Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib. Bu il üçüncüsü təşkil olunan tədbidə müxtəlif profilli şirkət və müəssisələr təmsil olunub.

Bank, inşaat, pərakəndə, IT və s. kimi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlər və dövlət orqanları tələbələrə vakansiya, təcrübə və iş imkanlarını təklif edib, işə qəbul prosesi və mərhələləri haqqında məlumat veriblər.

“Karyerada ilk addım” devizi ilə reallaşdırılan tədbirin məqsədi iş axtarışına başlamaq üzrə olan gənclərlə biznes qurumları və dövlət orqanları arasında vasitəçi olmaqdır.

Tədbirdə təmsil olunan şirkət və dövlət orqanları:

  • Vergilər Nazirliyi
  • Mərkəzi Bank
  • Azersu
  • Ata Holdinq
  • Synergy Group
  • Azersun Holdinq
  • Bank BTB
  • Sumqayıt Texnologiyalar Parkı (STP)
  • Veysəloğlu
  • Baku Steel Company və s.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL