Arxiv şöbəsi

Azərbaycan Universitetinin tarixi və fəaliyyəti ilə əlaqədar müxtəlif səpkili sənədlər və materiallar universitetinin arxivində sistemləşdirilərək kataloqlaşdırılır və qorunub saxlanılır. Şöbə, sənədlərin tərkibi və saxlanma müddətinin öyrənilməsi, silinməsi işini Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş vahid təsnifata əsaslanaraq həyata keçirir. Arxiv şöbəsi Azərbaycan Universitetinin əməkdaşları, tələbə kontingenti ilə bağlı aşağıdakı funksiyaları yerinə yetirir:

  • Tələbə şöbəsindən – buraxılış qruplarının, xaric olunan tələbələrin şəxsi sənədləri, əmr qovluqları, diplom surətləri, diplomların verilməsi ilə bağlı qeydiyyat dəftərlərini qəbul edir.
  • Tədris şöbəsindən – Məzunların buraxılış işləri, magistr dissertasiyaları, DAK iclaslarının protokolları, istehsalat - təcrübə gündəlikləri, müəllimlərin pedaqoji jurnallarının qəbulu və silinməsi vəzifəsini icra edir.
  • Dekanlıqlardan – bakalavriat və magistratura buraxılış qrup tələbələrinin təhsil aldığı illər üzrə yekun qiymət cədvəllərinin qəbulu və 75 il saxlanması işini yerinə yetirir.
  • Tələbələrin məşğələlərə davamiyyəti və keçirilən məşğələlərin qeydiyyatı jurnalların qəbulu və 5 ildən sonra silinməsi vəzifəsini icra edir.
  • Kadrlar şöbəsindən - Əməkdaşların işə götürülməsi və işdən azad olunması ilə bağlı əmr qovluqlarının qəbulu və 75 il saxlanması vəzifəsini icra edir.
  • İşdən çıxanların şəxsi sənədlərinin qəbulu və müddəti bitdikdən sonra silinməsi işini yerinə yetirir.
  • Mühasibatlıqdan - Sənədlərin qəbulu və müddəti bitdikdən sonra silinməsi işini yerinə yetirir.
  • Tələbə və əməkdaşlar tərəfindən verilən sorğulara əsasən itirilmiş sənədlərin bərpasına kömək məqsədi ilə arxiv sənədlərinə əsaslanaraq arayış verilməsini həyata keçirir.

Şöbənin tərkibi
Əzizə Əbdül qızı Ağamalıyeva – Şöbə müdiri

Əlaqə telefonu: (+99412) 430 42 82

ABUNƏ OL

s52s