Azərbaycan Universiteti ilə Kuala Lumpur Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Universiteti ilə Kuala Lumpur Universiteti  arasında əməkdaşlıq imkanları müzakirə olunub

Malayziyanın Kuala Lumpur Universitetinin prorektoru Azanam Şah Haşim və Sənaye texnologiyaları fakültəsinin dekanı Sayrul İzvan Safi Azərbaycan Universitetində olub. Görüşdə universitetlər arasında əməkdaşlıq imkanları, tələbə mübadiləsinin həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Universiteti beynəlxalq əməkdaşlığın genişləndilməsinə və mübadilə proqramlarında iştiraka xüsusi əhəmiyyət verir.

Qonaqlar bildirib ki, təmsil etdikləri ali təhsil müəssisəsi Azərbaycanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığa səy göstərir. Kuala Lumpur Universiteti Malayziyanın mühəndislik texnologiyaları üzrə mütəxəssis hazırlayan aparıcı universiteti olub 26 min tələbəsi var.

Görüşdə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL