İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi

Xoş gəlmişsiniz!

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin səhifəsinə xoş gəlmişsiniz! Siz burada fakültəmiz, tədris etdiyimiz ixtisaslar və fənlər, fakültəmizin nəzdində fəaliyyət göstərən laboratoriyalar və akademik heyətimiz ilə tanış olacaqsınız.

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi 2016-cı ildə fəaliyyətə başlayıb. Fakültənin qarşısında duran əsas vəzifələr xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi; sənaye - xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi; elektronik laboratoriyanın fəaliyyətinin təşkili; tələbələrin İT layihələrinə cəlb olunmasıdır.

İnformasiya - kommunikasiya texnologiyaları fakültəsi Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə kadr hazırlayır.

Fakültənin tərkibindəki ixtisaslar

Bu ixtisaslar üzrə təhsil alan tələbələrin müasir dövrün tələblərinə uyğun olaraq kompüter texnologiyalarına yiyələnmələri, kompüter texnologiyası və proqram vasitələrinin inkişafı istiqamətlərinin və səviyyəsinin müasir vəziyyətindən xəbərdar olmaları, iqtisadi və riyazi məsələlərin həllinin avtomatlaşdırılmasının əsaslarına yiyələnmələri kimi istiqamətlərə xüsusi diqqət yetirilir. Tədrisin müasir təlim metodları ilə təşkili məqsədiylə Azərbaycan Universitetinin bütün tədris binalarında İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin nəzdində kompüter laboratoriyaları fəaliyyət göstərir. Kompüterlər son nəsil prosessorlu, original yığılma, LCD monitorlarla və digər zəruri texniki avadanlıqlarla təhciz olunub. Bütün kompüterlərdə Təhsil Nazirliyinin standartlarına və tədris olunan fənlərin tələbətına uyğun proqram təminatları quraşdırılıb. “Azərbaycanda ECDL milli operator və test mərkəzlərinin yaradılması” (E-NOTES) Tempus layihəsi çərçivəsində fəaliyyətə başlayan ECDL Təlim Mərkəzi, İnformasiya texnologiyaları klubu da fakültənin nəzdindədir.

Fakültənin heyəti
Fakültənin müəllimləri Azərbaycan, Türkiyə, Rusiya və Qərb ölkələrinin aparıcı universitetlərinin məzunlarıdır, müxtəlif xarici elm mərkəzlərində çalışmış və fəaliyyət göstərmişlər.

  • Asif Fərman oğlu Paşayev - Dekan
  • Qabil Əkbər oğlu Əliyev - Dekan müavini
  • Fatimə Məmməd qızı Məhərrəmova - Dekan köməkçisi
  • Teymur Məmmədəli oğlu Abbasov - Dosent
  • Rasim Həmid oğlu Şirinov - Dosent
  • Məhəmməd Kamal oğlu Hacıyev - Dosent
  • Bəhrəm Bəhlul oğlu Əzizov - Baş müəllim
  • Mahir Qazax oğlu Mehdiyev - Baş müəllim
  • Nigar Faiq qızı Qafarova - Baş müəllim
  • Nurdan Ağasalam qızı Ağayeva - Baş müəllim
  • Vahid Aydın oğlu Qasımov - Baş müəllim
  • Gülüş Vəli qızı Mustafayeva - Müəllim
  • Aygün İsfahan qızı Ağamalıyeva - Müəllim
  • Aygün Əliağa qızı Quliyeva - Müəllim
  • Fuad Cavanşir oğlu Əzizov - Müəllim
  • Əbilhəsən Yarbala oğlu Əzizov - Müəllim
  • Əkbər Bayram oğlu Əliyev - Professor
  • Aqil Xanməmməd oğlu Xanməmmədov - Professor
  • Hidayət Məhəmməd oğlu Hüseynov - Professor
  • Hüsniyyə Tapdıq qızı Paşayeva - Müəllim
  • Rəvanə İskəndər qızı Davudova - Dosent
  • Elnur Həsən oğlu Xəlilov - Dosent
  • Nüsrət Qüdrət oğlu Sadıqov - Müəllim
  • Sədaqət İbrahim qızı Həsənova - Müəllim
  • Gündüz Sədrəddin oğlu Mirzəbəyli - Müəllim
  • Mahir Fərrux oğlu Mirzəyev - Müəllim

Fakültə tərəfindən tədris olunan fənlərin təsvirini BURADAN görə bilərsiniz.

Fakültə ilə əlaqə
Azərbaycan Universiteti, I tədris binası
Azərbaycan Respublikası, Bakı şəhəri
Nəsimi rayonu, Tbilisi prospekti-72
Tel: (+99412) 431 41 12 (daxili 122)

ABUNƏ OL

s52s