Bakalavriata qeydiyyat

Bakalavriat qeydiyyatı üçün lazım olan sənədlər:
1. Attestatın əsli
2. Şəxsiyyət vəsiqəsinin əsli (surəti ilə birlikdə)
3. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
4. Sağlamlıq haqqında tibbi arayış
5. 6 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)
6. TQDK ödəmə kartı (iş nömrəsi və şifrə)
7. Təhsil haqqının ödənildiyinə dair bank qəbzi

Qeyd 1. Qeydiyyat Azərbaycan Universitetinin I tədris binasında (Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti - 72), şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək aparılır.
Qeyd 2. 18 yaşı tamam olmamış tələbənin valideyni qeydiyyatda mütləq iştirak etməlidir.

Qeyd 3.

  • Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyini diqqətə alaraq yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əsli və surəti universitetə təqdim edilməlidir.

Əlavə məlumat üçün
Sənəd Qəbulu Komissiyası
Azərbaycan Respublikası
Bakı şəhəri, Nəsimi rayonu
Tbilisi prospekti - 72
Tel: (+99412) 431 41 12 (113)

ABUNƏ OL

s52s