Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyevin gənclərə örnək olan həyatı” mövzusunda tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyev taleyinə xilaskarlıq missiyası yazılan, öz xalqının taleyində əvəzsiz rol oynayan, liderlik bacarığı ilə xalqı mürəkkəb ictimai-siyasi şəraitdən çıxararaq birləşdirən, onu rifaha, sabitliyə, əmin-amanlığa, tərəqqiyə aparan dahi şəxsiyyətlərdəndir.

Tədbirdən öncə ümummilli liderin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, əziz xatirəsinə ehtiram ifadə olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, hər bir xalqın tarixini onun yetişdirdiyi görkəmli şəxsiyyətlər yazır. Ümummilli lider Heydər Əliyev vətən, dövlət və xalq qarşısındakı misilsiz xidmətləri ilə Azərbaycanın ən yeni tarixinə adını qızıl hərflərlə yazdıraraq əbədiyyət qazanıb.

Səadət Əliyeva bildirib ki, Azərbaycanın müasir tarixinin 30 ildən çox davam edən böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli liderin həm birinci, həm də ikinci rəhbərliyi dövründə təhsilə strateji məsələ kimi baxılıb bu sahədə böyük inkişafa təkan və rəvac verən sistemli tədbirlər həyata keçirilib. Təhsil sahəsinin inkişafı, məzmunca yeniləşməsi və dünya standartlarına yaxınlaşmasını şərtləndirən qərar, fərman və sərəncamlar, həyata keçirilən islahat və proqramlar haqqında məlumat verən rektor bildirib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ümummilli liderin siyasi kursu prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İctimai elmlər kafedrasının professoru Qabil Əliyev “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda çıxış edib. Professor ümummilli lider Heydər Əliyevin həm birinci, həm də ikinci rəhbərliyi dövründə Azərbaycan xalqının taleyində dönüş yaratdığını tarixi faktlarla diqqətə çatdırıb.

Tarixçi tələbələr Kazımova Tünzalə “Heydər Əliyev Azərbaycan elminin və təhsilinin memarıdır”, Cümşüdlü Türbəndə “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Kazımlı Zümrüd “Heydər Əliyevin qurduğu müasir Azərbaycan”, Əliyev Adil “Heydər Əliyev gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyəçisidir”, Ələsgərli Münəvvər “Heydər Əliyev fondu ulu öndərin arzularını yaşadır”, Mahmudov Elton “Azərbaycanı xoşbəxt gələcəyə aparan lider”, Piralıyev Pənah “Heydər Əliyevin insanlara örnək olan həyatı”, Əliyev Sarvan “XX əsrin fenomenal şəxsiyyəti”, Nəcəfova Günay “Heydər Əliyevin müstəqil Azərbaycanı” mövzusunda çıxış edərək ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif məqamlarına toxunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL