“Savefy” layihəsinin uğur hekayəsi

“Savefy” layihəsinin uğur hekayəsi

Azərbaycan Universitetinin “Golden Byte” beynəlxalq IT müsabiqəsindən üçüncülüklə qayıdan komandasının üzvləri - Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirli (Kompüter müəhdisliyi) öz uğur hekayələrini bu gün universitet kollektivi ilə bölüşüb.

Universitet rəhbərliyi, müəllim – tələbə kollekktivin iştirak etdiyi tədbiri komandanın rəhbəri, İnformasiya – kommunikasiya texnologiya fakültəsinin dekanı Asif Paşayev açıb. Dekan uğur hekayəsinin Təhsil Nazilriyindən göndərilmiş məktubla başladığını bildirib. Qeyd edib ki, komanda dünya miqyaslı müsabiqədə ölkəmiz adına yarışıb: “STEP Kompüter Akademiyasının (STEP IT Academy) tərəfindən təşkil olunan çempionatda bu il 16 ölkədən 10 min layihə iştirak edib. Dünya finalında isə 10 ölkədən 300 layihə 10 nominasiya üzrə yarışıb”.

Dekan komandanın beynəlxalq müsabiqəyə hazırlanmasında əməyi keçən hərkəsə və rəhbərlik səviyyəsində dəstəyə görə minnətdarlığını bildirib.

Daha sonra komanda üzvləri səhnəyə çıxıb. Tural Səlimli komanda üzvlərinin müəyyənləşdirilməsindən başlayaraq, gərgin keçən hazırlıq mərhələsi haqqında məlumat verib, 9 mart günü keçirilən seçim turu, 7 aprel tarixindəki ölkə finalı və 22 aprel günü Ukraynada keçirilən dünya finalında yaşadıqları həyəcan və sevinci iştirakçılarla bölüşüb, komandanın digər üzvləri Məmməd Kərimli və Fəhmin Zakirli ilə birlikdə universitet tərəfindən yaradılan şərait və imkana, həmçinin dəstəyə görə fakültə heyətinə və rəhbərliyə təşəkkür edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL