Azərbaycan dili və ədəbiyyat kafedrası

Kafedra bakalavriat və magistratura pillələrində

ixtisasları (istiqaməti) üzrə kadrlar hazırlayır. Kafedraya filologiya elmləri namizədi, dos. Ülviyyə Rəhimova rəhbərlik edir.

Prof. Qorxmaz Quliyev, prof. Məhərrəm Qasımlı, prof. Kamran Əliyev, prof. Fərahim Sadıqov kimi Azərbaycanın ən məşhur alimləri kafedranın əməkdaşıdır. Ümumilikdə isə kafedranın əməkdaşlarının sayı 19 nəfərdir. Bunlardan 4 nəfər professor, 12 nəfər elmlər namizədi dosent, 7 nəfər baş müəllimdir.

Kafedranın əməkdaşları mütəmadi olaraq tədqiqat işlərinin nəticələri ilə bağlı yerli və beynəlxalq elmi-nəzəri və elmi-metodiki konfranslarda məruzələrlə çıxış edir, elmi-metodiki jurnallarda məqalələr çap etdirirlər.

Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr Bakı şəhərinin orta ümumtəhsil məktəblərində, elmi-tədqiqat mərkəzlərində, ölkənin müxtəlif media qurumlarında passiv və aktiv təcrübə keçirlər.

Peşəkar və yüksək səviyyəli kadr hazırlığı ilə yanaşı Azərbaycan dili və ədəbiyyatı kafedrasında davamlı olaraq görkəmli elm xadimləri, yazıçılar, jurnalistlərlə görüşlər, yubiley tədbirləri keçirilir; prof. Qorxmaz Quliyevin rəhbərliyi ilə 15 gündə bir elmi seminarlar təşkil olunur. Kafedranın professor-müəllim heyəti ilə magistratura tələbələrinin iştirak etdiyi bu seminarlarda filologiyanın elmi-nəzəri problemlərinin müzakirəsi aparılır. Seminarlara universitet xaricindən də tədqiqatçılar cəlb edilir.

Kafedranın nəzdində aşağıdakı istiqamətlər üzrə tədbir və seminarlar təşkil olunur:

  • "Ədəbiyyatın aktual problemləri” istiqamətinə professor Qorxmaz Quliyev rəhbərlik edir.
  • “Folklorşünaslıq” istiqamətinə professor Məhərrəm Qasımlı rəhbərlik edir.

Kafedranın heyəti

  • Ülviyyə Həsaməddin qızı Rəhimova - Kafedra müdiri
  • Qorxmaz Həsi oğlu Quliyev - Professor
  • Asif Abbas oğlu Hacıyev - Professor
  • Fərhad Kamal oğlu Mədətov - Dosent
  • Əminə Qüdrət qızı İbrahimli - Dosent
  • Hüseyn Rafayıl oğlu Hüseynov - Baş müəllim
  • Aynur Məzahir qızı Həsənova - Müəllim
  • Xəyalə Eldar qızı Əliyeva - Müəllim
  • Ülkər Müqabil qızı İbrahimova - Müəllim
  • Fərahim Balakişi oğlu Sadıqov - Professor
  • Məhərrəm Paşa oğlu Qasımlı - Professor
  • Kamran İmran oğlu Əliyev - Professor
  • Təranə Fərahim qızı Mövsümova - Müəllim
  • Aytən Abuzər qızı Hacıyeva - Dosent
  • Lalə Həsaməddin qızı Əliquliyeva - Müəllim
  • Ülviyyə Çingiz qızı Əliyeva - Müəllim
  • Mənsurə Qardaşxan qızı İsmayılova - Müəllim
  • Aysel Məmməd qızı Həmidova - Laborant

Kafedra tərəfindən tədris olunan fənlərin qısa təsvirini BURADAN görə bilərsiniz.

Kafedra ilə əlaqə
Azərbaycan Universiteti, II tədris binası
Azərbaycan Respublikası
Bakı şəhəri, Nəsimi rayonu
Seyid Cəfər Pişəvəri küçəsi-36
Tel: (+99412) 430 51 79 (113)

ABUNƏ OL

s52s