Beynəlxalq tələbələrin magistraturaya qəbulu

Azərbaycan Universiteti magistratura pilləsində fərqli proqramlar təklif edir.
Universitetə qəbul iyun-iyul aylarında, ildə bir dəfə olmaqla, müraciət edən tələbənin akademik göstəriciləri, şəxsi keyfiyyətləri və s. nəzərə alınmaqla həyata keçirilir. Proqrama müraciət edən tələbələr, eyni zamanda ingilis dili biliklərini sübut edən sənədin surətini təqdim etməlidir.

Müraciət
2017/2018-ci tədris ili üçün ərizə qəbulunun son müraciət tarixi 30 iyun 2017-ci ildir. Proqrama müraciət edən əcnəbi tələbələr ərizə formasını dolduraraq tələb olunan digər sənədlər ilə birlikdə e-poçt və ya poçt vasitəsilə göndərməlidirlər.

Ərizə qəbulu
Ərizənizin qeydə alınması üçün aşağıdakı sənədlər tələb olunur:
Qeyd: Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.

  • Doldurulmuş ərizə forması
  • Bakalvriat diplomunun surəti*
  • Baklavriat diplomunun əlavəsinin surəti (Transkript) *
  • İngilis dili biliklərini göstərən sənədin surəti *
    Tələbələr TOEFL və IELTS test nəticələrini göstərən sənədin surətini və yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər.
  • CV (Curriculum Vitae )
  • Xarici pasportun surəti *
  • İki tövsiyə məktubu
  • Motivasiya məktubu (300-400 sözdən ibarət)
    Tələbə, bu hissədə özü haqqında, eyni zamanda niyə bu proqramı seçdiyini və gələcək karyera planı haqqında məlumat verməlidir.

*Müraciəti qəbul olunan tələbələr Azərbaycan Universitetinə gələrkən qeyd olunan sənədlərin əslini təqdim etməlidirlər.

Müraciətlərin nəticəsi
Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılacaqlar.

Sənədlərin göndəriləcəyi ünvan:
Azərbaycan Universiteti
Beynəlxalq əlaqələr şöbəsi
Nəsimi rayonu, Tbilisi prospekti-72
AZ1102, Bakı, Azərbaycan
Tel: (+99412) 431 41 12/13/16/17
Fax: (+99412) 431 41 18
E-mail: international.office@au.edu.az

ABUNƏ OL

s52s