İpək yolu elmi məqalələr jurnalı

Azərbaycan Universitetinin "İpək yolu" elmi məqalələr jurnalında elmin bütün sahələri üzrə məqalələr dərc olunur. Beynəlxalq, elmi, ictimai-siyasi və çoxprofilli “İpək yolu” jurnalı rübdə bir dəfə nəşr edilir. Müxtəlif ölkələrin alimləri redaksiya heyətinin üzvüdür.

“İpək yolu” jurnalına Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr aşağıdakı şərtlərlə qəbul olunur:

  • Məqalələrdə müəllif(lər)in adı, soyadı, işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı və əlaqə nömrələri göstərilməlidir.
  • Məqalənin həcmi 20 səhifəyə qədər, Word proqramında,1,5 aralıq, Times New Roman şrifti ilə, 14 pt hündürlüyündə olmalıdır.
  • Məqalənin əvvəlində mövzunun aktuallığı əsaslandırılmalı, sonunda isə işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
  • Məqalədə açar sözlər (3-5 söz), başlıqdan sonra qara hərflərlə qeyd olunmalı, xülasələrə də tərcümə olunaraq əlavə edilməlidir.
  • Məqalə rəy ilə birlikdə CD-də redaksiyaya təqdim edilməlidir.
  • Azərbaycan və türk dillərində yazılan məqalələrin ingilis və rus, ingilis dilində yazılan məqalələrin Azərbaycan və rus, rus dilində yazılan məqalələrin isə Azərbaycan və ingilis dillərində xülasələri də yazı ilə birlikdə göndərilməlidir. Xülasələr minimum 500 simvol olmalıdır. Xülasədə məqalənin qısa məzmunu, məqsədi və nəticə yer almalıdır. Bundan başqa xülasələrdə müəllif(lər)in adı, titulları və məqalənin adı da göstərilməlidir.
  • İstifadə olunan ədəbiyyat məqalənin sonunda yer almalı və iqtibaslar məqalənin içərisində [1,səh-342], [2,səh-78] və s. şəklində göstərilməlidir.
  • İstifadə olunan ədəbiyyat iqtibas olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir;
  • İnternetdən (saytlardan) istifadə olunmuşsa ədəbiyyat siyahısının sonunda, link tam şəkildə, götürüldüyü tarixlə birgə yer almalıdır.

Ədəbiyyat (Nümunə üçün):
1. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə iqtisadi inkişafı dövlət Proqramı// “İqtisadiyyat” qəzeti. 29 aprel - 5 may 2009 - cu il.
2. Azərbaycan tarixi: 7 cilddə, iv c., Bakı: “Elm”, 2000, 456 s.
3. Həbibov İ. Romantik lirikanın imkanları, Bakı: “Yazıçı”, 1984, 167 s.
4. http://palm.newsru.com/finance/11mar2009/defolt.html - 11 mart 2009, 19:00.

  • Jurnala göndəriləcək məqalələr başqa yerdə yayımlanmamış və ya yayım üçün təqdim edilməmiş olmalıdır.
  • Məqalənin yayımlanmasına müvafiq (o cümlədən anonim) rəylər alındıqdan sonra jurnalın redaksiya heyəti qərar verir.

Məqalələrin göndəriləcəyi ünvan:
"İpək Yolu" jurnalının redaksiyası
Azərbaycan Universiteti, I tədris binası

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti-72
Tel: (+99412) 431 41 12 (daxili 136)

ABUNƏ OL

s52s