Daxili Təqaüd və Təhsil Haqqına Güzəştlər Proqramı

Azərbaycan Universitetində peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən strategiyanın tərkib hissəsi olaraq 2013/2014-cü tədris ilindən etibarən “Daxili təqaüd və təhsil haqqına güzəşt proqramı”nın tətbiqinə başlanmışdır. Universitetin öz büdcəsindən maliyyələşən proqramın məqsədi gənclərin motivasiyasını gücləndirmək, bacarıqlı və yüksək nəticələrə nail olan tələbələrə dəstək olmaqdan ibarətdir. Proqram, çalışqan tələbənin əməyini dəyərləndirməklə həm özünə inamı formalaşdırır və gücləndirir, həm də az təminatlı ailələr üçün əhəmiyyətli sosial dəstək rolunu daşıyır.
Tələbələr proqramdan universitetə qəbul balına və təhsil aldıqları dövrdə göstərdikləri akademik göstəricilərə uyğun olaraq faydalanırlar.

Proqrama əsasən Universitetə 420 və yuxarı balla qəbul olanlara aşağıda göstərilən təhsil haqqı güzəştləri tətbiq olunur:

  • 420-489 bal: 25%
  • 490-559 bal: 50%
  • 560-599 bal: 75%
  • 600-700 bal: 100%

600 və yuxarı bal toplamış tələbələr təhsil müddəti ərzində təhsil haqqı ödənişindən onlarla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq azad olunurlar. Tələbənin təhsil müddəti ərzində orta müvəffəqiyyət göstəricisi 83,0-dan aşağı olarsa, Universitet tələbədən təhsil haqqı almaq hüququna mailkdir.

Digər təhsil haqqı güzəştləri isə yalnız birinci tədris ilinə şamil olunur. İkinci tədris ilindən etibarən akademik göstəricilərinə uyğun olaraq tələbələrə təqaüd təyin olunur.

Təqaüdlərin miqdarı universitetin təyin etdiyi müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir və hər semestrin sonunda yenidən dəyərləndirilir. Müvəffəqiyət göstəricilərindən asılı olaraq tələbələrə 50, 75, 100 və 200 azn məbləğində təqaüd təyin olunur.

Tələbələrin təhsil aldıqları dövrdə göstərdikləri nəticələrə görə təqaüdlərin şərtləri bakalavriat səviyyəsi üzrə aşağıdakı kimidir:

  • Orta müvəffəqiyyət göstəricisi 83,0-86,9 arasında, qiymətləri A/B olan tələbələr üçün - 50 AZN
  • Orta müvəffəqiyyət göstəricisi 87,0 və yuxarı, qiymətləri A/B olan tələbələr üçün – 75 AZN
  • Orta müvəffəqiyyət göstəricisi 90-95 arasında, qiymətləri A olan tələbələr üçün – 100 AZN
  • Orta müvəffəqiyyət göstəricisi 95-dən yuxarı, qiymətləri A olan tələbələr üçün – 200 AZN

Magistratura səviyyəsi üzrə təqaüdlərin şərtləri aşağıdakı kimidir:

  • Orta müvəffəqiyyət göstəricisi 87 və yuxarı, qiymətləri A/B olan tələbələr üçün - 75 AZN
  • Orta müvəffəqiyyət göstəricisi 90-dan yuxarı və qiymətləri A olan tələbələr üçün - 100 AZN

ABUNƏ OL

s52s