Biznes və iqtisadiyyat fakültəsi

Sizi "Biznes və iqtisadiyyat" fakültəsinin səhifəsində salamlayırıq!

Azərbaycan Universitetinin “Biznes və iqtisadiyyat” fakültəsində tətbiq olunan proqram bakalavriat və magistratura səviyyələri üzrə işgüzar biliklər və səriştələr aşılayır.

Tədris ingilisdilli və Azərbaycandilli olmaqla fərqli qruplarda aparılır. Dilindən asılı olmayaraq bütün qruplarda tətbiq olunan proqram kompleks yanaşma ilə mobillik, seçim, çeviklik, innovasiya və nəticə yönümlülük prinsipləri əsasında hazırlanıb. Dərslər ölkədə biznes sahəsinin qabaqcıl peşəkarları - qərb təhsilli yerli müəllimlər, habelə xaricdən dəvət olunan müəllimlər tərəfindən aparılır. Azərbaycandilli qruplarda da ingilisdilli proqramların kurikulumu, sillabusları, keyfiyyəti və orada yaranmış təcrübə tamamilə tətbiq edilir. Fənləri ingilis dilində tədris edən peşəkar biznes müəllimləri eyni fənləri Azərbaycan dilində də aparır.

Qrup ölçülərinin digər universitetlərdəki biznes qruplarından xeyli kiçik olması, tədrisə kouçinq yanaşmasını və başqa mütərəqqi üsulları tətbiq etməyə və təhsilin keyfiyyətini yüksəkdə tutmağa imkan verir. Burada şirkətlərin real fəaliyyətində üzləşdikləri problemlərin həll edilməsi yolu ilə işgüzar bacarıqların inkişaf etdirilməsinə yönələn tapşırıqlar (situasiyaların analizləri və ya keyslər) müasir biznes təhsilinin əsasını təşkil edir. Bu format bilikləri, vərdiş və bacarıqları hərtərəfli inkişaf etdirərək çatdırır.

Daha bir özəllik proqram yanaşmasıdır. Yəni, kurikulum tələbəni addım-addım, orta məktəb məzunundan biznes qurumları tərəfindən tələb olunan peşəkara çevirən mərhələli və izlənilə bilən ssenari əsasında qurulub.

Azərbaycan Universitetinin “Biznes və iqtisadiyyat” fakültəsində bakalavriat və magistratura pillələrində tətbiq olunan proqramlar biznes sahəsində ən yüksək mövqe tutmaq istəyənlər üçün tərtib olunub və təhsil alanların ən praktik biliklərə yiyələnməsini və biznes karyeralarında sürətlə irəliləməyi təmin etməsini nəzərdə tutur.

Tədrisin və hər bir fənnin məzmunu isə aparıcı şirkətlər tərəfindən tələb olunan dəyişən səriştələrə uyğunlaşmaqla hər semestrdə yenidən nəzərdən keçirilir və təkmilləşdirilir.

Nəticədə, tələbələrimiz artıq üçüncü tədris ilində aparıcı müəssisələrdə müvafiq iş tapa bilirlər.

Ardını oxu..

ABUNƏ OL

s52s