İqtisadiyyat

İxtisasın şifri: 050404
İxtisas qrupu: II
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili
Təcrübə müddəti: 6 həftə
Tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Qloballaşma şəraitində sürətlə dəyişən və inkişaf edən dünyada informasiya gerçəkliyini göz önündə tutaraq sağlam düşüncə ilə iqtisadi göstəriciləri təhlil edə bilən, düzgün proqnozlaşdıraraq doğru qərarlar verə bilən, iqtisadi hadisələrə uyğun iqtisadi siyasət həyata keçirə bilən, araşdırma bacarığına sahib olan, müasir çağın tələblərinə cavab verə biləcək ölçüdə bilik və vərdişlərə sahib olan iqtisadçılar hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alan Azərbaycan Universitetində həm paytaxt, həm də regionlar üçün bu sahə üzrə peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.

Azərbaycan Universitetində İqtisadiyyat ixtisasının tədrisi Biznes və iqtisadiyyat fakültəsi tərəfindən aparılır. Tədris prosesi mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş və s. formalarda həyata keçirilir. Tələbələr həmçinin istehsalat təcrübəsi keçirlər ki, müxtəlif dövlət və bələdiyyə müəssisələri, özəl təşkilat və müəssisələrdə yüksək səviyyədə təşkil olunur.

İqtisadiyyat ixtisası, bank, maliyyə, biznes, sahibkarlıq, statistika, sığorta, birja, gömrük və s. sahələrdə təməl iqtisadi biliklər verir. Məzunlar sözügedən sahələrlə bağlı özəl və dövlət sektorlarında işlə təmin oluna və mövqe tuta bilərlər. 2006-cı ildən başlayaraq Azərbaycan Universitetinin Boloniya bəyannaməsinin tələbələri əsasında fəaliyyət göstərməsi - kredit tədris sisteminə keçid diplomların xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir.

Azərbaycan Universitetinin bu ixtisas üzrə məzunları müxtəlif iri firma və müəssisələr, xarici təşkilatlar, maliyyə, bank və bank olmayan kredit təşkilatları, nazirlik və komitələr, mərkəzi və yerli icra orqanları, bələdiyyə strukturları, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışırlar. Əksəriyyəti həm Azərbaycan Universitetinin, həm də ölkədə fəaliyyət göstərən digər aparıcı universitetilərin magistratura pilləsində təhsillərini davam etdirirlər.

Tədris olunan başlıca fənlər:

  • İqtisadiyyata giriş
  • Makroiqtisadiyyat
  • Mikroiqtisadiyyat
  • Dünya iqtisadiyyatı
  • Azərbaycan iqtisadiyyatı
  • Mühasibat uçotu
  • Audit
  • Bank işi
  • Ətraf mühitin iqtisadiyyatı
  • Firmanın iqtisadiyyatı
  • Aqrar iqtisadiyyat
  • Sosial sahələrin iqtisadiyyatı
  • Ekonometrika
  • Statistika
  • Maliyyə
  • İşgüzar yazışmalar
  • İqtisadi hüquq

İqtisadiyyat ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s