Beynəlxalq proqramlar

Azərbaycan Universiteti dünyanın aparıcı universitetləri ilə yeni əlaqələr qurmağa və eyni zamanda mövcud əlaqələri genişləndirməyə çalışır. Dünyanın fərqli tərfədaş universitetləri ilə tərəfdaşlıq akademik heyət və tələbələrmizə böyük imkanlar qazandırır. Tələbələr və akademik heyət imzalanan razılaşmalara əsasən dünyanın müxtəlif ölkələrində mübadilə programları çərçivəsində güzəştli şərtlər və pulsuz təhsil alma imkanları əldə edirlər.
Mübadilə proqramlarında iştirak etmək hüququ olan tələbələr bir və yaxud iki semestr ərzində təhsilini tərəfdaş təhsil müəssisələrində davam etdirə bilir. Həmin təhsil müəssisələrində semestri başa vurduqdan sonra qazanılmış kreditlər Azərbaycan Universitetinə köçürülür. Eyni zamanda Azərbaycan Universitetinin tərəfdaş olduğu universitetin tələbləri Azərabycan Universitetin bir və yaxud iki semester təhsil alma hüququna malikdirlər.
Azərbaycan Universitetinin xarici əlaqələrində pedaqoji heyətin təcrübə mübadiləsinə də xüsusi diqqət yetirilir. Belə ki, Universitetin alimləri müxtəlif xarici ölkələrdə təcrübə mübadiləsində olmuş, seminar və konfranslarda iştirak etmiş, tədqiqat işləri aparmışlar. Eyni zamanda Universitein həyata keçirdiyi proqramlar, layihələr çərçivəsində və həmçinin xarici universitetlərlə əməkdaşlıq etmək məqsədilə xarici ölkələrdən Azərbaycan Universitetinə çox saylı əcnəbi mütəxəsis və xarici qonaqlar davamlı olaraq dəvət olunurlar.

ABUNƏ OL

s52s