Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda IV beynəlxalq elmi – praktiki konfrans keçirilib

Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda IV beynəlxalq elmi – praktiki konfrans keçirilib

Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda silsilə beynəlxalq elmi-praktiki konfransların dördüncüsü keçirilib. Beynəlxalq tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın plenar iclasını giriş nitqi ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açıb. Rektor konfransın əhəmiyyətini vurğulayıb və tədbirin işinə uğurlar arzulayıb.

Millətvəkili Aydın Mirzəzadə çıxışında konfransın ənənəyə çevrilməsinin və Azərbaycan Universitetinin bu məsələni aktual saxlamasının təqdirəlayiq olduğunu bildirib.

Daha sonra Azərbaycanlı alim və tədqiqatçılar prof. Anar İsgəndərovun “1918-ci il mart soyqrımının müasir dövrdə tədqiqi”, prof. Firdovsiyə Əhmədovanın “1915-ci il aprel həqiqətləri”mövzusunda məruzələri dinlənilib.

Suxumi Dövlət Universitetinin müəllimi, “Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzi”nin prezidenti tanınmış gürcü alimi, tarix elmləri doktoru, prof. Quram Marxuliya rus dilində çap olunmuş “Erməni ifrat millətçiliyinin fəlsəfəsi” kitabı haqqında məlumat verib. Tarixçi-alim kitabda bu problemin geniş şəkildə təqdim olunduğunu diqqətə çatdırıb.

Qonaq qeyd edib ki, Azərbaycan və gürcü xalqlarının taleyi paralelliklər göstərir: “Ermənistan Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edir. Üstəlik Rusiya ilə yaşanan konflikt nəticəsində Gürcüstan tarixi torpaqlarının 20 faizini itirib. Hər iki ölkə öz ərazi bütövlüyünün bərpası istiqamətində nəticə əldə olununcaya qədər müştərək fəaliyyət göstərməlidir”.

Plenar iclasa Rüxsarə Quliyeva “500 illik müharibə və ya bəşər tarixinin ən uzun sürən soyqırımı” mövzusunda çıxışı ilə yekun vurulub.

Konfrans öz işini bölmələrdə davam etdirir.

Türkiyə, Qazaxıstan, Gürcüstan və Rusiyadan tədqiqatçı və alimlərin iştirak etdiyi konfransda insanlığa qarşı törədilən cinayətlərin ən ağırı olan soyqırımların hərtərəfli tədqiqinin əhəmiyyətini vurğulanıb, ümummilli lider Heydər Əliyev tərəfindən bu məsələnin diqqət mərkəzində saxlanılması və məhz onun tərəfindən mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü elan edilməsi mühüm hadisə adlandırılıb.

Konfransın tərəfdaşları Azərbaycan Universiteti, Azərbaycan Repsublikasının Prezidenti yanında Bilik fondu, Nəsimi rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti və “SƏS” Media Qrupudur. Elmi-praktiki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL