Karyera təlimləri


Azərbaycan Universiteti Karyera Mərkəzi tərəfindən tələbələrin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək, onların iş dünyasına hazırlamaq məqsədiylə müxtəlif kurs və təlimlər, iş imkanlarının araşdırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçirilir, şirkətlərə turlar təşkil edilir.

Təlim və tədbirlər əsasən aşağıdakı sahələri əhatə edir:

  • Ərizə formaları, CV və motivasiya məktublarının hazırlanması
  • Kollektiv iş metodları
  • İdarəetmə psixologiyası
  • Şirkət mədəniyyəti və iş etikası
  • Vaxtın idarə edilməsi
  • Dövlət qulluğu imtahanlarına hazırlıq
  • İş imtahanlarına hazırlıq
  • İşə qəbul və müsahibə qaydaları
  • ABŞ və Avropa ölkələrində təqaüdlü təhsil imkanları
  • Şirkətlərin təqdimatı
  • Şirkətlərə infoturlar
  • Yay tətili zamanı iş imkanları
  • Karyera günləri (İş və əmək yarmarkaları)

Tələbələr həmçinin təhsil aldıqları dövrdə Azərbaycan Universitetinin tərəfdaşları ilə sıx əlaqələrindən faydalanaraq karyeralarını daha uğurlu qurmaq imkanı qazanırlar. Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK), Auditorlar Palatası, Bank Tədris Mərkəzi, Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB) və s. kimi qurum və müxtəlif şirkətlərlə imzalanan əməkdaşlıq müqavilələri ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən, rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmağa istiqamətlənib. Qarşılıqlı əməkdaşlıqlar mütəxəssis hazırlığına dəstək verilməsi, tələbələrin istehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin edilməsinə kömək göstərilməsi və bənzəri layihələrin həyata keçirilməsini əhatə edir.

Keçirilmiş karyera tədbirləri

  • “Liderlik və motivasiya” mövzusunda təlim
  • “Fərdi inkişaf- Self development” mövzusunda təlim
  • “Zamanın idarə olunması və müvəffəqiyyətli karyera” mövzusunda təlim
  • “İş həyatında uğurun yazılmayan səbəbləri” mövzusunda təlim
  • “Karyera planlaması” mövzusunda təlim
  • FireWorks HRM tərəfindən “Karyera qurulması” mövzusunda “workshop”
  • Karyera Günü (Əmək yarmarkası)
  • “Audit, onun növləri və məqsədi” mövzusunda təlim
  • “Qeyri-maddi aktivlər" (Intangible Assets) mövzusunda təlim
  • “Ünsiyyət və prezentasiya - Qorxuya Yox” mövzusunda təlim
  • “InvestAZ” şirkətinə infotur
  • Bakcell şirkətinin əməkdaşları tərəfindən “Smart Start” təcrübə proqramının təqdimatı
  • “Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlim
  • "PR Məktəbi" adlı 3 günlük təlim
  • "ABŞ-da təqaüdlü təhsil imkanları"
  • FireWorks HRM tərəfindən “Karyera inkişafı” adlı təlim
  • Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) “Tələbə üzvlüyü” proqramının təqdimatı

ABUNƏ OL

s52s