Rektor Səadət Əliyeva “Golden Byte” beynəlxalq müsabiqəsinin ölkə qaliblərini qəbul edib

Rektor Səadət Əliyeva “Golden Byte” beynəlxalq müsabiqəsinin  ölkə qaliblərini qəbul edib

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva “Golden Byte” beynəlxalq çempionatının ölkə finalında birinci yer tutan İT komandasının üzvlərini qəbul edib. Görüşdə Azərbaycanı Kiyevdə təmsil edəcək qalib tələbələrə rektor tərəfindən təşəkkür sertifikatı və pul müküfatı təqdim olunub.

Səadət Əliyeva tələbələrin istedadını və əməyini yüksək qiymətləndirdiyini bildirib və Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək beynəlxalq finalda komanda üzvlərinə uğurlar arzulayıb.

Görüşdə İT komandasının rəhbəri və İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də iştirak edib. Dekan beynəlxalq çempionatın və tələbələrin yarışdığı nominasiya üzrə layihənin əhəmiyyəti haqqında məlumat verib.

Qeyd edək ki, Azərbaycan Universitetinin Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirlidən (Kompüter müəhdisliyi) İT komandası Golden Byte” beynəlxalq çempionatının ölkə finalında “Internet of things - İnnovasiya layihələri müsabiqəsi” nominasiyası üzrə birinci yerə layiq görülüb. Komanda müsabiqədə “Elektrik sərfiyyatına nəzarət” layihəsi ilə yarışıb.

“Golden Byte” (Qızıl Bayt ) beynəlxalq çempionatı STEP Kompüter Akademiyasının (STEP IT Academy) təşkilatçılığı ilə keçirilir. Regional finalın keçirildiyi Bakıda hər nominasiya üzrə 1-ci yeri tutan iştirakçılar 22-23 apreldə Kiyevdə keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil edəcək və 20 min dollar uğrunda yarışacaq.

Çempionat 9 ildir ki, keçirilir və Azərbaycan müsabiqədə ilk dəfədir ki, iştirak edir. Azərbaycanda 780 iştirakçı qeydiyyatdan keçib, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər seçilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL