Dövlət və bələdiyyə idarəetməsi

İxtisasın kodu: 050410
İxtisas qrupu: II
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili
Təcrübə müddəti: 14 həftə
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Dövlət və bələdiyyə idarəetməsi ixtisasının başlıca missiyası ölkədə dövlət və ictimai idarəetmə sahəsində davamlı inkişafı təmin edəcək peşəkar milli kadr potensialını formalaşdırmaqdır. Bu ixtisası Azərbaycan Universitetində uğurla bitirib bakalavr diplomunu əldə edən məzun inamla şəxsi karyerasını qura bilir.

Azərbaycan Universitetində ixtisas üzrə kadr hazırlığına 2009-cu ildən başlanıb. İxtisasın buraxılışına məsul olan heyətin üzvləri arasında mikro və makroiqtisadiyyat, innovativ və korporativ idarəetmə, keyfiyyətin idarəolunması, idarəetmə psixologiyası, iqtisadi biliklərin tədrisi metodologiyası və bir çox digər əlaqəli elmi sahələrin mütəxəssisləri vardır. Pedoqoji fəaliyyətə dövlət və özəl strukturlarda çalışan peşəkarların cəlb olunması tədris prosesini daha da zənginləşdirir. Azərbaycan Universitetinin beynəlxalq əlaqələri müəllim-tələbə mübadiləsi imkanlarını artırır.

Təhsil müddətində bütün tələbələr Universitetin əməkdaşlıq etdiyi biznes və dövlət qurumlarında peşəkar müəllimlərin rəhbərliyi ilə istehsalat və diplomqabağı təcrübə keçməklə əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etməyi öyrənir, idarəetmə bacarıqlarına yiyələnirlər. Proqramda təcrübə üçün ayrılan 14 həftə ilə yanaşı tələbələr üçün təşkil olunan elmi seminar, treyninq və sertifikat proqramları təhsilalanların bir şəxsiyyət və mütəxəsis kimi formalaşmasına əhəmiyyətli təsir edir.

Məzun olan bakalavrlar aşağıdakı bilik və bacarıqlara sahib olur:

  • Mikro və makroiqtisadiyyat anlayışlarından, sosial iqtisadi statistikadan baş çıxarır;
  • Ekonometrik hesablamaları, ölkə, region və sahə bazarlarındakı hadisələri təhlil etməyi bacarır;
  • Dövlət və bələdiyyə idarəetməsinin müasir metodlarına mükəmməl yiyələnir;
  • İqtisadiyyatın hüquqi tənzimlənməsi, Antiböhranlı idarəetmə və insan resurslarının idarə olunması sahəsində lazımi bilik və bacarıqlara malik olurlar.

Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirən məzunlar ölkənin dövlət, bələdiyyə və kommersiya strukturlarında, istehsal və xidmət sferalarında öz ixtisaslaşmalarına və arzularına uyğun işləməyə hazır olurlar. Adətən bu məzunlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, habelə onların tabeliyində olan strukturlarda və ya korporativ idarəetmə sferalarında orta ranqlı idarəçi qismində fəaliyyətə başlayırlar. Təhsillərini davam etdirmək istəyənlər Azərbaycan Universitetinin və ya digər universitetlərin (ölkələrin) magistratura proqramlarına müraciət edə bilərlər.

Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsilalanlara əsasən aşağıdakı fənlər tədris olunur:

  • İdarəetmə nəzəriyyəsi
  • Mikro və Makroiqtisadiyyat
  • Xətti cəbr və riyazi analiz
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • Ekonometrika
  • Statistika
  • Mühasibat uçotu
  • Audit
  • Maliyyə
  • Bank işi
  • Vergilər və vergitutma
  • Menecment
  • Marketinq
  • İnsan resurslarının idarəedilməsi
  • İqtisadi informatika
  • İnformasiya və kommunikasiya texnologiyaları
  • İşgüzar yazışmalar
  • Ətraf mühitin iqtisadiyyatı
  • Milli iqtisadiyyatın əsasları
  • Davamlı inkişafın dövlət tənzimlənməsi
  • İqtisadiyyatın hüquqi tənzimlənməsi
  • Strateji idarəetmə
  • Antiböhranlı idarəetmə
  • İdarəetmə qərarlarının qəbulu
  • Təşkilati davranış
  • İnzibati hüquq
  • Dövlət qulluğu
  • İctimayyətlə əlaqələr
  • Bələdiyyə idarəçiliyi
  • Dövlət idarəetmə nəzəriyyəsi
  • Dövlət qulluğu etikası

Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s