İctimai elmlər kafedrası

Azərbaycan Universitetində İctimai elmlər kafedrası 1992-ci ildə prof S. Xəlilovun rəhbərlik etdiyi “Fəlsəfə” və prof. J. Babayevin rəhbərlik etdiyi “Tarix” kafedrası kimi fəaliyyətə başlayıb. 1993-cü ildə bu iki kafedra birləşərək Əhməd Musayevin rəhbərliyi ilə professorlar Camal Mustafayev, Əbdül Əlizadə, Zeynəddin Hacıyev kimi görkəmli elm xadimlərinin çalışdığı “Beynəlxalq münasibətlər və ictimai elmlər” kafedrası kimi fəaliyyət göstərib. 1994-cü ildə kafedranın adi dəyişdirilərək “Beynəlxalq münasibətlər və ölkəşünaslıq” adlandırılıb və prof. Tofiq Mustafazadə kaferda müdiri təyin edilib.

1998-2001- ci illər ərzində kafedra “İctimai elmlər” adı altında, 2001-ci ildən 2004-ci ilə qədər “Fəlsəfə və sosial siyasi fənlər kafedrası” (kafedra müdiri-prof. Səlahəddin Xəlilov) adı ilə fəaliyyət göstərib. 2005- ci ildən “Tarix kafedrası”, “Beynəlxalq münasibətlər və ölkəşünaslıq” kafedrası ilə birləşdirilib. Yeni yaranmış “Beynəlxalq münasibətlər və Tarix” kafedrasına prof. Həsən Əlibəyli müdir təyin olunub.

Fəaliyyəti dövründə Respublikanın görkəmli alimlərinin çoxu kafedra heyətinin tərkibində yer alıb yaxud əməkdaşlıq edib, öz elmi – pedaqoji fəaliyyətləri ilə kafedranın nüfuzuna böyük töhfələr veriblər.

Hazırda kafedra “İctimai elmlər kafedrası” adlanaraq öz fəaliyyətini f.ü.f.d, dosent Yaşar Əhmədovun rəhbərliyi ilə 44 nəfər professor və müəllim heyəti ilə daha da genişləndirərək universitetin aparıcı kafedralarından birinə çevrilib. Kafedranın professor və müəllim heyəti təlim və tədris prosesinin səmərəli təşkilində yaxından iştirak etməklə yanaşı elmi-tədqiqat işlərini genişləndirir, universitetin ictimai həyatında fəal iştrak edir.

Kafedranın tərkibindəki ixtisaslar

  • Tarix müəllimliyi
  • Tarix

Kafedranın heyəti

  • Yaşar Paşa oğlu Əhmədov - Kafedra müdiri
  • Vasif Vaqif oğlu Qafarov - Dosent
  • Aybəniz Cahid qızı Quliyeva - Baş müəllim
  • Cabbar Yunis oğlu Mahmudov - Baş müəllim
  • Lalə Əsgər qızı Babayeva - Baş müəllim
  • Salman Ərzuman oğlu İbişov - Müəllim
  • Rəşad Əliağa oğlu Abaslı - Müəllim
  • Məhəmməd Məcnun oğlu Əliyev - Müəllim
  • Qadir Bilman oğlu Səfərov - Müəllim
  • Qabil Əli oğlu Əliyev - Professor
  • Anar Camal oğlu İsgəndərov - Professor
  • Rüxsarə Bəxtiyar qızı Quliyeva - Müəllim
  • Fazil Xəlil oğlu Rüstəmov - Müəllim
  • Rəna Bəylər qızı Əsədova - Müəllim
  • Məmmədağa Ələkbər oğlu Baxışov - Dosent
  • Vəfa Şamil qızı Əhmədova - Müəllim
  • Qurban Heydər oğlu Məmmədov - Müəllim
  • Rəna Hümbət qızı Mahmudova - Müəllim
  • Qərənfil Əziz qızı Bədirova - Laborant

Kafedra tərəfindən tədris olunan fənlərin qısa təsvirini BURADAN görə bilərsiniz.

ABUNƏ OL

s52s