Azərbaycan Universitetinin tələbəsi “Vergilər” mövzusunda 11-ci olimpiadanı ikinciliklə başa vurdu

 Azərbaycan Universitetinin tələbəsi  “Vergilər” mövzusunda 11-ci olimpiadanı ikinciliklə başa vurdu

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Muxtar Cəbrayılov “Vergilər” mövzusunda 11-ci olimpiadanın ikincisi oldu. Muxtar Cəbrayılov Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbəsidir.

Respublikanın paytaxt və regionlarını təmsil edən ali məktəblərin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələri arasında ənənəvi olaraq hər il keçirilən olimpada ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunur.

Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində onlayn rejimdə keçirilmiş olimpiadada respublikanın 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantı iştirak edib. Olimiadada bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası təqdim edilib. Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.

Ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL