Dünya iqtisadiyyatı

İxtisası şifri: 050401
İxtisas qrupu: II
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Bu sahə kifayət qədər geniş olmaqla, tələbəyə biznes və iqtisadiyyat üzrə daha geniş biliklər verən uğurlu bir başlanğıcdır. Bu ixtisası seçən tələbə daha geniş sferada iş imkanları qazanmaqla yanaşı, akademik karyera üçün də çox uğurlu bir başlanğıca imza atmış olur.

Dünyanın aparıcı universitetlərində təhsil almış peşəkarlar tələbələrimizə bu sahədə qabaqcıl və şirkətlər tərəfindən yüksək qiymətləndirilən səriştələr aşılayır. Proqram habelə, tələbələri dünyanın aparıcı universitetlərində bu sahədə magistratura təhsili almağa hazırlayır; qəbul və qəbul sonrası uğurlu təhsil üçün bütün gərəkli bilikləri formalaşdırır. Ümumi biznes səriştələri və iqtisadi biliklərdən savayı, tələbə beynəlxalq arenada biznes və iqtisadi münasibətləri də öyrənir və qlobal iqtisadi hadisələrin mahiyyətini izah edə bilən iqtisadçı, beynəlxalq biznes mütəxəssisi və başlanğıc səviyyəli menecer kimi formalaşır.

Azərbaycan Universitetində Dünya iqtisadiyyatı ixtisası Biznes və iqtisadiyyat fakültəsinin tərkibindədir. İngilisdilli proqrama qəbul olan tələbələrə başlanğıcda 600 saat ingilis dili tədris edilir.

Tədris olunan başlıca fənlər:

  • Sosial psixologiya
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • İqtisadiyyat üçün riyaziyyat
  • İKT-dən istifadə
  • Akademik yazı və tədqiqat
  • Xüsusi məsələlər və həll strategiyaları
  • İnsan coğrafiyası
  • Tənqidi düşüncə
  • İşgüzar ünsiyyət
  • İşgüzar ingilis dili
  • Nitqin inkişafı
  • İnsan resursları idarəetməsi
  • Mühasibata giriş
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Tətbiqi statistika
  • Korporasiya maliyyəsi
  • Marketinqin əsasları
  • Əməliyyatlar idarəetməsi
  • Biznesin hüquqi mühiti
  • İdarəetmə mühasibatı
  • Maliyyə hesabatları
  • Beynəlxalq biznes
  • Biznes məlumatların təhlili
  • Ekonometrika biznesdə
  • Kompüter informasiya sistemləri
  • Biznes modelləşdirilməsi
  • Strateji idarəetmə
  • Lider olmaq
  • Korporativ idarəetmə və etika
  • Gömrük işi
  • Dünya iqtisadiyyatı
  • Beynəlxalq ticarət

Dünya iqtisadiyyatı ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s