Bilik Fondu ilə Azərbaycan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Bilik Fondu ilə Azərbaycan Universiteti arasında  Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın imzaladıqları Anlaşma Memorandumuna görə, tərəflər ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərəcək və müştərək layihələrin icrasının təmin edəcəklər.

İmzalanma mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Azərbaycan Universitetinin müəllim, tələbə kontingenti və rəhbərlik etdiyi qurumun əməkdaşları, Fondun lektorlar qrupunun üzvləri ilə birgə layihələrə cəlb olunacaqlar. İcraçı direktor müxtəlif elm, təhsil ocaqları ilə imzalanan əməkdaşlıq sazişlərini xatırladaraq bu çərçivədə görülən işlərin əhəmiyyətindən bəhs edib, birgə fəaliyyətin effektiv olduğunu, görülən işlərin nəticələrinə müsbət təsir etdiyini bildirib.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Bilik Fondunun müştərək tədbirlər həyata keçirdiyini diqqətə çatdıraraq, qarşılıqlı əməkdaşlığın Memorandum imzalanması səviyyəsinə qədər yüksəlməsindən məmnun olduğunu qeyd edib. Rektor vurğulayıb ki, Bilik Fondu ölkə ictimaiyyətinin hərtərəfli inkişafı naminə Universitetin elmi-texniki bazasına və insan kapitalının dəstəyinə tam arxalana bilər.

Memoranduma əsasən tərəflər Azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi və dini dəyərlərin, Azərbaycan tarixinin və mədəniyyətinin, sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin təbliği, hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərmək məqsədi ilə birgə tədbirlərin təşkili və memorandumda qeyd olunmuş digər layihələrin icrası nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL