Rektor Səadət Əliyeva dünya üçüncülərini təbrik edib

Rektor Səadət Əliyeva dünya üçüncülərini təbrik edib

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva “Golden Byte” beynəlxalq IT müsabiqəsindən üçüncülüklə qayıdan komanda üzvlərini qəbul edib. Rektor görüşdə komanda üzvlərini təbrik edib və qeyd edib ki, tələbələrin fərdi və peşəkar inkişafı universitet üçün prioritet məsələlərdəndir. Rəhbərlik etdiyi ali təhsil müsəssisəsi bu istiqamətdə xüsusi strategiya həyata keçirir və daim öz tələbələri üçün yeni imkanlar yaratmağa səy göstərir.

Görüşdə komandanın rəhbəri, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də iştirak edib. Dekan komandanın beynəlxalq müsabiqəyə hazırlanmasında rəhbərlik səviyyəsində dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Universitetinin Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirlidən (Kompüter müəhdisliyi) ibarət komandası Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən beynəlxalq müsabiqənin dünya finalında “Elektrik sərfiyyatına nəzarət” (Savefy) layihəsi ilə “Internet of things - İnnovasiya layihələri” nominasiyası üzrə üçüncü yerə layiq görülüb. Həmin nominasiya üzrə 13 komanda mübarizə aparıb.

Komanda yarışmanın aprel ayında keçirilən ölkə finalında birinci yeri tutaraq dünya finalında yarışmaq hüququ əldə etmişdi.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL