Beynəlxalq əməkdaşlıq

Azərbaycan Universiteti inanır ki, beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb qarışma prosesi təhsilin mühüm tərkib hissəsidir. Buna görə də universitet beynəlxalq əlaqələrin genişləndirilməsinə, mübadilə proqramlarının inkşafina böyük qiymət verir və tələbələri belə imkanlardan istifadə etməyə ruhlandırır, onların xaricdə təhsil almaları üçün təşəbbüslər irəli sürür.

Tərəfdaş universitetlər

Azərbaycan Universitetinin tələbələri qeyd olunmuş tərəfdaş univrsitetlərdə mübadilə proqramları və yay məktəbləri çərçivəsində təhsil alıblar və bu şəkildə əmkdaşlığımız davam edir. Əsas məqsədimiz tələbələrə yüksək keyfiyyətli təhsilin verilməsindən və təcrübələrinin genişləndirilməsindən ibarətdir.

Azərbaycan Universiteti keyfiyyətin artırılması, daxili potensialın gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi məqsədi ilə beynəlxalq təhsil təşkilatları ilə də sıx əməkdaşlıq edir.

Azərbaycan Universitetinin üzv olduğu beynəlxalq təşkilatlar

  • Planlaşdırma üzrə Avropa Məktəblər Assosiasiyası (AESOP) – 1994
  • Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (IAUP) – 1996
  • Universitetlərin BeynəlxalqAssosiasiyası (IAU) – 1997
  • Demokratiya üzrə Universitetlər Alyansı (AUDEM) – 1997
  • Avropa Ali Təhsil Cəmiyyəti (EHES) – 2000
  • İnstitusional Araşdırmalar üzrə Avropa Assosiasiyası (EAIR) – 2000

ABUNƏ OL

s52s