KSM layihəsinin “Dinləyici tələbə”ləri birinci semestri yekunlaşdırır

KSM layihəsinin “Dinləyici tələbə”ləri birinci semestri yekunlaşdırır

Azərbaycan Universitetinin Sosial iş fakültəsi tərəfindən icra olunan Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində 17-25 yaş arası fiziki əlilliyi olan üç gənc bu ali təhsil müəssisəsində ödənişsiz formada və “dinləyici tələbə” qismində təhsil alır. “Azərbaycan Universiteti Sosial Məsuliyyətini Dərk Edir” layihəsi ilə gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlara yiyələnmələri təmin edilir.

Artıq birinci semestri yekunlaşdırmaq üzrə olan gənclər “Practical English-1,2,3”, “İnformatika”, “Kompüter qrafikası”, “Veb proqramlaşdırma” və “Mühasibata giriş” fənlərində iştirak edirlər. Onlar daha iki semestr oxuyacaqlar.

2018-ci ildə yekunlaşacaq layihənin məqsədi fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaq, həmçinin işlə təmin olunma imkanlarını genişləndirməkdir.

Layihənin icrası başa çatdıqdan sonra “dinləyici” statusunda olan tələbələr müvafiq fənlərdə iştirak etdiklərinə dair sertifikat alacaq, eyni zamanda layihə komandası tərəfindən yiyələndikləri bilik və bacarıqlara uyğun iş tapmalarına dəstək veriləcəkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.05.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL