Humanitar fənlər fakültəsində müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri müzakirə olunub

Humanitar fənlər fakültəsində  müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri müzakirə olunub

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində tənqidçi, ədəbiyyatşünas və tərcüməçi, professor Cavanşir Yusifli, şair Fərid Hüseyn, şair, esseist, tərcüməçi Qismət (Rüstəmov), yazıçı Mübariz Örən ilə filologiya tələbələrinin görüşü keçirilib.

Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri haqqında məlumat verib və qonaqları təqdim edib.

Görüşdə müasir Azərbaycan nəsr və poeziyasının qərb ədəbiyyatından təsirlənməsi haqqında müzakirələr aparılıb, tələbələri maraqlandıran sualları cavablandırılıb.

Görüşdə qeyd olunub ki, müasir poeziya daha çox insanın daxili aləmini, düşüncələrini, arzu və istəklərini ən incə məqamlarına qədər ifadə etmək iddiasındadır. Bədii əsər insanın öz dəyərini anlamaq, nə üçün yarandığını və necə yaşamalı olduğunu dərk etməsi üçün bir vasitədir.

Tədbir Humanitar fənlər fakültəsinin ənənəvi “Auditoriya+” layihəsi çərçivəsində keçirilib. Məqsəd tələbələrin filoloji təfəkkürünün inkişaf etdirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL