Azərbaycan Universitetinin kollektivi autizmli uşaqlarla ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan Universitetinin kollektivi  autizmli uşaqlarla ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan Universitetinin bir qrup müəllim və tələbə kollektivi Bakı Autizm İdman və Yaşam Klubunda autizmli uşaqlarla birlikdə ağacəkmə aksiyasında iştirak edib. Aksiyada klubun həyətinə həmişəyaşıl ağac tingləri əklib. Mərkəzin xidmətlərindən faydalanan uşaqları aksiyada yaşam koçları müşayiət edib.

Universitetin müəllim və tələbə kollektivi mərkəzin fəaliyyəti və burada autizmli uşaqlar üçün yaradılmış şərait, onların həyat keyfiyyətini artırmaq, cəmiyyətə qazandırmaq üçün tətbiq olunan xüsusi təlim və terapiya proqramları ilə də tanış olub. Burada qeyd olunub ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir və dünyada ötən il hər 68 uşaqdan biri bu sindromla doğulub.

Aksiya Bakı Autizm İdman və Yaşam Klubu və Azərbaycan Universiteti Sosial iş fakültəsinin birgə təşkilatçılığı ilə Dünya miqyasında qeyd olunan Autizm maarifləndirmə ayı çərçivəsində həyata keçirilib.

2007-ci ildən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il 2 aprel tarixi "Ümumdünya Autizm Günü", aprel ayı isə "Autizm Ayı" kimi qeyd edilir.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL