Erasmus+

"Erasmus+" proqramı, Avropa Birliyi tərəfindən təhsil və gənclik sahəsində 2007-2013-ci illər arasında tətbiq olunmuş Həyatboyu Öyrənmə və Gənclik Proqramlarının yerinə tətbiq olunan yeni proqramdır. Proqram təhsil, gənclik və idman sahələrini əhatə edir. Erasmus+ proqramı, təməl məqsədlər və fəaliyyətlər baxımından baxıldığında mövcud proqramdan çox böyük fərqliliklər ehtiva etmir. Ancaq mövcud proqramın fəaliyyətinin artırılması, daha asan tətbiqi və sadə bir quruluşa qovuşa bilməsi məqsədiylə bəzi dəyişikliklər edilmişdir. 2014-2020-ci illər arasında tətbiq olunacaq olan Erasmus+ proqramının məqsədi ali təhsil müəssisələrində çalışan və təhsil alan gənclərə yeni bacarıqlar qazandırılması, onların fərdi inkişaflarının gücləndirilməsi və məşğulluq imkanlarının artırılmasıdır.
Erasmus+ proqramı Həyatboyu Öyrənmə Programları çərçivəsində fəaliyyət göstərmiş Erasmus, Leonardo da Vinçi, Comenius və Grundtvig proqramları ilə Gənclik Proqramı, 5 beynəlxalq əməkdaşlıq proqramı (Erasmus Mundus, Tempus, Alfa, Edulink və Sənayeləşmiş Ölkələrlə Əməkdaşlıq Proqramı) da daxil edilərək Erasmus+ başlığı altında toplanır. Tək proqram ilə daha sadə müraciət qaydaları və prosedurları gətirilərək parçalı quruluş və mürəkkəblik sona çatır. Eyni zamanda əməkdaşlıq edilən ölkələrin əhatəsi genişlənmişdir.
Sözügedən proqram çərçivəsində Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan ali təhsil sahəsində aşağıdakı imkanlardan istifadə edə biləcək:

  • Birgə magistratura proqramları;
  • Kredit mobilliyi (keçmiş “Erasmus Mundus” );
  • Potensialın gücləndirilməsi layihələri (keçmiş “Tempus”);
  • Jan Mone Proqramı;
  • Bilik Alyansları, Strateji Tərəfdaşlıq və Sektor Bacarıqları (müəyyən şərtlər ilə).

Büdcə
Avropa Komissiyası, Erasmus+ proqramı üçün 2014-2020-ci illər ərzindəki fəaliyyətləri dəstəkləmək üzrə 14.7 milyard avro büdcə ayrıb.

"Erasmus+" proqramından faydalanacaq ölkələr

  • AB üzvü ölkələr
  • AB üzvü olmayan proqram ölkələri (Norveç, İslandiya, Lixtenşteyn, İsveçrə, Makedoniya və Türkiyə)
  • Üçüncü ölkələr (Albaniya, Bosniya və Herseqovina, Kosovo, Çernoqoriya Respublikası, Serbiya, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Rusiya Federasiyası, Əlcəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin, Suriya və Tunis)

Kredit mübadiləsi
Azərbaycan Universiteti "Erasmus+" proqramı çərçivəsində aşağdakı universitetlər ilə kredit mübadiləsini həyata keçirir:

  • Anadolu Universiteti (Türkiyə)
  • Selçuk Universiteti (Türkiyə)
  • Koblenz Universiteti (Almaniya)
  • Gazi Universiteti (Türkiyə)

ABUNƏ OL

s52s