (4 kredit)
Prerekvizit: CIT 1402
Alqoritm, onun xassələri, təsvir vasitələri və növləri. Proqramlaşdırma dilləri, verilənlər, kəmiyyətlər və onların tipləri mövzularının tədrisi metodikası. Kompüterdə məsələ həlli üzrə bilik və bacarıqların formalaşması. Simvollu kəmiyyətlərin daxil edilməsi. Massiv anlayışının daxil edilməsi, qrafik operatorların tədrisi metodikası.
MATH 3410 Fərq sxemləri nəzəriyyəsi (3 kredit)
Prerekvizit: MATH 1400
Sonlu fərqlər, şəbəkələr; n-tərtibli xətti diferensial tənliklər və xətti sistemlər. Diferensial tənliklər sistemi və yüksək tərtibli tənliklər.
MATH 3408 İqtisadi riyazi modellər (3 kredit)
Prerekvizit: yoxdur
Xətti və qeyri-xətti modellər. Xətti və qeyri- xətti proqramlaşdırma. Simpleks metod. Potensiallar metodu.
MATH 3411 Hesablama üsulları (3 kredit)
Prerekvizit: MATH 3408
Riyazi analiz, adi diferensial tənliklər, yüksək tərtibli tənliklər, riyazi fizika məsələləri, cəbri tənliklər və s. ədədi həll üsulları.
CIT 3402 Verilənlər bazası (4 kredit)
Alqoritim, Alqoritmin qurulması, alqoritmin növləri. Məsələlərin həlli üçün alqoritmlərin tərtib edilməsi. Say sistemləri, Sistem proqramlaşdırma. Standart proqramlar.
MATH 3409 Diskret riyaziyyat – 4 kredit
Prerekvizit: MATH 1400-1403, MATH 2400-2402
Mülahizələr, mülahizələr cəbri. Düsturların həqiqilik cədvəlləri. Düsturların eyniölçülülüyü. Əsas eyniölçülülüklər. Məntiq qanunları. Konyunktiv və dizyunktiv normal formalar. Həllolunma problemi. Mülahizələr hesabının aksiomatik nəzəriyyəsi. Çıxarış qaydaları. Deduksiya teoremi. Predikatlar, predikatlar üzərində məntiq əməlləri. Kvantorlar. Riyazi təkliflərin məntiq dilində yazılışı. Predikatlar hesabının aksiomları.
MATH 3413 Optimallaşdırma üsulları (4 kredit)
Prerekvizit: yoxdur
Riyazi proqramlaşdırma, xətti və qeyrixətti proqramlaşdırma, qabarıq proqramlaşdırma, tamədədli proqramlaşdırma, ədədi üsullar, simpleks üsul, nəqliyyat məsələsi. Dinamik proqramlaşdırma, şəbəkə sistemləri, matrisli oyunlar, qradiyent, qabaqıq analiz, ikilik, qoşma tənliklər sistemi.
CIT 3404 VEP proqramlaşdırma-1 (4 kredit)
Prerekvizit: yoxdur
Mövqeli və mövqesiz say sistemləri. Xətalar haqqında. Təqribi ədədlər üzərində hesab əməli. Müxtəlif funksiyaların xətalarının hesablanması. Alqoritmləşdirmə. Alqoritmin qurulması, alqoritmin növləri. Məsələlərin həlli üçün alqoritmlərin tərtib edilməsi. Transendent tənliklər üçün iteratib üsullar. Proqramlaşdırmanın müasir nəzəriyyəsi.
CİT 3405 VEP proqramlaşdırma-2 (4 kredit)
Prerekvizit: CIT 3404
Say sistemləri.Alqoritm. Blok-sxem. Transendent tənliklər. Proqramlaşdırma.
Alqoritmləşdirmə.
CIT 3406 Müasir proqramlaşdırma dilləri (5 kredit)
Prerekvizit: CIT 1400, CIT 1401
Alqol. Fortran. Paskal. Alqoritm. Blok-sxem.Sistem proqramlaşdırma. Standart proqramlar.
MATH 3414 Ehtimal nəzəriyyəsı və riyazi statistika (5 kredit)
Prerekvizit: yoxdur
Təsadüfi hadisələr, onların təsnifatı, hadisələrin cəmi və hasili. Hadisələr coxluqları, Venn diogramı vasitəsilə təhlil. Diskret və kəsilməz kəmiyyətlər. hadisələrin cəmi və hasili ehtimalların cəmi və hasili. Tam ehtimal düsturu, bayers düsturu. Sinaqların təkrarı. Bernulli düsturları. Böyük ədədlər qanunu. Normal və digər paylanma qanunları. Statistik qiymətləndirmə.Korrelyasiya nəzəriyyəsinin elementləri. Dispersion analizin elementləri.
MATH 4401 Riyazi fizika tənlikləri (3 kredit)
Prerekvizit: yoxdur
Xüsusi tərtibli diferensial tənliklər. Diferensial tənliklər sistemi və yüksək tərtibli tənliklər. Operatorlar. Furye üsulu. Qoşma sistemlər.
CIT 3403 Kompüter modelləşdirilməsi (4 kredit)
Prerekvizit: yoxdur
Blok-sxemlər. Riyazi model. Standart proqramlar. Xətti diferensial tənliklər və xətti sistemlər. Massiv anlayışının daxil edilməsi. Tənliklər, bərabərsizliklər sistemi.
MATH 3412 Təsadüfi proseslər (3 kredit)
Prerekvizit: MATH 3403, MATH 3404
Stoxastik və qeyri-müəyyən proseslər. Hadisələr çoxluqları. Venn diaqramı vasitəsilə təhlil Diskret və kəsilməz kəmiyyətlər. Sınaqların təkrarı. Korrelyasiya nəzəriyyəsi. Ağ səs. Təsadüfi funksiya.
MATH 4400 Oyunlar nəzəriyyəsinin elementləri (4 kredit)
Prerekvizit: MATH 3412, MATH 3414
Matrisli oyunlar. Strategiya. Münaqişəli vəziyyətlər. Koalisiya. Diferensial oyunlar. Diskret və kəsilməz oyunlar. Qarışıq və xalis strategiya
ECON 2408 Dünya iqtisadiyyatının tarixi (2 kredit)
Prerekvizit: yoxdur
Fənn Iqtisadi inkişafın tarixi dövrlənməsi problemləri, bir xətli, çox xətli, dünya sistem və sivilizasiyalı yanaşmaları, sosial-iqtisadi formasiyalar, böyük coğrafi kəşflər, dünya iqtisadiyyatının formalaşmağa başladığı dövr XV-XVII əsrlər, sənaye inqilabı dövrü, dünya iqtisadiyyatının tam formalaşdığı dövr XIX əsrin sonu XX əsrin əvvəlləri, dünya iqtisadiyyatının inkişafının müasir inkişaf mərhələsi: qloballaşma məsələləri tədqiq edir.
ACCT 2401 Mühasibat uçotu və audit (4 kredit)
Prerekvizit: yoxdur
Fəndə mühasibat balansı, hesablar sistemi və ikili yazılış, mühasibat uçotu hesablarının təsnifatı, mühasibat uçotunda ilkin müşahidə, sənədləşmə və inventarlaşma, dəyər ölçüləri və cari mühasibat uçotu, mühasibat uçotunun qeyd vasitələri (registrləri) və formaları, əsas təsərrüfat əməliyyatlarının uçotu prinsipləri, əmlak və öhdəliklərin inventarlaşdırılması, mühasibat (maliyyə) hesabatı, təşkilatın uçot siyasəti, mühasibat uçotunun təşkili prinsipləri və onun beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq və milli uçot standartları tədris olunur.
ECON 3407 Gömrük işi (4 kredit)
Prerekvizit: yoxdur
Fənn gömrük işinin təşkili və gömrük siyasəti, gömrük nəzarəti, onun üçün tələb olunan sənədlər və onun həyata keçirilməsi prosesində gömrük orqanlarının rolu, gömrük rejimləri, gömrük rəsmiləşdirməsi, xarici iqtisadi fəaliyyətin gömrük-taarif tənzimlənməsi, gömrük ödənişləri, gömrük dəyəri və onun təyin edilməsi üsulları, valyuta nəzarəti, gömrük işində qeyri-taarif tənzimlənməsi üsulları, gömrük statistikası və XİF-in Əmtəə Namenklaturası, gömrük sistemində iqtisadi təhlil, gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, gömrük orqanlarında idarəetmənin əsasları, gömrük sistemində idarəetmənin təşkilati strukturları, gömrük sistemində idarəetmə prosesini tədris edir.
LAW 2401 Beynəlxalq hüquq (4 kredit)
Prerekvizit: yoxdur
Fəndə beynəlxalq hüquq normaları və mənbələri, beynəlxalq hüququn əsas prinsipləri, beynəlxalq hüquq subyektləri, beynəlxalq hüquq və dövlətdaxili hüquq, beynəlxalq hüquqda məsuliyyət, beynəlxalq münasibətlərin tənzimlənməsinin dinc vəsitələri, beynəlxalq müqavilələr hüququ, beynəlxalq təşkilatlar hüququ, diplomatiya və konsulluq hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq insan hüquqları hüququ, beynəlxalq iqtisadi hüquq, beynəlxalq dəniz hüququ tədris olunur.
ECON 2409 Dünya iqtisadiyyatında informasiya sistemləri (4 kredit)
Prerekvizit: yoxdur
Fəndə müasir cəmiyyətin sosioloji konsepsiyaları, informasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkaları, təkamül və tranzaksiya nəzəriyyələri, elektron hökümət və elektron idarəetmə, informasiya cəmiyyətinin iqtisadi institutları, iqtisadiyyatın sektorial modelləri, informasiya cəmiyyətində ictimai seçim prosesi, informasiya iqtisadiyyatında intellektual mülkiyyət, elektron biznes və informasiya iqtisadiyyatında sahibkarlığın xüsusiyyətləri, qlobal menecment paradiqması, kinetik sahibkarlıq və virtual korporasiya, verilənlər bazasının idarəetmə sistemləri, avtomatlaşdırılmış iş yerləri, iqtisadiyyatda qlobal və telekommunikasiya şəbəkələri, dövlət idarəçiliyinin müasir texnologiyası, informasiya təhlükəsizliyi tədris olunur.
HIST1202 Ölkəşünaslığın əsasları (4 kredit)
Prerekvizit: yoxdur
Bu fənn dünya ölkələrinin regional və milli inkişaf xüsusiyyətləri, müxtəlif ölkələrin sosial-iqtisadi və siyasi inkişaf xüsusiyyətlərini tədris edir.
ECON 3408 Xarici iqtisadi siyasət (4 kredit)
Prerekvizit: İB3400
Fənn transformasiya dövrünün xarici iqtisadi siyasətə təsirinin spesifik xüsusiyyətləri, xarici iqtisadi siyasət və milli təhlükəsizlik sistemi, davamlı inkişaf və makroiqtisadi dayanıqlığın təminatında xarici amillərin rolu, qloballaşma və onun xarici iqtisadi siyasət və paradiqmasına təsiri, xarici ticarət siyasəti və onun gəlirlərin bölgüsünə təsiri, beynəlxalq ticarətin institusional və funksional tənzimlənmə mexanizmi, xarici ticarət siyasəti ilə dünya bazarında rəqabət mexanizminin qarşılıqlı təsiri, tədiyyə balansı ilə xarici iqtisadi siyasətin qarşılıqlı təsiri, ölkənin valyuta-kredit siyasəti, açıq iqtisadiyyatda makroiqtisadi tarazlıq siyasəti. xarici investisiya siyasəti, işçi qüvvəsinin xarici miqrasiyası siyasəti, beynəlxalq elmi-texniki əməkdaşlıq siyasəti, regional iqtisadi inteqrasiya siyasəti kimi məsələləri tədris edir.
ECON 3409 Transmilli Korporasiyalar (4 kredit)
Prerekvizit: İB3400
Fəndə TMK-ın yerləşdiyi əsas mərkəzlər, onların biznes fəaliyyətinin coğrafiyası və inkişaf göstəriciləri, beynəlxalq biznes sistemində TMK-ın idarə edilməsinin təşkili, dünya sənaye sahəsində fəaliyyət göstərən TMK-rın müasir vəziyyəti və inkişaf meylləri, beynəlxalq ticarət və xidmət sahələrində fəaliyyət göstərən iri biznes subyektləri, TMK-rın inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə fəaliyyəti, yeni sənaye ölkələrinin TMK-ı dünya təsərrüfatı sistemində, keçid iqtisadiyyatlı ölkələrdə iri biznes strukturlarının yaranması və formalaşma xüsusiyyətləri, Dünyanın aparıcı TMK-ı Azərbaycan iqtisadiyyatında kimi mövzular tədris edilir.
IB 3401 Beynəlxalq iqtisadi təşkilatlar (4 kredit)
Prerekvizit: : İB3400
Fənn beynəlxalq iqtisadi təşkilatların yaradılmasının təşkilati-hüquqi əsasları, Birləşmiş Millətlər Təşkilatı, BMT-nin İqtisadi-Sosial Şurası və regional iqtisadi komissiyaları, BMT-nin ixtisaslaşmış təşkilatları və xüsusi səlahiyyətli qurumları, BMT sistemində valyuta-maliyyə və kredit təşkilatları, hökumətlərarası ümumiqtisadi təşkilatlar, regional və sub-regional təşkilatlar, dünya ticarət təşkilatı, İslam ölkələrinin beynəlxalq təşkilatları, Azərbaycan beynəlxalq iqtisadi təşkilatlar sistemində mövzuları tədris edir.
MK 3407 Beynəlxalq kommersiya işi (5 kredit)
Prerekvizit: İB 3400
Fənn ixrac-idxal əməliyyatlarının məzmunu, növləri və həyata keçirilməsi metodları, beynəlxalq birbaşa alqı-satqı müqavilələri, onların hazırlanması və bağlanması mərhələləri, beynəlxalq alqı-satqı müqavilələrinin məzmunu və quruluşu, beynəlxalq alqı-satqı kontraktlarının icrasının təşkili, ticarət-vasitəçilik həlqələri tərəfindən həyata keçirilən beynəlxalq kommersiya əməliyyatlarının növləri və təşkili problemləri, beynəlxalq əmtəə birjaları, hərraclar, torqlar, sərgilər və yarmarkalar vasitəsilə kommersiya əməliyyatlarının təşkili, elmi-texniki biliklərlə və mühəndis-texniki xidmətlərlə beynəlxalq mübadilənin təşkili, beynəlxalq icra və turizm əməliyyatlarının təşkili, beynəlxalq istehsal-texniki əlaqələrin, kooperasiyanın və birgə fəaliyyətin təşkili mövzuları tədris edir.
ECON 3410 Azərbaycanın xarici ticarət əlaqələri (4 kredit)
Prerekvizit: İB3400
Fənn Azərbaycanın xarici ticarətinin inkişaf mərhələləri, Azərbaycanın beynəlxalq ticarətdə yeri və rolu, Azərbaycanın xarici ticarət siyasəti, Azərbaycanın xarici ticarətinin təşkilati-hüquqi əsasları, xarici ticarət əlaqələrinin təhlili və proqnozlaşdırılması, Azərbaycanın xarici ticarətinin müasir vəziyyəti, dinamikası, strukturu və coğrafiyası, xarici ticarət balansı və onun tənzimlənməsi, xarici ticarətin maliyyələşdirilməsi mənbələri və kreditləşdirilməsi sistemi, Azərbaycanda xarici ticarətin nəqliyyat və gömrük aspektləri, Azərbaycanın xarici ticarətdə mübahisə və münaqişələrin həlli mövzuları tədris edir.
IB 4402 Beynəlxalq nəqliyyat əməliyyatları (4 kredit)
Prerekvizit: İB 3400
Fəndə nəqliyyat xarici iqtisadi fəaliyyət sahəsində, malların daşınmasının bazis şərtlərinin, onların nəql edilməsinin təşkilinə təsiri, beynəlxalq yük daşımalarının təşkili, yüklərin konasement üzrə daşınması, Beynəlxalq dəniz sığorta edilməsi, beynəlxalq kombinasiya edilmiş və qarışıq yük daşımalarının təşkili, beynəlxalq xüsusi yük daşımaları, beynəlxalq tranzit yük daşımaları, beynəlxalq yük daşınması zamanı ətraf mühit mühafizəsi, Azərbaycan Respublikasında beynəlxalq yük daşınmanın təşkili və idarə edilməsi mövzuları tədris olunur.
ECON 2410 Xarici ölkələrin iqtisadiyyatı (6 kredit)
Prerekvizit: ECON 2406
Fənnin məqsədi. AB ölkələrinin iqtisadiyyatı. ABŞ iqtisadiyyatı. Yaponiya iqtisadiyyatı. Çin iqtisadiyyatı. YSÖ –nin iqtisadiyyatı. Yaxın və Orta –Şərq ölkələrinin iqtisadiyyatı. Şərqi-Avropa ölkələrinin iqtisadiyyatı. Latın Amerikası ölkələrinin iqtisadiyyatı. MDB ölkələrinin iqtisadiyyatı. Afrika ölkələrinin iqtisadiyyatı.
Geoq 2400 İqtisadi coğrafiya və regionşünaslıq (6 kredit)
Prerekvizit: yoxdur
Fənnin məqsəd və vəzifələri. Təhsil prosesində fənnin yeri. İqtisadi coğrafiya və regionşünaslığın metodoloji əsasları. Məhsuldar qüvvələrin yerləşdirilməsi və regional inkişaf üzrə dünya təcrübəsinin təhlili. Dünya təsərrüfatının iqtisadi, coğrafi xarakteristikası. Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi.
IT 3400 İnnovasiya işinin əsasları (3 kredit)
Prerekvizit: yoxdur
İnnovasiyaların idarə edilməsinin ümumnəzəri məsələlərini əhatə edən innovasiya menecmenti konsepsiyası, təşkilatların inkişafının innovasiya strategiyasının formalaşmasının, müxtəlif növ mülkiyyət formaları müəssisələrində innovasiya fəaliyyətinin marketinqi, təşkili, planlaşdırılması və maliyyələşdirilməsinin təcrübi metodlarının, həmçinin innovasiya layihələrinin hazırlanması və iqtisadi əsaslandırılması, innovasiya sahibkarlığının inkişafı və innovasiya fəaliyyətinin hüquqi tənzimlənməsi məsələləri izah olunur.
FI 3401 Qiymətli kağızlar (3 kredit)
Prerekvizit: ECON 2400
Fənn qiymətli kağızlar bazarı və onun iştirakçıları, qiymətli kağızlar növləri, səhmdar cəmiyyətləri, səhmlərin qiyməti və gəlirliliyi, istiqrazlar, istiqrazların qiyməti və gəlirliliyi, qısamüddətli maliyyə alətləri, mübadilə edilən və törəmə qiymətli kağızlar, qiymətli kağızların emissiyası, fond birjası, birja məlumatları, qiymətli kağızların birjadankənar dövriyyəsi, kommersiya banklarının qiymətli kağızlar bazarında investisiya və kontrakt tipli maliyyə vasitəçiləri, qiymətli kağızlar üzrə risk, qiymətli kağızlar portfelini tədqiq edir.
FI 3402 Sığorta işi (3 kredit)
Prerekvizit: ECON 2400
Bu fənn sığorta tədiyyələrinin hesablanması prinsipləri, sığorta fəaliyyəti üzərində dövlət nəzarəti, sığorta təşkilatlarının idarəedilməsi əsasları, sosial sığortanın zəruriliyi, sosial müavinət sistemi, təqaüd sistemi, şəxsi sığorta, təkrarsığorta, sığorta şirkətlərinin iqtisadiyyatı və maliyyəsini tədqiq edir.
ECON 4401 Əməyin iqtisadiyyatı və sosiologiyası (4 kredit)
Prerekvizit: yoxdur
Əməyin iqtisadiyyatı və sosiologiyası kursunun predmeti və məzmunu. Əmək ehtiyatları, onların formalaşması, bölüşdürülməsi və istifadə edilməsi. Əmək bazarı və onun tənzimlənməsi. Əmək məhsuldarlığı, onun amilləri və ehtiyatları. Əmək intizamı və əməyin təşkili, onun əmək məhsuldarlığı ilə qarşılıqlı əlaqəsi. Əmək haqqı. Tarif sistemi. Müəssisələrin sosial təşkili. Əmək fəaliyyətinin motivləşdirilməsi. Müəssisələrdə işçilərin əməyə uyğunlaşması. Müəssisələrdə sosial nəzarət. Konkret sisioloji tədqiqatların aparılması metodikası.
MK 4407 Kommersiya qiymətləndirilməsi (4 kredit)
Prerekvizit: BUSA 3400
Biznesin qiymətləndirilməsində əsas anlayışlar. Biznesin qiymətləndirilməsinin zəruriliyi və məqsədi. Qiymətləndirmədə müəyyənləşdirilən dəyərin növləri. Qiymətləndirmə dəyərinin miqdarına təsir edən amillər. Biznesin qiymətləndirilməsinin prinsipləri. Biznesin qiymətləndirilməsində informasiya təminatı. Qiymətləndirmə prosesində maliyyə sənədlərinin hazırlanması. Biznesin qiymətləndirilməsində gəlir yanaşması. Biznesin qiymətləndirilməsində müqayisəli yanaşma. Biznesin qiymətləndirilməsində xərc yanaşması. Nəzarət və qeyri nəzarət paketlərinin dəyərinin qiymətləndirilməsi. Müəyyən məqsədlərlə biznesin qiymətləndirilməsi. Müəssisə biznesinin qiymətləndirilməsinə dair hesabat. Müəssisə əmlakının dəyərinin idarə edilməsində qiymətləndirmə metodlarının tətbiqi
FI 4401 Beynəlxalq investisiyaların və maliyyəşmənin təşkili (4 kredit)
Prerekvizit: ECON 2406
Fənnin məqsədi: beynəlxalq maliyyəşmənin müasir meyllərinin və formalarının tədrisi və beynəlxalq maliyyəşmə prosesində Azərbaycanın yerini göstərmək. Vəzifələr: beynəlxalq maliyyəşmənin beynəlxalq iqtisadi münasibətlər sistemində rolunu göstərmək; beynəlxalq investisiyaların forma və növlərini öyrənmək; beynəlxalq maliyyəşmənin nəzəriyyəsi və modellərini mənimsəmək; birbaşa və portfel investisiyaların strategiyalarını, investisiyaların və onların idarə edilməsinin xüsusiyyətlərini göstərmək; beynəlxalq investisiyalara dəstək üzrə beynəlxalq institutların fəaliyyətini göstərmək; beynəlxalq investisiya axınlarının meyllərini və dinamikasını təhlil etmək; kapitalın beynəlxalq hərəkəti prosesində Azərbaycanın iştirakını müəyyən etmək.
ECON 4402 İqtisadi təlimlər tarixi (3 kredit)
Prerekvizit: yoxdur
“İqtisadi təlimlər tarixi”nin predmeti, metodları və kursun quruluşu; qədim dünyanın iqtisadi təlimləri; feodalizm dövrünün iqtisadi təlimləri; bazar münasibətlərinin yaranması dövrünün iqtisadi fikirləri; klassik siyasi iqtisad məktəbinin formalaşması; klassik siyasi iqtisadın əleyhdarları; marksist iqtisadi nəzəriyyə məktəbi və onun davamçıları; marjinalizm və neoklassik iqtisadi fikrin formalaşması; iqtisadi təlimlərin institusional sosioloji istiqamətləri; iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi və keynsçilik; müasir iqtisadi nəzəriyyələrin təkamülü; Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf mərhələləri.
ECON 4403 Qiymət və qiymətin əmələ gəlməsi (3 kredit)
Prerekvizit: yoxdur
Qiymətin iqtisadi mahiyyəti. Dəyər və qiymətin iqtisadi mahiyyətinə müxtəlif baxışlar. Qiyməti əmələ gətirən amillər, bazar konyunkturası və qiymət səviyyəsinə təsiri. Qiymətin funksiyaları. Daxili və xarici bazarda qiymət sistemi. Qiymətin növləri. Dünya qiymətləri. Daxili bazar və dünya qiymətlərinin qarşılıqlı əlaqəsi. Qiymətlərin tərkibi, strukturu və dinamikası. Qiymətin əsas elementləri. Qiymətin strukturu. Qiymət dinamikası və onun öyrənilməsinin statistik metodları.
Qiymət indeksləri və onların hesablanması metodikası. Qiymət əmələ gəlmədə istehsal və xərc konsepsiyası. İstehsal və xərc funksiyaları və onların qarşılıqlı əlaqəsi. Bazar qiymətlərinin formalaşması və qanunauyğunluqları. Bazar tarazlığı və qiymətlər. Bazarın və qiymətlərin ictimai və dövlət tənzimlənməsi. Müəssisənin qiymət siyasəti və strategiyası. Əmtəə və fond birjalarında qiymətlərin əmələ gəlməsi. Valyuta məzənnəsi və onu müəyyən edən amillər və azad dönərli valyuta. İdxal-ixrac məhsullarına qiymətin əmələ gəlməsi
FI 4402 Dünya maliyyə bazarlarında institusional investorlar (3 kredit)
Prerekvizit: yoxdur
Fənnin təsviri: müxtəlif növ iqtisadiyyatlarda institusional investorların fəaliyyət xüsusiyyətlərinin dərindən təhlili; maliyyə konqlomeratlarının yaradılması; qeyri-bank strukturların – investisiya şirkətləri və fondları (qarşılıqlı, pay investisiya fondları, qeyri-dövlət pensiya fondları, ümumi bank idarə edilməsi fondları və s.), kredit ittifaqları, ixtisaslı broker şirkətləri, investisiya trastları, maliyyə məsləhətçilərinin – xüsusiyyətlərinin təhlili; bu və ya digər institusional investorun seçilməsi üzrə rpaktiki tövsiyələr verilir; institusional investorlar tərəfindən təqdim olunmuş vəsaitlərin yerləşdirilməsi imkanları açıqlanır; azərbaycan və beynəlxalq təcrübələrin, qayda və ənənələrin müqayisəsi aparılır.
MGS 4416 Beynəlxalq strateji menecment (4 kredit) Prerekvizit: İB 3400
Fənn “Dünya iqtisadiyyatı” ixtisası üzrə tələbələr üçün nəzərdə tutulub. Burada həm strateji menecmentin ümumi əsasları, həm də onların firmaların beynəlxalq və xarici fəaliyyətində xüsusiyyətləri baxılır ki, bu da bu fənnin məqsədlərini müəyyən edir. Burada həmçinin strateji menecmentin ümumi anlayışları, prosesləri və metodlarının dünya bazarları və digər ölkələrin bazarlarında, firmanın beynəlxalq və xarici fəaliyyətində necə reallaşdığını göstərilir. IB 4401 Beynəlxalq biznes və rəqabət (4 kredit)
Prerekvizit: İB 3400
Missiya – qərb biznes-məktəblərinin nailiyyətlərilə milli universitet təhsilinin ənənələrinin birləşdirilməsi əsasında yeni nəsil mütəxəssislərinin hazırlanması. Bunun üçün biz ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və bir çox digər ölkələrin ən yaxşı universitet biznes-məktəblərilə sıx əlaqələr qurmuşuq və saxlayırıq. Bizim tələbələrimiz biznes-təhlili və telekommunikasiyalarının ən müasir texnologiyalarından istifadə etməklə işgüzar mühitdə mürəkkəb praktiki məsələləri həll etməyə öyrənirlər. Əsasına biznes üçün mütəxəssislərin hazırlanması sistemi qoyulub. Bu, iqtisadi nəzəriyyə məsələlərinin izahı üçün riyazi metodlardan istifadə, çox sayda qarşılıqlı asılı kurs işləri, tələbələr tərəfindən praktiki işlərin yerinə yetirilməsinin icbariliyi, bir sıra fənlərinin keçirilməsidir.
MK 4408 Beynəlxalq kommersiya təcrübəsi (4 kredit)
Prerekvizit: İB 3400
Fənn tələbələri beynəlxalq kommersiya fəaliyyətinin təşkili, beynəlxalq kommersiyanın müasir inkişaf meylləri, beynəlxalq kommersiya əlaqələrində ölkədə beynəlxalq kommersiya fəaliyyətinin xüsusiyyətləri üzrə mövzularla tanış edir. Xarici bazara çıxış yollarına və xarici ticarət əməliyyatlarında kontragentin seçilməsinə təsir edən amillərə diqqət yetirilir.
Kommersiya fəaliyyətinin azad iqtisadi zonalar, ofşor zonalar, sərhədyanı ticarət, azad ticarət zonaları və gömrük birlikləri kimi formaları ayrıca tematik blok kimi tədris olunur. Xüsusi diqqət beynəlxəlq ticarətdə əmtəə tədarükünün bazis şərtlərinin öyrənməsinə yetililir.
FI 4403 Beynəlxalq maliyyə (4 kredit)
Prerekvizit: İB3400
Fənn Maliyyə və “Dünya iqtisadiyyatı” ixtisası üzrə tələbələr üçün nəzərdə tutulub. Fənnin məqsədi beynəlxalq valyuta sistemi və valyuta məzənnəsi: mahiyyəti və əsasları, beynəlxalq valyuta sisteminin təkamülü, tədiyyə balansı və ölkənin xarici iqtisadi müvazinəti, valyuta mexanizminin beynəlmiləlləşməsi. Valyuta siyasəti, Beynəlxalq maliyyə bazarları. Qızıl bazarı, Beynəlxalq hesablaşmalar və xarici ticarətin kreditləşdirilməsini öyrənməkdir.
FI 4404 Beynəlxalq bank işi (4 kredit)
Prerekvizit:İB 3400
Fənn “Dünya iqtisadiyyatı” ixtisası üzrə tələbələr üçün nəzərdə tutulub. Fənnin məqsədi beynəlxalq bank işi üzrə nəzəri biliklər bazasının və təcrübi vərdişlərin yaradılmasıdır. Fənn müxtəlif ölkələrin bank sistemlərinin fəaliyyətinin əsas xüsusiyyətlərini tədris edir. Burada beynəlxalq bank işinin əsas inkişaf istiqamətləri göstərilir. Xüsusi diqqət bankların əsas əməliyyatlarına, sənəd biznesinə, bank fəaliyyətinin təhlili və qiymətləndirilməsinə verilir.
ACCT 2401 Mühasibat (maliyyə) uçotu (4 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə müəssisələrdə mühasibat (maliyyə) uçotunun təşkili əsasları, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, investisiyaların, mal-material ehtiyatlarının, əməyin və onun ödənişinin, məsrəflərin, hazır məhsul və onun satışının, pul vəsaitlərinin, mənfəət və zərərlərin, vergiyə cəlb olunmanın, kapitalın, öhdəliklərin uçotu, mühasibat (maliyyə) hesabatının milli və beynəlxalq standartları öyrənilir.
ACCT 3402 İqtisadi təhlil və audit ( 4 kredit)
Prerekvizit: ACCT 2401
Bu fənn iqtisadi təhlildə istifadə olunan göstəricilər sistemi; iqtisadi təhlilin metodu və xüsusi üsulları, determinləşmiş amilli təhlilin modelləri; ənənəvi, iqtisadi-riyazi və evristik üsullar; təhlilin informasiya mənbələri; iqtisadi təhlilin növləri; kompleks iqtisadi təhlil; müəssisənin texniki-təşkilati və idarəetmə səviyyələrinin qiymətləndirilməsi; müəssisə fəaliyyətinin təhlili; audit və auditor fəaliyyəti haqqında məlumat verir.
FI 2402 Maliyyə nəzəriyyəsi (4 kredit)
Prerekvizit: yoxdur
«Maliyyə nəzəriyyəsi» fənnində dövlət büdcəsi, unitar və federativ dövlətlərin büdcə quruculuğu, dövlət krediti, regional maliyyənin xüsusiyyətləri, büdcədənkənar fondlar, sığortanın nəzəri əsasları, maliyyə nəzarəti, beynəlxalq maliyyə-kredit münasibətləri tədqiq olunur.
FI 2401 Pul və banklar (4 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə pulun meydana gəlməsi, onun zəruriliyi, funksiyaları və növləri, pul sistemi və onun növləri, nağd və nağdsız pul dövriyyəsi, inflyasiya, onun mahiyyəti, formaları və nəticələri, kreditin mahiyyəti və funksiyaları, formaları və növləri, ssuda faizi və onun bazar iqtisadiyyatında rolu, qiymətli kağızlar bazarı, fond birjasının əhəmiyyəti və onun əməliyyatları, qiymətli kağızların növləri, bankların meydana gəlməsi və inkişafı, kredit və bank sistemi, mərkəzi bank və onun fəaliyyəti, kommersiya bankları və onların fəaliyyəti, pul, kredit tənzimlənməsi sistemi və onun elementləri, beynəlxalq valyuta kredit münasibətləri və beynəlxalq valyuta kredit təşkilatları tədqiq olunur.
FI 3403 Vergilər və vergitutma (4 kredit)
Prerekvizit: FI 2402
Fənn vergi növləri və vergi siyasəti, vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələri, vergi nəzarəti, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, vergilərin hesablanmasının və ödənilməsinin ümumi əsasları, bələdiyyə vergiləri və dövlət rüsumlarını tədqiq edir.
FI 2404 Büdcə sistemi (4 kredit)
Prerekvizit: FI 2402
Fənn büdcə quruculuğu və büdcə sistemi, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları, büdcənin gəlirləri, vergili və qeyri-vergili gəlirləri, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların xərclərinin planlaşdırılması və maliyyələşdirilməsinin əsasları, maddi və qeyri-maddi istehsal sahələrinin xərclərinin maliyyələşdirilməsi, dövlət borclarına xidmət edilməsinə büdcə xərcləri, dövlət büdcədənkənar fondları və məqsədli büdcə fondları, büdcələrarası münasibətlər, büdcənin icrasının təşkili, büdcə icrası üzərində maliyyə nəzarətinin təşkilini tədqiq edir.
FI 4401 Maliyyə nəzarəti və audit (4 kredit)
Prerekvizit: FI2402
Fənn maliyyə nəzarətinin əsas tipləri, maliyyə nəzarətinin növləri, maliyyə nəzarətinin təşkili, nəzarət edən və idarə olunanların hüquq və vəzifələri, nəzarət edilən subyektlərin daxili audit sisteminin qiymətləndirilməsi, yoxlama nəticələrinin təhlili və yekun sənədlərin hazırlanması, nəzarət nəticələri üzrə qərarların qəbul edilməsi, dövlət büdcəsinin icrasına cari maliyyə nəzarəti, maliyyə nəzarətində hesablama palatasının rolu, daxili və kənar audit aparılması metodikasını tədqiq edir.
PolS 1202 Sosial siyasət (4 kredit) Prerekvizit: yoxdur Sosial siyasət fənni əhali və onun bu və ya başqa hissəsinin sosial vəziyyətinin saxlanılması və dəyişilməsinə dair sosial qruplar arasında qarşılıqlı münasibətlərdir. Sosial siyasət fənnini öyrənərkən cəmiyyətin sosial strukturu, sosial qrupların formalaşması, sosial transformasiya və sosial təhlükəsizlik məsələlərinə diqqət yetirilməklə yanaşı, sosial siyasətin iqtisadiyyatla qarşılıqlı əlaqəsi və qarşılıqlı təsir məsələlərinə xüsusi fikir verilir. Bu məqsədlə, məşğulluq, işsizlik, əməyin ödənilməsi, demoqrafik inkişaf, yoxsulluq, pensiya və sosial müavinətlər məsələləri də tədris edilir. Bununla yanaşı sosial subyektlərin, titulların fəaliyyəti də öyrənilir. Logis 3400 Logistikanın əsasları (4 kredit)

LAW 3401 Maliyyə hüququ (3 kredit)
Prerekvizit: yoxdur Fəndə maliyyə hüququnun predmeti, vəzifələri və metodları tədris olunur. Fənn dövlət maliyyə fəaliyyəti, AR büdcə hüququ və AR-da büdcə prosesi, AR-da gəlirlərin dövlət tənzimlənməsinin hüquqi əsasları, dövlət xərcləri və maliyyəşməsinin hüquqi tənzimlənməsi, maliyyə nəzarəti, təbii resurslardan istifadəsinə görə ödəmələr, hüquqi əhəmiyyətli fəaliyyətə görə ödənişlərin alınmasının hüquqi tənzimlənməsi, fiziki şəxslərin vergiyə cəlb olunmasının hüquqi əsasları, hüquqi şəxslərin vergiyə cəlb olunmasının hüquqi əsasları, dövlət büdcədən kənar fondlarına sığorta ödəmələrinin hüquqi rejimi, AR-da pul tədavülünün və hesablaşmaların hüquqi əsasları, AR-da valyuta tənzimlənməsi və nəzarətinin hüquqi əsaslarını əhatə edir. LAW 3402 Kommersiya hüququ (3 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə kommersiya hüququnun öyrənilmə predmeti, kommersiya fəaliyyətinin subyektləri, əmtəə bazarının təşkilinin hüquqi formaları, əmtəə birjalarının fəaliyyətinin hüquqi tənzimlənməsi, birja sövdələşmələri, kommersiya dövriyyəsində vasitəçilik fəaliyyətinin hüquqi əsasları, ticarət (kommersiya) müqavilələri, əmtəə qəbulunun, satışının hüquqi tənzimlənməsi, kommersiya dövriyyəsində lisenziyalaşdırma fəaliyyətinin hüquqi tənzimlənməsi, kommersiya dövriyyəsində əmtəələrin, iş və xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin hüquqi təminatı, kommersiya mübahisələrinin həll edilməsinin əsas qaydaları, kommersiya mübahisələrinin əsas növləri haqqında məlumat verilir.
FI 3406 Vergitutmada informasiya texnologiyaları (4 kredit)
Prerekvizit: yoxdur
Fənnin məqsədi yeni vergi sənədləri formaları nəzərə alınmaqla vergitutmada informasiya texnologiyaları haqqında tələbələrə bilik vermək, onlara uçot və vergi informasiyalarının komputer işlənməsi texnologiyasını öyrətmək, gəncləri nəticə əldə edilməsi üsulları ilə tanış etməkdir.
FI 3404 Birja işi (4 kredit)
Prerekvizit: yoxdur
Bu fənn kütləvi auditoriya üçün nəzərdə tutulub. Ardıcıllı sürətdə birja ticarətinin əsasları, həmçinin iri pul vəsaitləri cəlb etməyərək mənfəət əldə etmək məqsədilə daxili birja meydançalarının tətbiq imkanları baxılır. Bu fəndə tədrisin ən təsir bağışlayan nəticəsi müsbət sövdələşmələrin yüksək faizidir.
MK 4409 Reklamın əsasları
Prerekvizit: yoxdur
Bu fənn reklam menecmentinin əsas anlayışları, reklam menecmentinin məqsədi və funksiyaları, reklamların informasiya təminatı, reklam tədqiqatları, müəssisənin reklam fəaliyyətinin planlaşdırılması, reklam strategiyası və onun işlənilib hazırlanması, təşkil etmə və reklam verən: reklam fəaliyyətinin təşkilinin səciyyəvi xüsusiyyətləri və reklam verən-müəssisənin funksiyaları, reklam büdcəsi, reklam agentlikləri, reklam kampaniyaları, reklam fəaliyyətinə nəzarət, beynəlxalq reklam menecmenti haqqında məlumat verir.
Acct 4400 Nəzarət və təftiş (3 kredit)
Prerekvizit: yoxdur
Fənnin məqsədi dinləyiciləri iqtisadiyyatın idarə edilməsində nəzarətin mahiyyəti, rolu və vəzifələri ilə tanış etmək, xarici və daxili maliyyə nəzarətinin əsas vəzifələri və istiqamətlərini, təşkilatların təsarrüfat daxili hesablama metodikasını göstərməkdən ibarətdir. Təftiş təşkilatların fəaliyyətinin nəzarət aləti kimi: təftiş anlayışı, onun rolu və vəzifələri. Təftişin vəzifələri və təşkili, təftiş yoxlamasının istiqamətləri, təftişin keçirilməsinin mərhələləri və ardıcıllığı.
FI 4402 Maliyyə menecmenti (4 kredit)
Prerekvizit: FI 2402
Fənn praktiklər və karyerasını maliyyənin idarə edilməsi sahəsində qurmaq istəyənlər üçün nəzərdə tutulub. Fənnə müəssisənin maliyyə menecmentinin bütün xüsusiyyələrini açıqlayan nəzəri və təcrübi məşğələlər daxildir: maliyyə və vergi uçotu, maliyyə hesabatının beynəlxalq standartı, müəssisənin maliyyə vəziyyətinin əmsallar əsasında təhlili və qiymətləndirilməsi, müəssisənin yüksək likvidli və dövriyyə aktivlərinin idarə edilməsi və s.
FI 3405 Mütərəqqi Korporativ maliyyə (3 kredit)
Prerekvizit: FI 2402
Fənnin məqsədi: korporativ maliyyənin, korporasiyaların maliyyə və investisiya siyasətinin baza konsepsiyalarının öyrənməsi; kapital, gəlir və mənfəətin formalaşması və istifadəsinin, investisiyaların maliyyələşməsinin, maliyyə planlaşmasının, və nəzarətin təcrübi aspektlərinin baxılması.
Fəndə şaquli inteqrasiya olunmuş strukturlarda (MSQ və holdinqlərin), həmçinin ona daxil olan müxtəlif mülkiyyət formaları müəssisələrində maliyyə təşkilinin xüsusiyyətləri tədris olunur. Burada korporativ maliyyənin baza konsepsiyaları, korporasiyaların maliyyə və investisiya siyasəti ardıcıllıqla izah olunur, kapital, gəlir və mənfəətin formalaşması və istifadəsinin, investisiyaların maliyyələşməsinin, maliyyə planlaşmasının və nəzarətin təcrübi aspektləri baxılır. Böyük diqqət korporativ qruplarda pul (maliyyə) axınlarının idarə edilməsinə verilir. Korporativ maliyyənin təcrübi aspektləri kapitalın quruluşu, korporasiyaların dividend və investisiya siyasəti üzrə idarə etmə qərarlarının qabulu ilə qarşılıqlı əlaqədə baxılır.
FI 4405 İnvestisiyaların maliyyələşməsi və kreditləşdirilməsi (4 kredit)
Prerekvizit: yoxdur
Tədrisin təsviri: investisiyaların mahiyyəti və iqtisadi məzmunu; investisiyaların növləri və formaları; maliyyə və real investisiyalar arasında qarşılıqlı əlaqə; investisiyaların məqsədləri və istiqamətləri; investisiya fəaliyyətinin qanunvericilik təminatı; xarici investisiyaların mahiyyəti və formaları; investisiya siyasəti və onun növləri; investisiya mexanizmi, investisiyaların maliyyələşmə və kreditləşmə mənbələri; investisiya fəaliyyətinin dövlət tənzimlənməsi; investisiya iqlimi və onu müəyyən edən amillər; investiya layihələrinin mahiyyəti və növləri; investisiya layihələşməsinin faza və mərhələləri; investisiya layihələrinin ekspertiza qaydaları və onların səmərəliliyinin qiymətləndirilməsi metodları; investisiyaların texniki-iqtisadi əsaslandırması; investisiya layihələrinin kreditləşmə riskləri; müəssisələrin investisiya layihələrinin banklar tərəfindən kreditləşməsi; qiymətli kağızlara investisiyalar.
MATH 2203 Statistikanın nəzəriyyəsi (4 kredit)
Prerekvizit: yoxdur
Fənn statistika müşahidəsi, statistika materiallarının yekunlaşdırılması və qruplaşdırılması, statistika cədvəlləri və qrafiklər, statistikada mütləq, nisbi və orta kəmiyyətlər, variasiya göstəriciləri, seçmə müşahidəsi, qarşılıqlı əlaqələrin statistik öyrənilməsi, dinamika sıraları və onların təhlili, indekslər mövzuları tədris edir.
MATH 2204 Sosial- iqtisadi statistika (4 kredit)
Prerekvizit: MATH2203
Fənndə sosial-iqtisadi statistikanın ümumi məsələləri, əhali, əmək bazarı, əmək məhsuldarlığı və əmək ödənişi, əmtəə və xidmətlər bazarı, qiymət, taariflər və inflyasiya, maliyyə və bank, xarici iqtisadi əlaqələr (XİƏ), istehsal və tədavül xərcləri, əhalinin həyat səviyyəsi və sosial sferanın statistikası, milli sərvət statistikası, Milli Hesablar Sistemi (MHS), makroiqtisadi göstəricilər statistikası tədris olunur.
ACCT 2402 Mühasibat uçotunun nəzəriyyəsi (4 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə Azərbaycan Respublikasında mühasibat uçotunun normativ tənzimlənməsi, mühasibat balansı, hesablar sistemi və ikili yazılış, mühasibat uçotu hesablarının təsnifatı, mühasibat uçotunda ilkin müşahidə, sənədləşmə və inventarlaşma, dəyər ölçüləri və cari mühasibat uçotu, mühasibat uçotunun qeyd vasitələri (registrləri) və formaları, əsas təsərrüfat əməliyyatlarının uçotu prinsipləri, əmlak və öhdəliklərin inventarlaşdırılması, mühasibat (maliyyə) hesabatı, təşkilatın uçot siyasəti, mühasibat uçotunun təşkili prinsipləri və onun beynəlxalq standartlara uyğunlaşdırılması, Beynəlxalq və Milli uçot standartları tədris olunur.
ACCT 3403 Maliyyə (mühasibat) uçotu (4 kredit)
Prerekvizit: ACCT 2402

ACCT 3404 İdarəetmə uçotu (3 kredit)
Prerekvizit: ACCT 2402
Fəndə idarəetmə uçotu sistemində xərclər və onların təsnifatı, xərclərin məqsədlər üzrə uçotu və bölüşdürülməsi, məhsulun maya dəyərinin kalkulyasiya edilməsi sistemi, perspektiv kalkulyasiyalaşdırma metodları, idarəetmə uçotu və qərarların qəbul edilməsi, planlaşdırma, nəzarət və fəaliyyətin nəticələrinin qiymətləndirilməsi, idarəetmə uçotunun təşkili əsasları, idarəetmə uçotu sistemində davranış aspektləri tədris olunur.
ACCT 3405 Maliyyə (mühasibat) hesabatı (3 kredit)
Prerekvizit: ACCT 3403
Fəndə mühasibat (maliyyə) hesabatının tərtib, təsdiq və təqdim olunması qaydaları, mühasibat balansının mahiyyəti, növləri və xarakterik xüsusiyyətləri, balansın aktiv və passiv maddələrinin qiymətləndirilməsi, «Mənfəət və zərərlər» haqqında hesabatın xüsusiyyətləri, kapital və pul vəsaitlərinin hərəkəti haqqında hesabatın xüsusiyyətləri, konsolidə edilən maliyyə hesabatları tədris olunur.
ACCT 3406 İqtisadi təhlilin nəzəriyyəsi (4 kredit)
Prerekvizit: ACCT 3403
Fəndə iqtisadi təhlilin üsulları və qaydaları, tam, kompleks və tematik (qismən) iqtisadi təhlil, firmalararası müqayisəli iqtisadi təhlil, operativ (stuasiyalı), cari (retrospektiv) və milli (çoxamilli) Strateci (perspektiv, proqnoz) iqtisadi təhlil, firmalararası və firmalardaxili iqtisadi təhlilin təşkili xüsusiyyətləri, funksional-dəyər təhlili, iqtisadi təhlilin nəticələrinin ümumiləşdirilməsi və idarəetmə qərarlarının işlənib hazırlanması, istehsal-kommersiya fəaliyyətinin əsas göstəricilər üzrə təhlili metodikası, iqtisadi təhlilin inkişaf istiqamətləri tədris olunur.
ACCT 3407 Maliyyə (iqtisadi) təhlili (4 kredit)
Prerekvizit: ACCT 3406
Fəndə firmanın maliyyə vəziyyəti və nəticələrinin, istehsalın təşkilati-texniki səviyyəsinin və digər şərtlərinin, məhsul (iş və xidmət) istehsalı və satışının, əmək resursları ilə təmin olunması və onlardan istifadənin, əsas fondlarla təmin olunması və onlardan istifadənin, material resursları ilə təmin olunması və onlardan istifadənin, marketinq fəaliyyətinin, məhsulun (iş və xidmətlərin) maya dəyərinin, investisiya fəaliyyətinin, müəssisənin (firmanın) xarici iqtisadi fəaliyyətinin təhlili tədris olunur.
ACCT 3408 Auditin əsasları (4 kredit)
Prerekvizit: ACCT 3403
Fəndə auditor fəaliyyəti və onun tənzimlənməsi, auditin metodologiyası və audit standartları, auditor fəaliyyətində menecmentin təşkili, auditor yoxlamasının ilkin mərhələsi, auditor yoxlamasının planlaşdırılıması, auditor yoxlamasına ümumi metodik yanaşma, audit keçirildikdə müxtəlif subyektlərin qarşılıqlı əlaqəsi, auditor yoxlamasının xüsusi aspektləri, auditin son sferasında bəzi prosedurlar, auditor qərarı, iqtisadi subyektin ümumi sənədləşməsinin auditor yoxlaması tədris olunur.
ACCT 3409 Praktiki audit (4 kredit)
Prerekvizit: ACCT 3408
Fəndə yoxlanılan təşkilatın nizamnamə sənədləri, təsisçilərlə hesablaşmaların vəziyyəti və müəssisənin uçot siyasətinin məzmunu, kassa əməliyyatlarının, hesablaşma, valyuta və banklarda olan xüsusi hesablar üzrə aparılan əməliyyatların, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin, istehsal ehtiyatlarının, maliyyə qoyuluşlarının uçotunun, kənar və daxili hesablaşma əməliyyatlarının, kreditlərin, borcların və məqsədli maliyyələşdirmələrin uçotunun, istehsala məsrəflərin və məhsulun maya dəyərinin kalkulyasiyasının, hazır məhsulun, onun yüklənməsinin və satışının uçotunun, maliyyə nəticələri və onlardan istifadənin uçotunun, kapitalın və ehtiyatların uçotunun auditi, auditdə istifadə olunan analitik proseduralar və onların tətbiqi mexanizmi tədris olunur.

Fənnin məqsədi yeni vergi sənədləri formaları nəzərə alınmaqla vergitutmada informasiya texnologiyaları haqqında tələbələrə bilik vermək, onlara uçot və vergi informasiyalarının kompüter işlənməsi texnologiyasını öyrətmək, gəncləri nəticə əldə edilməsi üsulları ilə tanış etməkdir.
ECON 3406 Sosial-iqtisadi proqnozlaşdırma (4 kredit) Prerekvizit: yoxdur
Sosial-iqtisadi proqnozlaşdırma: əsas anlayışlar, predmeti, üsulları və proqnozların tipləri. Sosial-iqtisadi proqnozlaşdırma sistemi, proqnozlaşdırmanın əsas funksiyaları və prinsipləri. Sosial-iqtisadi proqnozlaşdırmanın metodları. İqtisadi proqnozlaşdırma modelləri. Reqressiya vasitəsilə proqnozlaşdırma. Xalq təsərrüfatının iqtisadi potensialı – iqtisadi və sosial proqnozlaşdırmanın əsasıdır. Demoqrafik inkişafın proqnozlaşdırılması. İqtisadi artımın proqnozlaşdırılması. Əmək ehtiyatları və məşğulluğun proqnozlaşdırılması. Əhalinin həyat səviyyəsinin proqnozlaşdırılması. İnvestisiya fəaliyyəti və kapital qoyuluşu səviyyəsinin proqnozlaşdırılması. Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılması.
MATH 4400 Maliyyə statistikası (4 kredit)
Prerekvizit: FI 2400
Fəndə maliyyə statistikasının predmeti, vəzifələri və metodları; maliyyə statistikasının müasir quruluşu; maliyyə-iqtisadi hesablamaların əsasları; dövlət maliyyəsi statistikası; müəssisə və təşkilatların maliyyəsi statistikası; pul tədavülü statistikası; qiymət statistikası; inflyasiyanın statistik öyrənilməsi; bank fəaliyyətinin statistikası; sığorta statistikası; faiz dərəcəsi statistikası; valyuta məzənnəsi statistikası; qiymətli kağızlar statistikası; birja statistikası; ölkənin maliyyə vəziyyətinin ümumi statistik göstəriciləri tədris olunur.
FI 4406 Xarici ölkələrin pul-kredit sistemi (4 kredit)
Prerekvizit: ECON 2406
Inkişaf etmiş ölkələrin pul-kredit sistemlərinin quruluş modelləri, cari iqtisadi vəziyyət, pul-kredit sistemlərinin təşəkkül mərhələləri, büdcə və maliyyə sistemlərinin qarşılıqlı əlaqələrinin xüsusiyyətləri göstərilir, vergi sistemlərinin fəaliyyəti təhlil olunur.
ACCT 3410 Mühasibat informasiya sistemləri (4 kredit)
Prerekvizit: ACCT 3403
Bu fənn elektron biznesi şəraitində mühasiblər, menecerlər, layihə mütəxəssisləri və qiyməti təyin edənlər üçün zəruri vərdişləri inkişaf etdirir. Bu vərdişlər problemlərin həlli, texnoloji biznes proseslərinin modelləşdirlməsi məqsədilə məlumatın seçimi, çıxardılması və təhlilini, informasiya sistemlərinin inkişafını, elektron biznesində daxili nəzarətin layihələşdirilməsi və qiymətləndirilməsini daxil edir.
ACCT 4401 Maliyyə (mühasibat) hesabatının təhlili
Prerekvizit: ACCT 3405
Fəndə maliyyə hesabatları və onların təhlili, müəssisənin səmərəliliyinin, likvidliyin, ödəməqabiliyyətliliyin və bazarın qiymətləndirilməsi tədris olunur. Əldə edilmiş biliklərin tətbiqinin təhlili göstərilir.
ACCT 3411 İdarəetmə təhlili (4 kredit)
Prerekvizit: ACCT 2402
Fənnin məqsədi təşkilatın idarə edilməsini yaxşılaşdırmaq və onun strateji məqsədlərinə nail olmaq məqsədilə dinləyiciləri uçot və nəzarətin müasir idarə etmə texnologiyalarından istifadə etməyə öyrətməkdir.
Fənnin əsas vəzifəsini dinləyicilərə müasir təşkilatlarda uçot-nəzarət işinin prinsiplərinin tədrisi təşkil edir. Bu vəzifə nəzəri-metodoloji və təcrübi məsələlərin tədrisi hesabına nail olunur. Onlar aşağıdakıları təmin edir: dinləyicilərin idarəetmə uçotunun predmeti ilə tanış olması; təşkilat xərcləri uçotunun müasir metodlarının tətbiq vərdişlərinin əldə edilməsi; məhsulun maya dəyərinin nəzəriyyəsinin öyrənməsi və onun hesablaması və xərclərin bölüşdürülməsi metodlarının istifadə vərdişlərinin inkişafı; təşkilatların plan və büdcələrinin yerinə yetirilməsinə nəzarət və onlarda kənarlaşmaların təhlili; təşkilatların plan və büdcələrinin yerinə yetirilməsinə idarəetmə təsirinin seçilməsi nəzəriyyəsinin öyrənməsi və onu təhlil etmək vərdişlərinin inkişafı; təşkilatların strateji kursuna əsaslandırılmış düzəlişlər; təşkilatların vəziyyətinin kompleks diaqnostikası nəzəriyyəsinin öyrənməsi və bu sahədə vərdişlərin inkişafı; təşkilatın məqsədlərinə nail olmaq dərəcəsinin qiymətləndirilməsi və maliyyə-iqtisadi nəticələrin yaxşılaşdırılmasının əsas amillərinin müəyyən edilməsi üzrə vərdişlərin əldə edilməsi; təşkilatlarda uçot-nəzarət hesablamaları sistemində kənarlaşmaların faktor təhlili üzrə vərdişlərin əldə edilməsi.
ACCT 4402 Təsdiq etmə xidməti. Audit (4 kredit)
Prerekvizit: ACCT 3408
Bu fənn müasir şəraitdə və elektron biznesinin inkişafı şəraitində tələbələrə audit, attestasiya, təsdiq etmə xidmətləri sahələrində öz biliklərini inkişaf etdirməyə imkan verir. Mövzuların fəsillərinə cəmiyyətdə bu cür xidmətlərin rolu, dəlillərə uyğunluq və məsuliyyət, maddilik, risk və nəzarət, informasiya inteqrasiyası və yoxlama metodları daxildir.
ECON 1400 Mikroiqtisadiyyat (6 kredit)
Prerekvizit: yoxdur
İqtisadi nəzəriyyənin tərkib hissəsi olan mikroiqtisadiyyat makroiqtisadiyyatın, milli iqtisadiyyatın, beynəlxalq iqtisadiyyatın, tətbiqi iqtisadi fənlərin daha dərindən mənimsənilməsinin zəruri əsasları təşkil edir. Mikroiqtisadiyyatın öyrənilməsi bazar iqtisadiyyatının prinsipləri haqqında daha dərin təsəvvür yaratmağı, tələb, təklif, bazar tarazlığı və tarazlıq qiyməti, faydalılıq, rəqabət və qeyri-rəqabət bazar modelləri və s. kimi problemləri təhlil edir.
ECON 1401 Makroiqtisadiyyat (5 kredit)
Prerekvizit: ECON-1400
Makroiqtisadiyyat fənni «İqtisadi nəzəriyyə»nin tərkib hissəsi kimi iqtisadi qanunauyğunluqları, prinsipləri, funksional asılılıqları, vahid orqanizm halında fəaliyyət göstərməsini tədris edir. Makroiqtisadi nəzəriyyədə iqtisadi artımın, məşğulluğun, inflyasiyanın, makroiqtisadi tarazlığın, pul və pul sisteminin, monetar, büdcə və yoxsulluğa qarşı siyasətinin şərhi aparılır.
LAW 2400 Mülki və inzibati hüquq (6 kredit)
Prerekvizit: yoxdur.
Mülki hüquq, əsas anlayışlar və təriflər. Mülki hüquq münasibətləri. Mülki qanunvericilik. Mülki hüquq elm kimi. Hüquq sahələri. “mülki hüquq” termininin meydana gəlmə tarixi. Mülki hüquq elminin anlayışları, predmeti və funksiyaları. Mülki hüquq elminin digər hüquq sahələri və başqa elmlərlə qarşılıqlı əlaqələri. Dövlət idarəetməsi, icra hakimiyyətləri. İdarəetmə anlayışları. Sosial idarəetmə. Sosial idarəetmənin əlamətləri və növləri. İnzibati hüquq anlayışı və predmeti. İctimai münasibətlərin hüquqi tənzimlənməsinin inzibati üsulları. İnzibati-hüquq normaları. İnzibati hüququn mənbələri. Dövlət idarəetməsinin inzibati-hüquqi formaları. İcra hakimiyyətinin yerinə yetirilmə metodları. Dövlət idarəetməsində inandırma və məcburetmə. İnzibati cavabdehlik. İnzibati proses. İnzibati hüquqpozmalar haqqında icraat. Dövlət idarəetməsində qanunçuluğun təmin olunması.
MGS 4410 Sosial idarəetmə. (4 kredit)
Prerekvizit: yoxdur
Bu fənn sosial idarəetmənin predmeti və onun konseptual əsasları, sosial idarəetmənin yaradılmasında və inkişafında sistemli yanaşmanın tətbiqi metodologiyası, sosial iqtisadi strategiyası, sosial idarəetmənin formalaşdırılmasının təşkilati əsasları, sosial iqtisadi proseslərin idarə olunması, sosial iqtisadi inkişafın proqnozlaşdırılması, iqtisadi artımın sosial əmək potensialı, əməyin sosial təşkilinin əsasları, sosial əmək sistemləri və onların sosial idarəetmədə rolu, sosial infrastrukturda menecment haqqında məlumat verir.
ADMN 3400 Dövlət idarəetmə nəzəriyyəsi. (4 kredit)
Prerekvizit: yoxdur
Dövlət idarəçiliyinin mənbəyi və ənənələri. Dövlət idarəedən sistem kimi. Dövlət aparatı. Dövlət qulluğu. Dövlət siyasətinin hazırlanması və reallaşdırılması. Demokratik dövlətin iqtisadi əsasları. İqtisadiyyatın dövlət idarəçilik sistemi. Dövlət orqanları və təşkilatlarında idarəetmə. İqtisadiyyatın dövlət tənzimlənməsi. Əsas xalq təsərrüfatı kompleksinin idarə edilməsi. Sosial sahənin idarə edilməsi. Dövlət sahibkarlığı. Dövlət idarəçiliyində koordinasiya. Dövlət idarəçiliyində məsuliyyət. Dövlət idarəçiliyində idarəetmə qərarlarının qəbulu.
MGS 4402 Regional iqtisadiyyatın idarə edilməsi. (4 kredit)
Prerekvizit: ECON-1400; ECON-1401; MGS-2400
Kursun məzmunu, predmeti və metodu. İqtisadiyyatın idarə edilməsi xüsusiyyətlərinin təkmilləşdirilməsi və regional problemlər. Regional iqtisadiyyatın idarə edilməsinin elmi əsasları. Ərazi və sahə idarə edilməsinin təşkili. Ərazi idarəçilik formalarının təkmilləşdirilməsi təcrübəsi. Regional idarəetmə təcrübəsi. Regional iqtisadiyyatın iqtisadi idarəetmə metodları sistemi. Regionda sahibkarlığın inkişafı. Ərazi büdcə mexanizminin yenidən qurulması. Ərazi inkişafının qeyri büdcə fondları. Elmi texniki tərəqqinin regional idarə edilməsinin əsasları. Elmi texniki tərəqqinin regional idarə edilməsi formaları. Regional iqtisadiyyatın idarə edilməsi sisteminin təkmilləşdirilməsi. Azad iqtisadi zonalar regional idarəetmə forması kimi.
ADMN 4400 Dövlət qulluğu. (4 kredit)
Prerekvizit: yoxdur
Dövlət qulluğu anlayışı, onun vəzifələri və prinsipləri. Dövlət qulluğunu idarəetmə orqanları. Dövlət qulluğunun qanunvericilik bazası. Dövlət orqanları və onların təsnifatı. Dövlət qulluğu vəzifəsi. Dövlət orqanlarında vəzifələrin təsnifatı. İnzibati və yardımçı vəzifələrin təsnifatı və ixtisas tələbləri. Dövlət qulluqçusu. Dövlət quluqçusunun ixtisas dərəcəsi. Dövlət qulluqçusunun əsas hüquq və vəzifələri. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər. Dövlət qulluqçularının sosial təminatı və müdafiəsi. Dövlət qulluqçularının məsuliyyəti. Dövlət qulluğuna qəbul, vəzifələrin tutulması. Dövlət qulluğunda irəli çəkmək hüququ və dövlət qulluğuna xitam verilməsi.
MGS 4413 İdarəetmədə informasiya sistemləri və texnologiyası (4 kredit)
Prerekvizit: yoxdur
İnformasiya proseslərinin idarə edilməsinin ümumi prinsipləri və üsulları. Daxili, əksedici və idarəedici informasiya anlayışları. İnformasiya proseslərinin idarə edilməsində homeostatika və homeostatik prinsiplər. İdarəetmənin informasiya sistemlərində patologiyanın meydana gəlməsi. İnformasiya sistemlərində innovasiya prosesləri. Keçid prosesi zamanı informasiya idarəetmə sistemlərinin xüsusiyyətləri. Sosial, texniki və informasiya sistemlərində böhran anlayışı. Struktur dinamikanın müasir nəzəriyyələri.
LAW 3400 Maliyyə və əmək hüququ (4 kredit)
Prerekvizit: yoxdur
Bu fənn maliyyə anlayışı və dövlətin maliyyə fəaliyyəti, maliyyə fəaliyyətinin üsul və formaları, maliyyə hüququnun mənbələri, maliyyə aktları anlayışı və növləri, maliyyə sistemi, maliyyə nəzarətinin hüquqi əsasları, büdcə və büdcə hüquqi münasibətləri, büdcə prosesinin hüquqi əsasları, dövlət gəlirləri və xərclərinin ümumi xarakteristikası, dövlət və bələdiyyə kreditlərinin hüquqi əsasları, bank kreditlərinin verilməsinin və sığortanın hüquqi əsasları, pul dövriyyəsi və hesablarının hüquqi tənzimlənməsi, valyuta tənzimlənməsi və valyuta nəzarəti, əmək hüququ mənbələri, əmək müqavilələrinin bağlanması və onlarda dəyişikliklər edilməsi, işçilərin hüququ və öhdəlikləri, iş vaxtı, əməyin ödənilməsi və normaları, əmək mübahisələrinə baxılması və s. haqqında məlumat verir.
MGS 4414 İdarəetmə psixologiyası və sosiologiyası (6 kredit)
Prerekvizit: yoxdur
İdarəetmə fenomeni – ümumi təsəvvürlər və növlərin müxtəlifliyi. İdarəetmə psixologiyası və sosiologiyası: əsas anlayışlar və mahiyyəti. Şəxsiyyət idarəetmə obyekti kimi. Müəssisə və sosial qruplar idarəetmə obyekti kimi. Qrup şəklində fəaliyyətin səmərəliliyi. Şəxsiyyət idarəetmə subyekti kimi. İdarə ünsiyyətləri Müəssisənin idarə edilməsində kommunikasiyanın rolu. Təşkilati mədəniyyət. Təşkilatda şəxsiyyətin davranışının motivasiyası. Təşkilatda münaqişə. İdarəetmə qərarlarının qəbul edilməsində sosial-psixoloji əsaslar.
LAW 4400 Bələdiyyə hüququ (2 kredit)
Prerekvizit: LAW-2400
Bu fənn bələdiyyə hüququnun anlayışları, predmeti, üsul və mənbələri, yerli özünü idarəetmə anlayışı və mahiyyəti, Azərbaycan Respublikasında yerli özünü idarəetmə obyekti və onun səlahiyyətləri, yerli özünü idarəetmənin əsas prinsipləri, funksiyaları, həyata keçirilməsinin təşkilati formaları, Azərbaycan Respublikasında yerli özünü idarəetmənin hüquqi əsasları, yerli özünü idarəetmə sistemi anlayışı, Azərbaycan Respublikasında bələdiyyə xidməti, yerli özünü idarəetmənin maliyyə-iqtisadi əsasları, yerli özünü idarəetmə zəmanətləri haqqında məlumat verir.
MGS 4415 İctimai birliklərlə işin təşkili və idarə edilməsi (3 kredit)
Prerekvizit: yoxdur
Bu fənn ictimai əlaqələr anlayışı, ictimai əlaqələrin idarə edilməsi imkanları, Public Relations (PR),. PR-in predmeti, strukturu və funksiyaları, PR sahəsində “ictimaiyyət”, kommunikasiya və onun ictimaiyyətə təsiri, ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətin hüquqi və etik aspektləri, dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarında ictimaiyyətlə əlaqələr, siyasətdə PR, təşkilatlarda PR, böhran şəraitində PR haqqında məlumat verir.
PolS 3201 Siyasi texnologiyalar (3 kredit)
Prerekvizit: yoxdur
Bu fənn siyasi texnologiyaların əsas anlayışları və tərifləri, müasir siyasi texnologiyaların elmi əsasları, dövlətin siyasi sistemində seçki institutlarının rolu, seçki sisteminin növləri, Azərbaycanda müasir seçki sistemi, Azərbaycanda seçkinin hüquqi əsasları, seçkilərdə dövlət və bələdiyyə orqanlarının rolu, seçki kampaniyalarının maliyyə əsasları, partiya siyahıları üzrə seçkilərin səciyyəvi xüsusiyyətləri, seçki kampaniyalarının strategiyası, taktikası və vəsaitləri, kadr ehtiyatlarından istifadə texnologiyaları, seçkilərin “səyyar” texnologiyaları və onların təmin edilməsi, seçkilərin qanuniliyinin və legitimliyinin təmin edilməsi, informasiya, analitik və təşkilati təmin edilmə texnologiyaları haqqında məlumat verir.
MGS 2401 İdarəetmə nəzəriyyəsi (4 kredit)
Prerekvizit: yoxdur.
Bu fənn idarəetmə təfəkkürünün meydana gəlməsi və inkişafı, idarəetmənin klassik, sosial sistemlər və emprik məktəbləri haqqında bilikləri tədris edir, müasir ABŞ, yapon, Qərbi Avropa menecmentini, inzibati hakimiyyətin idarəetmədə yeri və rolunu, idarəetmənin qanun və prinsiplərini tədris edir.
MGS 3401 Strateji menecment(4 kredit)
Prerekvizit: MGS-2401
Bu fənn strateji menecmentin yaranması və inkişafı, strategiyanın məktəbləri, əmtəə və xidmət bazarlarının inkişafının strateji problemləri və onlarda fəaliyyət göstərən işgüzar təşkilatların quruluşu, strateji menecment və müəssisələrin strategiyası, strateji marketinq, situasiyalı təhlil, müəssisənin strateji potensialı, qloballaşma və beynəlmiləlləşmələrin strateji aspektləri, strateji idarəetmə konsepsiyası və gözlənilməyən dəyişikliklərə idarəetmə reaksiyası, xarici iqtisadi fəaliyyətin strategiyası, təşkilat daxili münaqişə və müqavimətlərin həll edilməsi strategiyası, strategiya və müəssisənin idarəetmə quruluşu haqqında bilikləri tədris edir.
MGS 3402 İnnovasiya menecmenti. (4 kredit)
Prerekvizit: MGS-2401
Bu fənn innovasiya menecmentinin təşəkkül tapması və inkişafı, onun funksiyaları və vəzifələri, innovasiya məkanının strukturu və elementləri, innovasiya proseslərinin təşkilinin inkişafı və informasiya təminatı, informasiyanın generasiyası və sintezi, ayrı-ayrı şəxs və mütəxəssislər qrupunun evritik potensialı, innovasiya menecmentinin keyfiyyəti və qeyri-ənənəvi vəzifələri haqqında bilikləri tədris edir.
MGS 4400 Korporativ idarəetmə (4 kredit)
Prerekvizit: MGS-2401
Bu fənn korporativ idarəetmənin genezisi və inkişafı, səhmdar cəmiyyətinin təşkili, səhmdarların hüquqlarının müdafiəsi, səhmdar cəmiyyətinin direktorlar şurasının fəaliyyəti, korporativ idarəetmə kodeksi, səhmdarların mülkiyyət hüquqlarının uçotu, korporativ idarəetmədə investor və kreditorların hüquqlarının qorunması, korporativ strategiya, korporativ mədəniyyət, inteqrativ korporasiyalar, transmilli korporasiyalar, ilkin və təkrar qiymətli kağızlar bazarı, korporativ idarəetmə sahəsində dövlət tənzimlənməsi haqqında bilikləri tədris edir.
MGS 3403 Business Modelling – Biznesin modelləşdirməsi (4 kredit)
Prerekvizit: BusA-3400
Bu fənn biznes prosesinin təşkili və idarə edilməsi üçün zəruri şərait və görüləcək işlər, biznes prosesinin modelləşdirilməsinin əsas elementləri, biznes prosesinin idarə edilməsi iştirakçıları və onların rolu, biznes prosesinin həyata keçirilməsi üçün zəruri təşkilati strategiyanın hazırlanması və istifadəsi, müəssisələrdə biznes idarəetməsini modelləşdirən texnologiyaların tətbiqi və bu cür layihələrin uğurlu tətbiqini təmin edən amillər, çərçivə strategiyası və istifadə qaydaları, müəssisə strategiyasına uyğun inkişaf modelinin hazırlanması və tətbiqi, daha optimal yolların və metodların aşkar olunması, biznes idarəetməsinin modelləşdirilməsində liderlik və idarəetmə biliklərinin təkmilləşdirilməsi, innovativ idarəetmə metodlarının aşkarlanması haqqında məlumat verir.
MGS 4405 Keyfiyyət menecmenti (4 kredit)
Prerekvizit: MATH -2200; MGS-2400; MK-2400 ;MGS-2404
Bu fəndə keyfiyyət anlayışı, keyfiyyətin idarə edilməsi, obyekti və istehlakçıların məmnunluğu, keyfiyyətə dəyər yanaşması, keyfiyyətin idarə edilməsinin əsas prinsipləri, keyfiyyətin idarə edilməsinin statistik metodları, yeddi əsas metod və onların keyfiyyətin kompleks idarə edilməsində (KKİ) əhəmiyyəti, KKİ sistemində tədarükçülər və istehlakçılar, KKİ-də insan amili konsepsiyası, keyfiyyətin idarə edilməsinin iqtisadiyyatı, son məhsulun keyfiyyətinə çəkilən xərclər və onların təsnifatı. yüksəkkeyfiyyətli məhsulun rəqabət qabiliyyətliliyi və bazar dəyərinin xarakteristikası, keyfiyyət menecmenti sisteminin sənədləşdirilməsi haqqında məlumat verilir.
MGS 4407 Kiçik müəssisələrin idarə edilməsi (3 kredit)
Prerekvizit: MGS-2401
Bu fəndə kiçik biznesin mahiyyəti və növləri, iqtisadiyyatın inkişafında onun rolu. sahibkarlıq fəaliyyətinin təşkili və inkişafı, kiçik müəssisələrin təşkilinin müasir formaları, kiçik biznesin yaranması və inkişafı üçün biznes planın hazırlanması, mühasibatlıq sisteminin qurulması. kiçik müəssisə menecmentinin əsasları və səciyyəvi xüsusiyyətləri, texnologiyası, kiçik biznesin inkişaf strategiyası, infrastrukturu, Azərbaycanda kiçik sahibkarlığın inkişaf problemləri və perspektivləri haqqında məlumat verilir.
MGS 4408 Sahibkarlıq və vençur menecment (4 kredit)
Prerekvizit: MGS-2401; MGS-2404
Bu fənn sahibkarlığın inkişaf konsepsiyaları, sahibkarlıq konsepsiyasının yaranması və inkişafı, sahibkar və menecer konsepsiyaları, uğurlu sahibkarlıq xüsusiyyətləri və atributları, sahibkarlıq mədəniyyəti, sahibkarlıq fəaliyyətinin qurulması və planlaşdırılması, biznes mühitinin araşdırılması və SWOT təhlilin həyata keçirilməsi, sahibkarlıq üçün zəruri sahələr – texniki təchizat, maliyyə və marketinq, menecmentin təşkili, sahibkarlığın inkişafında gender məsələsi və qadınların iştirakı, sahibkarlığın inkişafında dövlətin rolu və müdaxiləsi, vençur sahibkarlığın iqtisadi mahiyyəti, vençur maliyyələşdirmənin digər maliyyələşdirmə növlərindən fərq,.vençur kapitalın maliyyələşdirilməsi mərhələləri, vençur fəaliyyətin təşkilati formaları, vençur fondunun strukturu və s. haqqında məlumat verir.
MGS 4409 İşgüzar kommunikasiyanın idarə edilməsi. (4 kredit)
Prerekvizit: MGS 2401
Bu fənn kommunikasiyanın tipləri, informasiyanın mübadilə prosesi, informasiyanın ötürülməsi kanalları, verbal və qeyri-verbal kommunikasiya, tərs əlaqə anlayışı, struktur müsahibə, şəxsi satış texnikası haqında bilikləri tədris edir.
BUSA 4402 Biznesdə intellektual resurslar (4 kredit)
Prerekvizit: yoxdur
Bu fəndə intellektual resursların idarə edilməsinin nəzəri və metodoloji əsasları, intellektual resurslar konsepsiyasının hazırlanması və inkişafı, müəssisənin resurslar sistemində intellektual resursların əhəmiyyəti, müəssisənin intellektual resurslarının formalaşmasının nəzəri əsasları və onların idarə edilməsi xüsusiyyətləri, müəssisənin intellektual resurslarının idarə edilməsinə metodik (sistemli) yanaşma, idarəetmə proseslərinin monitorinqi: təcrübə və üsulların təhlili, müəssisənin intellektual resurslarının monitorinqinin məqsədi, vəzifələri və əsas qaydaları, monitorinqin metodikasının işlənilib hazırlanması, müəssisənin insan resursları monitorinqinin istiqamətləri, müəssisənin intellektual resurslarının idarə edilməsi üzrə kompleks tədbirlər haqqında məlumat verilir.
MGS 4410 Əməliyyatlar Strategiyası (6 kredit)
Prerekvizit: MGS-2401
Bu fənn təşkilatın əməliyyatları və həmin əməliyyatların qurulması, təşkilati strategiya və müqayisəli üstünlük, biznes strategiyasının hazırlanmasında və inkişafında əməliyyatların rolu və mühümlüyü, əməliyyatlar strategiyasının hazırlanması və tətbiqi üçün metodologiyalar, dinamik bazarlarda uğur qazanmaq üçün çevik əməliyyatlar strategiyasının hazırlanması və həyata keçirilməsi, əməliyyatların həyata keçirilməsində zəruri investisiyaların və onların mənbələrinin müəyyən olunması, əməliyyatların uğurlu həyata keçirilməsini müəyyən etmək üçün monitorinqin aparılması və s. haqqında məlumat verir.
MGS 4411 Layihə menecmenti prinsipləri (6 kredit)
Prerekvizit: MGS-2401
Bu fəndə layihələrin idarə edilməsinin əsas prinsipləri, layihələrin idarə edilməsi sahəsi və iş bazarı, idarəetmədə məşğul olan insanlar, proseslər, məhsullar və texnologiya, idarəetmədə buraxılan 36 klassik səhv, layihələrin idarə edilməsi prosesinin təsviri, layihələrin idarə edilməsi üçün nəzərdə tutulan proqram təminatçıları, layihələrin idarə edilməsi prosesində təşkilati struktur, əməliyyatları əks etdirən modellər, layihə xərclərinin qiymətləndirilməsi və büdcənin formalaşdırılması, PERT metodları və Gantt diaqramları, layihələrin idarə edilməsi prosesində qarşıya çıxan risklər və onlara nəzarət, layihəyə nəzarət sisteminin sınaq prosesi haqqında məlumat verilir.
MGS 4412 Təşkilati davranış (6 kredit)
Prerekvizit: MGS 3404
Bu fənn təşkilati davranış nəzəriyyələrinin əsasları, təşkil etmə anlayışı və mahiyyəti, təşkilati davranış və təşkilati dizaynın mahiyyəti və modelləri, təşkilati davranışın psixoloji mexanizmləri, təşkilati strukturlar, hakimiyyət və liderlilik, kollektivdə və qrupda işçilərin davranışlarının idarə edilməsi, adaptiv təşkilati davranışın kompleks metodları, komandaların formalaşması və onların idarə edilməsi haqqında məlumat verir.
MK 2402 Əmtəəşünaslığın əsasları (4 kredit)
Prerekvizit: yoxdur.
Bu fənn əmtəəşünaslığın əsas anlayışları, məqsəd və vəzifələri, məhsulun istehlak dəyəri, istehlak və mübadilə dəyərlərinin qarşılıqlı əlaqəsi, əsas əmtəəşünaslıq xüsusiyyətləri, əmtəəşünaslıq metodları, təsnifləşdirmə əlamətləri, mal çeşidinin növləri, xassələri, göstəriciləri, formalaşdırılması və idarə edilməsi metodları, çeşid siyasəti, keyfiyyət, istehlak xassələri, təhlükəsizlik və ekoloji təmizlik, keyfiyyəti formalaşdıran və qoruyan amillər, xammal, istehsal texnologiyaları, qablaşdırma, nəql edilməsi və saxlanması, keyfiyyətin idarə edilməsi, Mallara dair informasiya və onun kommersiya fəaliyyətində əhəmiyyəti, ekspertiza anlayışı, məqsəd və vəzifələri, növləri və metodları, təşkili və aparılması qaydaları, sənədləşməsi haqqında məlumat verir.
MK 3401 Marketinq tədqiqatları (4 kredit)
Prerekvizit: MK-2400 ; MATH-2202
Bu fənn marketinq tədqiqatlarının mahiyyəti və məzmunu, obyekti, marketinq tədqiqatlarının aparılmasının əsas prinsipləri, ardıcıllığı və strukturu, sistemləşdirilmiş informasiyanın təhlili və qiymətləndirilməsi, marketinq tədqiqatlarının əsas istiqamətləri və elmi-metodiki əsasları, informasiya sistemi və təminatı, məqsədləri və onların formalaşdırılması, tədqiqat layihəsinin formaları, məlumatların yığılması metodları, seçmə planının işlənib hazırlanması və seçmənin müəyyənləşdirilməsi, məlumatların təhlili, marketinq tədqiqatlarına dair hesabatların tərtibi, istehlakçıların öyrənilməsi, əmtəə bazarının tədqiqi, qiymətlərin və qiymət elastikliyinin tədqiqi, rəqiblərin tədqiqi haqqında məlumat verir.
MGS 3400 Marketinqin idarə olunması (4 kredit)
Prerekvizit: MGS-2401; MK-2400
Marketinqin idarə olunmasının mahiyyəti və məzmunu. Marketinqin idarə olunmasının funksiyaları və prinsipləri. Marketinqin idarə olunmasının informasiya təminatı. Marketinqin idarə olunmasında istifadə olunan informasiyalar, onların tipləri, mənbələri və formalaşdırılması prinsipləri. Korporativ səviyyədə marketinqin idarə olunması. Korporativ səviyyədə marketinqin idarə olunması strategiyaları. Funksional səviyyədə marketinqin idarə olunması. Marketinqin idarə olunmasının funksional strategiyaları. Məhsul səviyyəsində marketinqin idarə olunması. Marketinqdə qiymət siyasəti və qiymətlərin idarə olunması. Məhsulların bölüşdürülməsi və satışının idarə olunması. Satışın stimullaşdırılması və reklam fəaliyyətinin idarə olunması. Marketinqi idarəetmə strukturlarının təşkili. Marketinqi idarəetmə strukturlarının formalaşdırılmasına təsir edən amillər və onların layihələndirilməsi.
MK 3402 Strateji marketinq (4 kredit)
Prerekvizit: MK-2400
Strateji idarəetmə. Müəssisənin idarə edilməsində marketinqin yeri və rolu. Marketinqin idarə edilməsi prosesi. Marketinqin idarə edilməsinin vəzifə və funksiyaları, prinsipləri. Marketinqin mövcud idarəetmə strukturları, vəzifə və funksiyaları. Marketinq bölməsinin fəaliyyətinin qiymətləndirilməsi göstəriciləri. Marketinqin strateji planlaşdırılması. Marketinqin planlaşdırılması səviyyələri, metod və prinsipləri. Müəssisə səviyyəsində strateji planlaşdırma. SWOT – analiz və onun aparılma metodologiyası. Biznes portfelin metodları. Marketinq strategiyalarının hazırlanması. Marketinq kompleksinin hazırlanması və realizasiyası. Məhsul səviyyəsində marketinq planlaşdırılması. Marketinq planının bölmələri və onun tərtib edilməsi. Müəssisənin inkişafının baza strategiyaları. Marketinqdə nəzarət sistemi. Beynəlxalq marketinq və onun strateji aspektləri. Beynəlxalq bazara çıxmanı zəruri edən amillər. Beynəlxalq marketinqdə standartlaşdırma və lokallaşdırma (adaptasiya) problemi. Beynəlxalq bazarlara çıxma metodları. Beynəlxalq reklam. Transfer qiymətləri. Beynəlxalq marketinqin idarə edilməsi. Xidmət marketinqi və qeyri-kommersiya marketinqi.
MK 3403. Marketinqin kommunikasiya sistemi (4 kredit)
Prerekvizit: MK-2400
Bu fənn kommunikasiya sistemi, onun mahiyyəti, marketinq kompleksində yeri və rolu, marketinqin kommunikasiya sisteminin tərkib elementləri, strukturu, marketinq kommunikasiyasının əsas məqsədi, formaları, marketinqin kommunikasiya elementlərinin xarakterik cəhətləri, kommunikasiya prosesi, onun elementləri və mərhələləri, şəxsi satış, ictimaiyyətlə əlaqə (Pablik rileyşinz), yarmarka və sərgilər, marketinqin kommunikasiya sisteminin səmərəliliyinin qiymətləndirilməsi, inteqrasiya olunmuş marketinq kommunikasiya sistemi haqqında məlumat verir.
MK 4400 Xidmət sahələrinin marketinqi (4 kredit)
Prerekvizit: MK-2400
Xidmət anlayışı. Xidmətlərin iqtisadi təbiəti və mahiyyəti. Müasir iqtisadiyyatda xidmətlərin rolu və əhəmiyyəti. Xidmət sferası haqqında anlayış. Xidmət sferasının xüsusiyyətləri. Marketinqdə xidmət məhsul kimi. Xidmətlərin və xidmət sahələrinin təsnifatı. Sənayedə, biznesdə və ticarətdə marketinq. Xidmət sahəsində və reklam biznesində marketinq. Təhsil xidmətində marketinq. İntellektual kapital, kadr təminatı və əmək bazarında marketinq. Bank və sığorta biznesində marketinq. Mehmanxana təsərrüfatında marketinq. Beynəlxalq marketinq. Tikintidə marketinq. Elektron marketinq. Tibb və sanatoriya-kurort müəssisələrində marketinq. Kooperasiya sistemində marketinq-koopmarketinq. Nəqliyyat xidməti və ərazilərin marketinqi. Qeyri-kommersiya marketinqi. Qiymətli kağızlar bazarında marketinq. Xidmət sahələrində marketinqin strategiyası və aktual problemləri.
MK 4401 Əməliyyat marketinqi(4 kredit)
Prerekvizit: MK-2400
Bu fənn bazar iqtisadiyyatında marketinqin yeri və rolu, marketinqin mahiyyətinə yanaşmalar, marketinqin nəzəri əsasları, marketinq konsepsiyasının təkamülü, strateji və əməliyyat marketinqi, onların qarşılıqlı əlaqəsi, marketinqin formaları, məqsəd və vəzifələri, funksiya və prinsipləri, marketinq tədqiqatları və marketinq informasiya sistemi, istehlakçı davranışı, onun modelləşdirilməsi, bazarların seqmentləşdirilməsi, marketinqdə məhsul siyasəti, marketinq kommunikasiya sistemi və onun elementləri, marketinqdə qiymət siyasəti haqqında məlumat verir.
MGS 3405: İstehsal menecmenti (4 kredit)
Prerekvizit: ECON-1400; ECON-1401; MATH-2200; ACCT 2400; MGS-2400; MK-2400; ECON-3402
Bu fənn idarəetmə qərarlarının təsnifatı və onların iqtisadi əsaslandırılması, idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsində menecmentin əsas metod və yanaşmaları. istehsal menecmentində fərdlər və kollektiv, onların qarşılıqlı əlaqələri və qarşılıqlı təsirləri, kollektivin formalaşmasının əsasları, istehsal menecmentində münaqişə və stresslərin idarə edilməsi, menecerin əməyinin elmi təşkili, müəssisənin fəaliyyətinin planlaşdırılmasının əsas yanaşma və prinsipləri, müəssisənin strategiyası, onun məzmunu, formalaşması qaydaları, biznes-planın məzmunu, yeni məhsulun istehsalının hazırlanmasının təşkili və müəssisənin inkişaf siyasətinin formalaşması, istehsal prosesinin təşkili, istehsala xidmətin təşkili, müəssisənin marketinq strategiyası, onun hazırlanması və reallaşdırılmasına yanaşmalar haqında məlumat verir.
IB 4400 Beynəlxalq ticarətdə idarəetmə (4 kredit)
Prerekvizit: MGS-2400; IB-3400
Bu fənn dövlətin xarici ticarət siyasəti və onun inkişafı, gömrük-tarif siyasəti, xarici ticarət siyasətinin qeyri-tarif alətləri, beynəlxalq ticarət siyasəti, ixrac siyasəti, beynəlxalq rəqabətin tənzimlənməsi, inkişaf etmiş ölkələrin, yeni sənaye ölkələrinin, inkişaf etməkdə olan ölkələrin, keçid iqtisadiyyatı ölkələrinin xarici ticarət siyasəti haqqında məlumat verir.
MK 3405 İstehlakçı davranışı (4 kredit)
Prerekvizit: ECON-1400
Bu fənn marketinqin yeni makro və mikro mühiti, tələbatlar: mahiyyəti, təsnifatı, növləri, səviyyələri, ödənilmə üsulları, seqmentasiya vasitəsilə tələbatın təhlili, sənaye və fərdi istehlakçıların motivasiyası, alıcı seçimi prosesinin öyrənilməsi, istehlakçının məmnunluğu: mahiyyəti, konsepsiyaları, problemləri, alıcıların davranış reaksiyalarının təhlili istehlakçı davranışı: səmərəli ticarətin əsasları, satışın səmərəliliyi və istehlakçı hüquqları, fərdi yoxlama müsahibələri haqqında məlumat verir.
MK 3406 Pərakəndə satış (4 kredit)

MK 4402 Marketinqdə ictimaiyyətlə əlaqələr (3 kredit)
Prerekvizit: yoxdur
Bu fənn marketinq tədqiqatları, marketinq tədqiqatlarının planının hazırlanması, marketinq tədqiqatlarının aparılması zamanı əldə olunan informasiyanın emalı, marketinq tədqiqatlarının aparılmasına dair yekun hesabatın hazırlanması. ictimai rəyin təhlili, xidmət bazarının cəlbediciliyinin təhlili, ictimaiyyətlə əlaqələr sahəsində rəqiblərin təhlili və agentliklərin rəqabət qabiliyyətinin qiymətləndirilməsi, marketinq tədqiqatlarının nəticələrinin tətbiqinin ənənəvi mühiti haqqında məlumat verir.
MK 4403: İşgüzar mühitdə marketinq (4 kredit)
Prerekvizit: MK-2400
İstehsal-texniki təyinatlı məhsullar bazarında marketinq. Aqrar sənaye kompleksində marketinq. Xidmət sahəsində marketinq. Təhsil sahəsində marketinqin səciyyəvi xüsusiyyətləri. Xalq sənəti mallarının istehsalı və satışı sahəsində marketinqin səciyyəvi xüsusiyyətləri. Konsaltinq xidmətləri marketinqi. Xarici iqtisadi fəaliyyət sahəsində marketinq. Sığorta fəaliyyətində marketinqin səciyyəvi xüsusiyyətləri. Topdansatış və pərakəndə ticarətdə marketinqin səciyyəvi xüsusiyyətləri. Turist biznesi sahəsində marketinqin səciyyəvi xüsusiyyətləri. Siyasi sahədə marketinqin səciyyəvi xüsusiyyətləri. Bank sahəsində marketinqin səciyyəvi xüsusiyyətləri.
MK 4404 Satış menecmenti (4 kredit)
Prerekvizit: MK-2400
Satış sistemi anlayışı, məqsədi və vəzifələri. Müasir inamlı marketinq konsepsiyası. Satış sistemi vasitəsilə partnyorların seçilməsi strategiyası. Partnyorlarla kommunikasiyanın (ünsiyyətin) qurulması. Ticarət məlumatlarının axtarılması. Satıcının əməliyyat alətləri. Satış vasitələrinin genişləndirilməsi metodları. Satışın idarə edilməsi. Birbaşa satış texnologiyaları.
MK 4405 Distrubisiya menecmenti (4 kredit)
Prerekvizit: MK-2400
Fənnin məqsədi distrubisiya kanallarının formalaşması, təşkili və fəaliyyətinin, bu kanallarda vasitəçilərin iş forma və metodlarının, bu fəaliyyətlə məşğul olan bütün subyektlərin mənfəətini və bazar tələbatını nəzərə almaqla əmtəələrin hərəkəti prosesində xərclərin azaldılması və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin tədqiqinin elmi-nəzəri və təcrübi məsələlərinin öyrənilməsidir