Azərbaycan Universitetində inzibati heyət üçün ingilis dili kursları təşkil olunub

Azərbaycan Universitetində inzibati heyət üçün ingilis dili kursları təşkil olunub

Azərbaycan Universitetində inzibati işçilər üçün Xarici dillər-2 kafedrası tərəfindən ingilis dili kursları təşkil olunub.

Kafedranın müdiri Xatirə Hüseynova saytımızda açıqlamasında bildirib ki, kursların təşkil olunmasında məqsəd təhsil sahəsində işləyən insanların dil biliklərini inkişaf etdirmək, ingilis dilində müxtəlif mövzulara aid yazıları oxuya bilmə və filmləri izləyə bilmə imkanlarını artırmaqdır. Dərslərin keyfiyyəti və iştirakçıların müvəffəqiyyət göstəricilərinə kafedra rəhbərliyi tərəfindən nəzarət olunur.

Namizədləri dil bacarıqlarına uyğun qruplara yerləşdirmək məqsədilə Yerləşdirmə testi (Placement Test) keçirilib və testin nəticələrinə uyğun olaraq 2 qrup formalaşdırılıb. Dərslər hazırda “Intermediate” və “Elementary” olmaqla 2 səviyyə üzrə aparılır.

5 iştirakçıdan ibarət “Intermediate” səviyyəsində olan qrupda aparılan dərslər IELTS-ə hazırlıq istiqamətində təşkil olunur. Burada dil hazirlığı üçün müraciət edən namizədlərin IELTS imtahanında iştirak etmək və sertifikat almaq arzuları nəzərə alınıb.

Digər qrupa (Elementary) isə aşağı səviyyə olduğu üçün daha sadə proqramlar (Tactics for Listening, Oxford Practice Grammar, American Headway) tətbiq olunur. Bu proqramda iştirakçıların qrammatika və söz bazasının artırılmasına daha çox üstünlük verilir.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL