Azərbaycan Universitetinin Məzunları

Azərbaycan Universitetinin məzunları iş dünyasının hər sahəsində, dövlət qulluğunda, diplomatik nümayəndəliklərdə, məhkəmə və vergi orqanlarında, media qurumlarında, təhsil müəssisələrində işləyir, ölkə daxilində və xarici ölkələrdə magistratura və doktorantura proqramlarında təhsillərini davam etdirir, böyük uğurlara imza atırlar.

Məzunlarla əlaqələrin gücləndirilməsi məqsədiylə məzun görüşlərinə start verilib. Bakı Excelsior Hoteldə keçirilən I məzun görüşündə universitetin rektoru Fərid Əhmədov, vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, 2007-2011-ci illər ərzində Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmiş prof. Akif Musayev, universitetin bir qrup əməkdaşı və əsasən ilk dönəm məzunları iştirak edib.
Görüşdə məzunlara Azərbaycan Universitetinin fəaliyyətindəki yeniliklər haqqında məlumat verilib və məzun rozeti təqdim edilib. Məzunlar da universitetin rəhbərliyi və müəllimləri ilə görüşdən çox şad olduqlarını qeyd edib, tələbəlik illərinin xoş xatirələri, həmçinin öz işləri və uğurlarından danışıblar.

Görüşdə xaricdə yaşayan məzunlar ilə “Skype” proqramı vasitəsilə əlaqə saxlanıb. Səsli və görüntülü virtual iştirak ilə onlar da məmnuniyyətlərini dilə gətirib, xatirələrini bölüşüblər.

Azərbaycan Universitetinin 1995-2016-ci illər ərzində 3200 bakalavriat, 1999-2016-cı illər ərzində 381 magistratura məzunu olub.

Azərbaycan Universitetinin məzunları (İkinci ali təhsil alanlar)

Azərbaycan Universitetinin məzunları (1995-2016)

Azərbaycan Universitetinin şəhid məzunu Fəxrəddin Qurbanlı

ABUNƏ OL

s52s