Ədəbiyyatşünas alim Bədirxan Əhmədov Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub

Ədəbiyyatşünas alim Bədirxan Əhmədov  Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub

Ədəbiyyatşünas alim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, prof. Bədirxan Əhmədov Azərbaycan Universitetinin filologiya tələbələrinə “Azərbaycan ədəbiyyatında modernləşmə” mövzusunda mühazirə oxuyub.

Tədbiri Humanitar fənlər fakültəsinin dekanı dos. Səfər Məmmədov açaraq tələbələri ədəbiyyatşünas alimin elmi – pedaqoji fəaliyyəti və tədqiqat istiqamətləri ilə tanış edib.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dos. Ülviyyə Rəhimova “Azərbaycan ədəbiyyatında modernləşmə”nin ümumi mənzərəsini təqdim edib.

Prof. Bədirxan Əhmədov mühazirədə Azərbaycanın ictimai fikir tarixi ilə bağlı hər bir problemin elmi-nəzəri cəhətdən yenidən araşdırılmasının zəruriliyin vurğulayıb. Azərbaycan ədəbiyyatında modernləşməsinin əsasını qoyan və prosesə rəhbərlik edən mütəfəkkir, ədib və publisitlər haqqında məlumat verən ədədbiyyatşünas alim “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində ifadə edilən və bayrağımızda da öz əksini tapan üçlü məramın – düsturun müəllifliyini müzakirəyə açıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Tədbir “Auditoriya+” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi tələbələrin filoloji təfəkkürünün inkişaf etdirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL