Fəxrəddin Qurbanlı adına təqaüd

Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən etibarən birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün aylıq məbləği 125 manat təşkil edir.

Şəhid Fəxrəddin Qurbanlı

Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Azərbaycan Universitetinin Sosial iş fakültəsinin məzunudur. 9 aprel 2016-cı il tarixdə hərbi xidmətini yerinə yetirərkən cəbhə xəttinin Tərtər istiqamətində şəhid olub.

1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib.

2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.

2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 9 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhidin medalı Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən ailəsinə təqdim olunub.

2016-cı ildə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı mükafatı” təsis olunub. Mükafat hər il aprel ayında Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara verilir.

Təqaüdçü Ruzigar Şirinov

2016/2017-ci tədris ilində Azərbaycan Universitetinə ən yüksək balla qəbul olmuş tələbə Rüzigar Şirinovdur. Qəbul imtahanlarında 690 bal toplayan Rüzigar Şirinov Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli Maliyyə ixtisası üzrə I kurs tələbəsidir. Rüzigar Şirinov eyni zamanda prezident təqaüdçüsüdür.

ABUNƏ OL

s52s