İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi

Şöbə ictimaiyyətlə universitet, müxtəlif təşkilat və qurumlar, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında qarşılıqlı və səmərəli əlaqələrin qurulması məqsədiylə fəaliyyət göstərir. Şöbə bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələri icra edir:

  • Universitetin fəaliyyətinə dair ictimai fikri öyrənir.
  • Universitetin fəaliyyəti, inkişaf strategiyası haqqında ictimaiyyəti davamlı olaraq informasiya ilə təmin edir.
  • Universitetin veb səhifəsini idarə edir, düzgün və dolğun informasiya ilə təmin edir.
  • Sosial şəbəkələrdə Universitetin səhifələrini yaradır, həmin səhifələri idarə edir və informasiya ilə təmin edir.
  • Universitetin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edir.
  • Universitetin fəaliyyəti ilə bağlı müxtəlif səpkili təqdimat mərasimi və tədbirlərin keçirilməsini təmin edir.
  • Universitetin fəaliyyətinə dair video materialların, filmlərin, reklam çarxlarının, banerlərinin hazırlanmasını və onların yayılmasını təmin edir.
  • Mətbuat konfransları keçirir.
  • Universitetin fəaliyyəti və inkişaf strategiyasına dair yeniliklərin ictimaiyyətin diqqətinə çatdırılması məqsədiylə press-relizləri hazırlayır və yayılmasını təmin edir.
  • Kütləvi informasiya vasitələrinin monitorinqini aparır.
  • "İpək yolu" adlı elmi məqalələr toplusunun çapa hazırlanması və çapını təmin edir.
  • Fənn proqramları, metodiki vəsait və dərsliklərin çapa hazırlanması və çap olunmasını təmin edir.

Şöbənin tərkibi
Venera Ramiz qızı Şərifzadə - Şöbə müdiri
Lalə Tofiq qızı Dilənova - Mütəxəssis
Ayşən Faxrəddin qızı Hüseynova - Korrektor
Şəhadət Fahir oğlu Yusifov - Mühəndis

Əlaqə telefonu: (+99412) 431 41 12 (136)

ABUNƏ OL

s52s