İnformatika üzrə Ümumrespublika Olimpiadasının finalçısı müəyyənləşdi

İnformatika üzrə Ümumrespublika Olimpiadasının finalçısı müəyyənləşdi

İnformatika üzrə XI Ümumrespublika Olimpiadasının final mərhələsində Azərbaycan Universitetini İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Eyyub Hacıyev, Hikmət Qədirov, Aytac Əlimirzəyevadan ibarət “AU-3” komandası təmsil edəcək. 06 may 2017-ci il tarixində saat 10:00-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda başlayacaq finala respublikanın 12 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.

Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının Olimpiadada iştirakının təşviq edilməsi məqsədilə bu say 16-ya yüksəldilib.

Olimpiadanın birinci mərhələsində 24 ali təhsil müəssisəsindən 52 komanda iştirak etmiş və Azərbaycan Universiteti bu mərhələdə 4 komanda ilə təmsil olunmuşdu.

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir və 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL