Azərbaycan Universitetinin Dostu mükafatı


Azərbaycan Universiteti tərəfindən 2014-cü ildə “Azərbaycan Universitetinin Dostu” mükafatı təsis olunmuşdur. Mükafat hər tədris ilinin sonunda Azərbaycan Universitetinin beynəlxalq və yerli tərəfdaşlarına, media qurumlarına, siyasi və ictimai xadimlərə, iş adamlarına, qeyri-hökumət təşkilatlarına, dövlət qurumları və dövlət xadimlərinə Azərbaycan Universiteti ilə təhsilin keyfiyyətinin və idarə olunmasının yaxşılaşdırılmasında səmərəli əməkdaşlığa görə verilir. Mükafatın təsis olunmasında məqsəd Azərbaycan Universiteti ilə ictimaiyyət, biznes, media və dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi, şəffaf mühitin yaradılmasıdır.

"Azərbaycan Universitetinin Dostu"-2015
"Azərbaycan Universitetinin Dostu” mükafatına 2015-ci ildə Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB), Microsoft Azərbaycan şirkəti və Azərenerji ASC layiq görülüb. Mükafat, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov tərəfindən 2015-ci il məzunları üçün keçirilən mərasimdə ATİB İdarə heyətinin sədr müavini və Coca-Cola Azərbaycan şirkətinin baş direktoru Cem Becel, Microsoft Azərbaycan şirkətinin Təhsildə əməkdaşlıq meneceri Emin Axundov və Azəenereji ASC-nin nümayəndəsi Hafiz Mehdiyevə təqdim olunub. 2015-ci il mükafatına ATİB, təhsilin keyfiyyətinin artırılması, təcrübə işinin təşkilində biznes qurumlarının səfərbər edilməsində yaxın əməkdaşlığa görə, Microsoft Azərbaycan universitetin informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsində yaxın əməkdaşlığa görə, Azərenerji ASC isə Azərbaycan Universitetinin tələbələri üçün təcrübə proqramlarının təşkili və kadr hazırlığında yaxın və sıx əməkdaşlığa görə layiq görülüb.


"Azərbaycan Universitetinin Dostu"-2014
Xüsusi mükafata 2014-cü ildə təhsil sistemindəki islahat və problemləri diqqət mərkəzində saxladığı üçün Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc, təhsil sahəsindəki yeni ideya və istiqamətləri işıqlandırdığı, Azərbaycan Universiteti ilə birgə layihələrin təşkilində təşəbbüskarlıq göstərdiyi üçün “SƏS” qəzeti və təhsilin keyfiyyətinin artırılması, təcrübə işinin təşkilində biznes qurumlarının səfərbər edilməsində yaxın əməkdaşlığa görə universitetin yerli tərəfdaşlarından Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) layiq görülüb. Mükafat “AzerTAc”ın əməkdaşı Pərvanə İmanova, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və ASK-ın prezidenti Məmməd Musayevə Azərbaycan Universitetinin rektoru tərəfindən universitetin XX buraxılışı münasibətiylə keçirilən Məzun Günündə təqdim edilib.

ABUNƏ OL

s52s