İlk özəl Universitet

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti (AU) tərəfindən qoyulub. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə prof. Səlahəddin Xəlilov tərəfindən təsis olunub.

  • Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov 1991-ci ildən 2007-ci ilə qədər;
  • İqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev 2007-ci ildən 2011-ci ilədək;
  • Yazıçı-dramaturq, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Qəhrəmanlı 2011-2012-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini icra edib.
  • 1 may 2012-ci il tarixindən 28 yanvar 2015-ci il tarixədək Azərbaycan Universitetinin rektoru Azərbaycan Respublikası Milli Məclisinin II çağırış millət vəkili, iqtisad elmləri namizədi Eldar Qəhrəmanov olub.
  • 28 yanvar 2015-ci il tarixindən 13 mart 2017-ci il tarixinə qədər Azərbaycan Universitetinin rektoru vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov icra edib.
  • 13 mart 2017-ci tarixindən isə Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin olunub.

Azərbaycan Universitetində təhsil “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”, digər normativ-hüquqi və normativ xarakterli aktlarla tənzimlənir. Universitet öz məzunlarına diplom vermək və dövlət ali məktəblərinə şamil edilən bütün güzəştlərə, o cümlədən hərbi xidmətdən möhlət hüququna malikdir.

2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərən universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır. Azərbaycan Universitetinin 1995-2016-cı illər ərzində 3200 bakalavriat, 1999-2016-cı illər ərzində 381 magistratura məzunu olub.

Azərbaycan Universitetində 4 fakültə fəaliyyət göstərir, 170 müəllim çalışır. Elmi-pedaqoji heyətdən 1 nəfəri AMEA-nın müxbir üzvü; 13 nəfəri elmlər doktoru, professor; 20 nəfəri dosent; 51 nəfəri isə elmlər namizədidir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə həmyaşıd olan Azərbaycan Universiteti fəaliyyət göstərdiyi müddət ərzində böyük inkişaf yolu keçib, zəngin elmi-pedaqoji təcrübəyə malik peşəkarlar, qərb təhsilli tədqiqatçı-alimlər, tanınmış professorlardan ibarət yüksək ixtisaslı heyət formalaşdırılıb. Tədris proqramlarının formalaşdırılmasında dünyadakı qabaqcıl təcrübədən istifadə olunub.

Başlıca məqsədimiz tələbələrimizə keyfiyyətli təhsil vermək, daim yeniləşən, sürətlə inkişaf edən ölkəmiz üçün modern dünyanın tələbləri ilə səsləşən kadrlar hazırlamaqdır. Bununla yanaşı onların hərtərəfli inkişafı, şəxsiyyət kimi təkmilləşmələri və milli ruhda yetişmələri də bizim üçün əhəmiyyətlidir.

AU-da tədris Azərbaycan və ingilis dillərində aparılır. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün birinci tədris ilində xüsusi dil hazırlığı proqramı tətbiq olunur. Bir il müddətində ingilis dili hazırlığı keçmək məzunlarımızın əmək bazarında manevr imkanlarını artırır və işə götürənlər tərəfindən müsbət amil kimi qiymətləndirilir.

Biz inanırıq ki, beynəlxalq təcrübə, elm ocaqları və başqa mədəniyyətlər ilə qaynayıb qarışma prosesi təhsilin mühüm tərkib hissəsidir. Bu səbəblə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə, mübadilə proqramlarında iştiraka xüsusi diqqət ayrılır. Azərbaycan Universitetinin bütün tələbələrinin, həmçinin akademik heyətin mübadilə proqramları vasitəsi ilə beynəlxalq təcrübəyə yiyələnmək imkanları var.

Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir. Qeyd olunan proqramlar çərçivəsində AU-nun pedaqoji heyət və tələbələri tərəfdaş universitetlərdə tədris prosesində iştirak edir, kredit mübadiləsi həyata keçirilir.

Xarici universitetlərdən gələn qonaq mühazirəçi və mütəxəssislər tələbələrimizin dünya görüşünün zənginləşməsinə müsbət təsir göstərir.

Karyera Mərkəzi və Tələbə Gənclər Təşkilatının səyləri ilə gərək sosial aktivliyin artırılması və fərdi inkişaf, gərəksə də iş dünyası ilə tanışlıq və məşğulluq problemlərinin həlli istiqamətində aparılan işlər və maarifləndirmə tədbirləri gələcəkdə kadr rəqabətində önə çıxmağa şərait yaradır.

Öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramları tətbiq edən Azərbaycan Universiteti sosial məsuliyyəti bölüşən elm və təhsil müəssisəsi olduğunu da sübut edir.

Bütün bunlarla bağlı daha ətraflı məlumatı saytımızın müvafiq bölmələrində tapa biləcəksiniz.

Sizləri Azərbaycan Universitetinin veb səhifəsində salamlamaqdan böyük məmnunluq duyuruq!

olgun porno

ABUNƏ OL

s52s