ECDL təlim mərkəzi

Azərbaycan Universiteti nəzdində ECDL (European Computer Driving Lisence) Təlim Mərkəzi fəaliyyət göstərir. Mərkəz, “Azərbaycanda ECDL milli operator və test mərkəzlərinin yaradılması” (E-NOTES) Tempus layihəsi çərçivəsində 2015-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Təlimlər ECDL sillabusuna əsasən aşağıdakı modullar üzrə aparılır:

  • Kompüterin əsasları
  • Onlayn biliklər
  • Mətn Prosessoru
  • Elektron cədvəllər
  • Verilənlər bazası
  • Təqdimat
  • Onlayn əməkdaşlıq

Mərkəz 20 ədəd Touch Smart kompüter, notebook, proyektor və printerlə təchiz olunub. Mərkəzin kompüterlərində ECDL sillabuslarına uyğun olaraq proqram təminatı quraşdırılıb.
Universitetin inzibati, müəllim və tələbə heyətindən 100-ə yaxın iştirakçı ECDL təlimlərində iştirak edib. Təlim iştirakçılarının ECDL sertifikatını almaları üçün sertifikasiya imtahanı təşkil olunub.
Qeyd edək ki, ECDL (European Computer Driving Lisence) kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramıdır. Proqram, İrlandiyada yerləşən ECDL foundation tərəfindən idarə olunur. ECDL sertifikatı isə 149 ölkədə tanınan Beynəlxalq kompüter biliklərinin səviyyə ölçmə sertifikatıdır.

ABUNƏ OL

s52s