Doktorantura və dissertantura

Fəlsəfə doktoru proqramı üzrə doktorantura
Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) forma üzrə və ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti 4 ildir. Müstəsna hallarda təhsil müddəti uzadıla bilər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Fəlsəfə doktoru proqramı üzrə dissertantura
Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) forma üzrə və ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti 4 ildir. Müstəsna hallarda təhsil müddəti uzadıla bilər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.

Elmlər doktoru elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.

Fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

Doktorant və dissertant təhsil müddətində aşağıdakları yerinə yetirməlidir:

  • Peşə biliklərinə dərindən yiyələnməli;
  • Müstəqil elmi-tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
  • Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
  • Fərdi iş planını tam yerinə yetirməli;
  • İxtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən fəlsəfədən doktorluq imtahanlarını verməli;
  • Elmi tədqiqatların nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
  • Elmi təqdiqatların nəticələrini aprobasiya etdirməli;
  • Elmi tədqiqat işini bitirməlidir.

Doktorantura proqramları

  • İqtisad elmləri (İqtisadi fəaliyyət növləri; Ümumi iqtisadiyyat; Müəssisələrin təşkili və idarə olunması)
  • Tarix (Vətən tarixi)
  • Filologiya elmləri (Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı)
  • Fəlsəfə (Ümumi fəlsəfə)

Dissertantura proqramları

  • İqtisad elmləri (İqtisadi fəaliyyət növləri; Ümumi iqtisadiyyat; Müəssisələrin təşkili və idarə olunması)
  • Tarix (Vətən tarixi)
  • Filologiya elmləri (Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı; Folklorşünaslıq)
  • Fəlsəfə (Sosial fəlsəfə)

Tələb olunan sənədlər

  • Rektorun adına ərizə;
  • Kadrların şəxsiyyət və qeydiyyat vərəqi;
  • Tərcümeyi-hal;
  • 2 ədəd foto şəkil (3x4 sm ölçüdə);
  • Çap olunmuş elmi əsərlərin siyahısı, yaxud referat;
  • İş yerindən xasiyyətnamə;
  • Əmək kitabçasından çıxarış (işləyənlər üçün);
  • Ali təhsil haqqında diplomun surəti və diploma əlavə;
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Diplomun əsli və şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.

ABUNƏ OL

s52s