Azərbaycan Universitetinin kitabxanası

Universitetdə tədris və tədris-metodiki informasiyanın əsas mənbəyi 42 min 100 nüsxə saxlama vahidi olan kitabxana fondudur. Kitab fondu əsasən dərsliklər və dərs vəsaitləri, tədris-metodiki, sorğu və elmi-siyasi ədəbiyyatlar, həmçinin bədii-publisistik və digər normativ hüquqi, fəlsəfi əsərlərdən ibarətdir. Fonda daxil olan kitablardan 12 min 900 nüsxəsi tədris ədəbiyyatlarını, 18 min 300 nüsxəsi müxtəlif sahələri əhatə edən elmi ədəbiyyatları, 2 min 500 nüsxəsi normativ-sorğu ədəbiyyatlarını, 8 min 400 nüsxəsi universal ədəbiyyatı, 120 nüsxəsi isə elektron ədəbiyyatı əhatə edir.

Kitabxanada 2 şöbə, oxu zalı, 1 bölmə, elektron informasiya zalı fəaliyyət göstərir. Oxu zalı 32 nəfərlikdir. Tələbə və müəllimlərə xidmət və abonement həm də oxu zalında nəzərdə tutulmuşdur. Universitetin kitabxanası tədris planlarının bütün fənləri üzrə tədris prosesinin təşkil edilməsi üçün müəllim və tələbələri lazımi əsas tədris və tədris-metodiki ədəbiyyatla təmin edir. Bunlar əsasən dərsliklər, tədris-metodiki, sorğu və elmi-texniki ədəbiyyat, həmçinin normativ sənədlərdir. Kitabxana internet resurslarından da istifadə etməyə imkan verir.

Kitabların elmi - texniki işlənməsi və kataloqlaşdırma şöbəsi

  • Kitabxana fonduna daxil olan bütün kitablar qeydiyyatdan keçirilərək kataloqlaşdırma şöbəsinə verilir;
  • Daxil olan və qeydiyyatdan keçən hər bir kitab qəbul edilərək kataloq kartı tərtib edilir, işlənib xidmət şöbəsinə verilir.

Məlumat - biblioqrafiya şöbəsi

  • Şöbənin əsas hissəsini məlumat-sorğu ədəbiyyatı və dövri mətbuat təşkil edir.
  • Məlumat-biblioqrafiya şöbəsi Azərbaycan Universitetində keçirilən bütün tədbirlərdə yaxından iştirak edir və Respublikadakı ictimai-siyasi və mədəni hadisələrlə bağlı kütləvi tədbirlər, sərgilər və s. keçirir.

Oxu zalı

  • Ümumi oxu zalında Azərbaycan, rus və xarici dillərdə olan kitablara sifariş verilir;
  • Dövri mətbuat zalında Azərbaycan, Rusiya, MDB ölkələri və digər xarici ölkələrdə çap olunan nəşrlər və öncəki illərə aid jurnallar istifadəyə verilir.

İnternet zalı

  • Zalda internetdən istifadə etmək, sorğu və informasiya axtarışını təşkil etməklə oxucuların istifadəsi təmin edilir.

Dövri mətbuat fondu

  • Fondda Azərbaycan, MDB ölkələri və xarici ölkələrdə nəşr olunan qəzet və jurnallar sifariş oluna bilər.

Virtual oxu zalı

Abonoment qaydaları
İnzibati işçilər, professor-müəllim heyəti, həmçinin bakalavriat və magistratura tələbələri universitetin kitabxanasına üzv ola bilər. Kitabxanaya üzv olarkən aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • Şəxsiyyəti təsdiq edən sənəd (Müəllimlər üçün)
  • Tələbə bileti (Tələbələr üçün)

Kitabxana fondunda çox sayda nüsxəsi olan kitablar semestrin axırına qədər, az sayda nüsxəsi olan kitablar isə 1-5 gün müddətinə verilir. Götürülmüş kitablar tədris ilinin axırında kitabxanaya geri qaytarılmalıdır.

Oxuculara xidmət:

  • Fərdi abonoment
  • Ümumi oxu zalı
  • Dövri mətbuat zalı

Fərdi abonomentlə verilmir:

  • Məlumat-sorğu xarakterli nəşrlər (Lüğət, ensiklopediya)
  • Nadir və bir nüsxədə olan kitablar
  • Dövri mətbuat

Qeyd: Kitabxanaya kitab borcu olan və tələbə biletini təqdim etməyən oxuculara xidmət göstərilmir.

Tez-tez verilən suallar
1. Kitabxanadan aldığım kitabın müddətini uzatmaq mümkündür?
Oxucular aldıqları kitabların müddətini verilən müddət başa çatmadan bir dəfə uzada bilərlər.
2. Universitetdə yeni qeydiyyatdan keçdim. Kitabxanadan necə istifadə edə bilərəm?
Yeni qeydiyyatdan keçən tələbələr tələbə biletləri ilə birlikdə kitabxanaya müraciət etməklə kitabxana xidmətlərindən istifadə edə bilərlər.
3. Başqa bir universitetin tələbəsiyəm. Sizdən kitab ala bilərəm?
Başqa universitetin tələbələrinə xidmət hələ ki, nəzərdə tutulmur.

İş saatları

  • Bazar ertəsi: 08.30-17.30
  • Çərşənbə axşamı: 08.30-17.30
  • Çərşənbə: 08.30-17.30
  • Cümə axşamı: 08.30-17.30
  • Cümə: 08.30-17.30
  • Şənbə: 08.30-17.30
  • Bazar Bağlıdır

Kitabxananın tərkibi
Nagıyeva Nailə Məmməd qızı - Kitabxana müdiri
İbrahimova Gülnarə Rizvan qızı - Kitabxanaçı
Hüseynli Gülnarə Əzim qızı - Kitabxanaçı
Mirzəyeva Humay Balaağa qızı - Kitabxanaçı

Əlaqə telefonu: (+99412) 431 41 12 (132)

ABUNƏ OL

s52s