Humanitar fənlər fakültəsi


Hörmətli ziyarətçi,
Humanitar fənlər fakültəsinin səhifəsinə xoş gəlmişsiniz!

Azərbaycan Universiteti ilə həmyaşıd olan Humanitar fənlər fakültəsi 1991-ci ildən fəaliyyət göstərir. Fakültənin əsas vəzifəsi müvafiq ixtisaslar üzrə tədris prosesinin məqsədyönlü təşkilinin həyata keçirilməsidir. Əsası qoyulduğu gündən müasir dövrün tələblərinə cavab verən peşə vərdişlərinə və intellektual potensiala malik gənc nəslin formalaşmasına səy göstərən fakültə, universitetin sosial həyatında da fəal şəkildə iştirak edir.

Fakültədə 8 professor, 11 dosent, 17 baş müəllim çalışır.

Fakültə tələbələrinin asudə vaxtlarını mənalı keçirmələri üçün hər çür şərait yaradılmışdır. İdman oyunları, bilik yarışmaları onların həyatına əlavə rəng qatır.

"Auditoriya +" layihəsi çərçivəsində bəzi dərslərin Bakı şəhərinin ayrı-ayrı muzeylərində, dini ibadətgahlarda keçirilməsi ənənəvi hal almışdır. Tez-tez ölkənin tanınmış alimləri və tərçüməçiləri ilə görüşlər keçirilir.

Tələbələrin mənəvi və fərdi inkişafı da fakültə heyəti tərəfindən daim diqqət mərkəzində saxlanır.

  • Müxtəlif pedaqoji sahələr üzrə mütəxəssislərin hazırlanması;
  • Müvafiq sahələr üzrə nəzəri və praktiki əsasların tələbələrə aşılanması;
  • Elmi-nəzəri metodologiyaya malik yeni nəsil mütəxəssislərin formalaşdırılması;
  • İnnovativ texnologiyaların istifadəsi istiqamətində bilik və bacarıqların tələbələrə çatdırılması;
  • Təkcə tədris prosesində uğurlar qazanan deyil, yaradıcı, dinamik, milli dəyərlərə sadiq;
  • Peşə etikasına sahiblənmiş gənclərin yetişməsi prosesində davamlılığın təmini fakültənin vəzifələri və öncəlikləri sırasındadır.


Fakültə aşağıdakı ixtisaslar üzrə kadr hazırlayır:

Fakültənin tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:

Fakültənin tərkibi
Səfər Əhməd oğlu Məmmədov - Dekan
Günay Arif qızı İsmayılova - Dekan müavini
Aytən İdris qızı Cəfərova - Dekan köməkçisi

Fakültə ilə əlaqə
Azərbaycan Universiteti, II tədris binası
Azərbaycan Respublikası
Bakı şəhəri, Nəsimi rayonu
Seyid Cəfər Pişəvəri küçəsi-36
Tel: (+99412) 431 48 76

ABUNƏ OL

s52s