Beynəlxalq əlaqələr şöbəsi

Hörmətli ziyarətçi,
Sizləri Azərbaycanın müasir və keyfiyyətli təhsil təklif edən universitetlərindən biri olan Azərbaycan Universitetindən salamlayırıq. Beynəlxalq əlaqələr şöbəsi Universitetin xarici siyasətini həyata keçirən əsas strukturdur. Şöbə öz fəaliyyətini Azərbaycan Respublikasının qanunverciliyi, Azərbaycan Universitetinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları və Beynəlxalq əlaqələr şöbəsinin əsasnaməsini rəhbər tutaraq həyata keçirir.
Şöbənin əsas məqsəd və missiyası universitetin xarici siyasətini və fəaliyyətini təmin etmək, akademik heyət və tələbələrə mübadilə imkanları yaratmaq, xaricdən gələn və xaricə gedən akademik heyətə dəstək göstərmək, protokol xidməti həyata keçirmək və qazanılmış və mövcud qrantları idarə etməkdən ibarətdir. Şöbə eyni zamanda, beynəlxalq tələbələrə, alimlərə və qonaqlara Universitetdə təhsil, həyat və bir çox digər fəaliyyət ilə bağlı professional dəstək və məsləhət xidmətləri göstərir.

Bizim məqsədlərimiz
• Xarici tərəfdaş universitetlər ilə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
• Milli, regional və beynəlxalq rəqabət üçün Universitetin gücləndirilməsinə dəstək verilməsi;
• Yay məktəbləri, beynəlxalq konfranslar və digər beynəlxalq layihələrin təşkili;
• Universitetdə çoxmədəniyyətli mühitin inkişafına dəstək verilməsi;
• Müvafiq və davamlı beynəlxalq strategiyanın inkişaf etdirilməsi;
• Milli və beynəlxalq maliyyə proqramlar üçün axtarış;
• Beynəlxalq proqram və layihələrin idarə edilməsi;
• Akademik heyət və tələbə mübadiləsinin koordinasiyası.

ABUNƏ OL

s52s