Azərbaycan Universitetinin müəllimləri Türkiyədə konfransda məruzə ilə çıxış edib

Azərbaycan Universitetinin müəllimləri Türkiyədə konfransda məruzə ilə çıxış edib

Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin müəllimləri Könül Nuriyeva və Seymur Quliyev Türkiyənin Çukurova Universitetində keçirilmiş 7-ci “İdarəetmə və iqtisadiyyat elmləri” konfransında “Macəra turizmi marketinqi: Azərbaycana gələn turistlərin macəra turizmi üzrə davranışlarının araşdırılması” mövzusunda məruzə və məqalə ilə çıxış ediblər.

Məqalədə “Macəra turizmi” nəzəri şəkildə izah edilərək turistlərin macəra turizmi haqqındakı düşüncələri araşdırılır. Eyni zamanda, turistlərin demoqrafik, sosial-iqtisadi və gəzinti ilə bağlı xüsusiyyətlərinin macəra turizmi tipləri üzərindəki təsiri dəyərləndirilir. İstifadə olunan məlumatlar Azərbaycana gələn turistlər ilə keçirilən anket metodu ilə əldə edilmişdir.

Konfrans Çukurova Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi və Sosial Elmlər üzrə Araşdırmalar Dərnəyi (SoBiAD) tərəfindən birgə təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL