Beynəlxalq tələbələrin qəbulu

Azərbaycan Universitetinə göstərdiyiniz maraq üçün təşəkkür edirik.
Azərbaycan Universiteti olaraq əcnəbi tələbələrə bakalavriat və magistratura pillələrində müxtəlif proqramlar təklif edirik.
Universitetə qəbul yanvar-iyul aylarında olmaqla, ildə bir dəfə həyata keçirilir.
2017/2018-ci tədris ili üçün qəbul 01 yanvar 2017-ci ildə başlayacaq və 30 iyul 2017-cı il tarixində yekunlaşacaqdır.

Xarici tələbələrin Azərbaycan Universitetinə qəbulu xüsusi komissiya tərəfindən aparılır. Mövzu ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur.
Qəbul zamanı ərizəçinin akademik göstəriciləri, şəxsi keyfiyyətləri və.s diqət yetirilir. Eyni zamanda beynəlxalq tələbələr ingilis dili səviyyəsini təsdiq edən TOEFL və ya IELTS sertifikatını təqdim etməlidir.

İstisna
Ana dili ingis dili olan və inglis dilində bakalavriat və magistratura dərəcəsində təhsil almış ərizəçilər qeyd olunan test tələblərindən azaddırlar.

ABUNƏ OL

s52s