Azərbaycan Universiteti Həmkarlar İttifaqı Komitəsinin hesabat - seçki yığncağı keçirilib

Azərbaycan Universiteti Həmkarlar İttifaqı Komitəsinin  hesabat - seçki yığncağı keçirilib

Azərbaycan Universiteti Həmkarlar İttifaqı Komitəsinin hesabat – seçki yığıncağı keçirilib. Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İştirakçılara yığıncağın gündəliyi təqdim olunub.

Yığıncaqda komitənin sədri Cabbar Mahmudov və Təftiş komissiyasının sədri Mahir Mehdiyevin hesabat məruzəsi dinlənilib.

Yığıncaq məruzələr ətrafında çıxışlarla davam edib. Çıxış edən komitə üzvləri məruzələrdə qeyd olunmuş məsələlərə münasibət bildirib, təkliflər irəli sürüblər.

İştirakçılar Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər

Yığıncaqda Həmkarlar İttifaqı Komitəsinin yeni üzvləri və sədri, eləcə də Təftiş Komissiyasının yeni heyəti seçilib. Komitə üzvləri Cabbar Mahmudovun növbəti müddətə Azərbaycan Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri seçilməsinə səs veriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL