İnsan resursları şöbəsi

İnsan resursları şöbəsinin fəaliyyətinin əsas məqsədi universiteti peşəkar kadrlarla təmin etmək, əməkdaşların bilik, bacarıq və peşə hazırlığı səviyyəsinin inkişafını təmin etmək, kollektivin motivasiyası və məhsuldarlığının artırılması, komanda ruhunun yaradılması, saxlanması və yaxşlılaşdırılmasına nail olmaqdır. Şöbə, bunun üçün aşağıdakı vəzifələri icra edir:

  • Kadrların say və keyfiyyət tərkibini, onların inkişaf və hərəkətini əks etdirən məlumat bazasını yaradır və daima yenilənməsini təmin edir.
  • İşçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, intizam tənbehinin verilməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsini həyata keçirir.
  • Əmək kitabçalarının qəbulu, doldurulması, saxlanılması və əmək stajının hesablanmasını təmin edir.
  • Universitetin təşkilati strukturunu və əmək haqqı cədvəlini hazırlayir.
  • Universitetin struktur bölmələrində əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili intizam qaydalarının riayət edilməsinə nəzarət edir.
  • İşçilərin işə qəbul, başqa vəzifəyə təyin edilmə, azad olunma və əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayət və ərizələrinə baxılmasında iştirak edir.
  • İşçilərin şikayətlərini yaradan səbəbləri araşdırır və onların aradan qaldırılması üzrə Elmi Şuraya təkliflərini təqdim edir.
  • İşçilərin attestasiyasının keçirilməsini təşkil edir, attestasiya nəticələrinin təhlilində iştirak edir və attestasiya komissiyasının qərarlarının həyata keçirilməsi üçün tədbirlər hazırlayır.
  • Kadrların seçilməsi, onların göstərilən vəzifələrə təyin edilməsi üçün müvafiq təkliflər təqdim edir, işə qəbul olunma haqqında əmrlərin və digər tələb olunan zəruri sənədlərin rəsmiləşdirilməsini təmin edir.
  • Təşkilatın struktur bölmələrində işçilərin düzgün yerləşdirilməsinə və onların əməyinin istifadə olunmasına nəzarət edir.
  • İşçilərin vaxtlı-vaxtında əmək məzuniyyəti ilə təmin edilməsinə nəzarət edir və məzuniyyətlərin rəsmiləşdirilməsini təmin edir.
  • Ezamiyyələri rəsmiləşdirir.
  • Qanunvericiliyin tələblərinə müvafiq qaydada kadr uçotunu təşkil edir.
  • Əmək kitabçalarında vaxtlı-vaxtında müvafiq qeydlər (yazılar) aparır.
  • Pensiyaların təyin olunması üçün zəruri sənədləri hazırlayır; iş stajının uçotunu aparır.
  • Əməkdaşlar haqqında olan bütün məlumatları 1C proqramına daxil edir.
  • Əməkdaşları elektron informasiya sistemində qeydiyyatdan keçirir.
  • Bütün əməkdaşların icbari sığorta olunmasını həyata keçirir.

Şöbənin tərkibi
1. Əfəndiyeva Kəmalə Əkrəm qızı –Şöbə müdiri
2. Kaynardağ Aytən Oqtay qızı – İnspektor

Əlaqə telefonu: (+99412) 431 41 12 (daxili 116)

ABUNƏ OL

s52s