Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

İxtisasın şifri: 050201
İxtisas qrupu: III
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili
Təcrübə müddəti: 14 həftə
Tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Azərbaycan xalqının XX əsrdə dəfələrlə ağır sınaqlara məruz qalması Azərbaycan dili və ədəbiyyatının qorunması və zirvələrə qaldırılması üçün dərin bilikli və həssas ürəkli yüksək ixtisas sahiblərinin - filoloqların hazırlanmasını tələb edir. Azərbaycan Universitetində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tədrisinə məsul Azərbaycan filologiyası və jurnalistika kafedrası diqqətini məhz bü məqsədin həyata keçirilməsinə yönəldib.

Filologiya ixtisasının mahiyyəti Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, düzgün yazı vərdişlərinə yiyələnən, öz peşə fəaliyyətini təşkil edən, ixtisas səviyyəsini daim artıran, işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, peşə vəzifəsini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirən kadr potensialının yaradılması, güclü tədris intizamının formalaşdırılmasından ibarətdir. Filoloq isə Azərbaycan dilinin tarixinin, ədəbi dilin gözəlliyi və zənginliyini, Azərbaycan mədəniyyətini dil vasitəsilə qoruyub saxlayan mütəxəssisdir.

İxtisası tədris edən Azərbaycan filologiyası və jurnalistika kafedrasına təlim prosesinin yüksək səviyyədə təmin olunması üçün təcrübəli, Azərbaycan elmində müstəsna rolu olan 5 professor, elmlər doktoru; 16 dosent, elmlər namizədi cəlb olunub. Ümumilikdə isə kafedranın müəllimlərinin hər biri öz ixtisas sahəsində dərin elmi biliklərə, zəngin tədqiqatçılıq, pedaqoji və praktiki təcrübəyə malikdirlər.

Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümumtük mədəniyyəti və dünya ədəbiyyatı kontekstində təqdim olunur. Bu, univeristetin məzunlarına gələcəkdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir. Bununla yanaşı, Filoloq müvafiq ixtisas üzrə tədqiqatçı kimi işləməklə yanaşı gələcəkdə Türkoloq və Azərbaycanşünas kimi də fəaliyyət göstərə bilər. Bu məqsədlə tədris planında nəzərdə tutulmuş fənlərdən əlavə humanitar elmin müxtəlif sahələri ilə bağlı kafedranın müəllim və magistrantları üçün nəzərdə tutulmuş elmi seminarlar tədrisin təşkili və kurikulumun inkişafında önəmli rola malikdir.

Tələbələr 4 illik təhsilləri boyunca elmi-tədqiqat təcrübəsi keçmək üçün elmi-tədqiqat müəssisələrinə və ali məktəblərə göndərilir. Təcrübə rəhbəri həmin tələbələrin təşkilatlardakı fəaliyyətinə rəhbərlik edir, tələbələrin təcrübə yerindən mümkün qədər çox faydalanması üçün onları qəbul edən təşkilatlarla danışıqlar aparılır.
Abituriyentlər Azərbaycan Universitetini seçdikləri halda ixtisas üzrə bilikləri sırf ədəbi mütəxəssislərdən öyrənəcək, interaktiv dərslərin iştirakçısı olacaq və Azərbaycan dili və ədəbiyyatı ixtisası mütəxəssinə lazım olan bütün bilik və bacarıqlara sahib olacaqlar.

Tədris olunan başlıca fənlər:

  • Dilçiliyə giriş
  • Ədəbiyyatşünaslığa giriş
  • Azərbaycan dili və nitq mədəniyyəti
  • Müasir Azərbaycan dili-1 (fonetika)
  • Müasir Azərbaycan dili-2 (leksikologiya)
  • Müasir Azərbaycan dili-3 (morfologiya)
  • Müasir Azərbaycan dili-4 (sintaksis)
  • Müasir Azərbaycan dili-5 (Tədqiq tarixi)
  • Müasir Azərbaycan dili-6 (Onomologiya)
  • Azərbaycan şifahi xalq ədəbiyyatı
  • Azərbaycan ədəbiyyatı tarixi – 1 (Qədim dövr)
  • Azərbaycan ədəbiyyatı tarixi – 2 (Orta əsrlər)
  • Azərbaycan ədəbiyyatı tarixi – 3 (XIX əsr)
  • Azərbaycan ədəbiyyatı tarixi – 4 (XX əsr)
  • Azərbaycan ədəbiyyatı tarixi – 5 (Müasir dövr)
  • Ölkə filologiyasına giriş
  • Dünya ədəbiyyatı
  • Qədim türk dili
  • Ədəbiyyat nəzəriyyəsi
  • Ümumi dilçilik
  • Azərbaycan dilinin üslubiyyatı və nitq mədəniyyəti

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s