Kompüter elmləri

İxtisasın şifri: 050509
Tədrisin dili: Azərbaycan dili
İxtisas qrupu: I
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Təcrübə müddəti: 14 həftə
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Kompüterin yaradılması insanın ən böyük elmi nailiyyətlərdən biridir. Günümüzdə kompütersiz həyat və fəaliyyəti düşünmək imkansızdır. Başlanğıcda riyazi hesablama proseslərinin sürətləndirilməsi və avtomatlaşdırılması üçün istifadə olunan elektron hesablama maşınları hazırda həyatın bütün sahələrinə tətbiq olunur. Bütün bunlar kompüter texnikasının tətbiqi ilə bağlı prosesləri idarə edən və onların geniş imkanlarını tətbiq etməyi bacaran mütəxəssis və ixtisaslara böyük tələbat yaradır. Belə ixtisaslardan biri də Kompüter elmləridir.

Azərbaycan Universitetində bu ixtisas Riyaziyyat və informatika kafedrası tərəfindən tədris olunur. İxtisas üzrə peşəkar kadrların hazırlanması üçün kafedraya Azərbaycan, Rusiya, Türkiyə və Qərb ölkələrinin aparıcı universitetlərinin məzunları, müxtəlif xarici elm mərkəzlərində çalışmış və fəaliyyət göstərmiş mütəxəssislər cəlb olunub.
Kafedra tərəfindən proqram təminatı, informasiya texnologiyaları və intellektual sistemlərin işlənməsi istiqamətində elmləri özündə birləşdirən Kompüter elmləri ixtisasının tədrisi prosesində bu sahədə işləyən mütəxəssisə lazım olan bütün bilik, bacarıq və vərdişlərin aşılanmasına xüsusi diqqət yetirilir.

Azərbaycan Universitetində ixtisas üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması üçün ən müasir infrastruktur mövcuddur, müasir proqram təminatları ilə təchiz olunmuş kompüter laboratoriyaları fəaliyyət göstərir. Bütün kompüterlərdə Təhsil Nazirliyinin standartlarına və tədris olunan fənlərin tələbətına uyğun proqram təminatları quraşdırılıb.
I tədris korpusunda hər birində 24 kompüter olmaqla 4 laboratoriya və hər birində 18 kompüter olmaqla 2 laboratoriya;
II tədris korpusinda isə hər birində 12 kompüter olmaqla 3 laboratoriya var.
Ümumilikdə 9 laboratoriyada 138 kompüter quraşdırılıb, laboratoriyalar müəllimlər üçün notebook və proyektorlarla təhciz olunub. Bütün kompüterlər vahid şəbəkəyə bağlıdır və İnternetə çıxışla təmin olunub.

Tələbələr 4 illik təhsilləri boyunca qazandıqları nəzəri bilik və bacarıqları praktikada tətbiqi üçün kompüter sistemlərindən aktiv istifadə edən bir çox dövlət və kommersiya şirkətlərinə müqavilə əsasında istehsalat təcrübəsinə göndərilir.
Həm Azərbaycanda, həm də xarici ölkələrdə tələb olunan prioritet ixtisaslardan olan Kompüter elmləri ixtisası üzrə hazırlanan mütəxəssislər müasir informasiya texnologiyaları, proqram təminatı, aparat sistemləri üzrə bilik və bacarıqlarını ölkənin istənilən müəssisə və təşkilatlarında istifadə edə bilər. Məzunların yiyələndikləri alqoritmik mühakimə yürütmək, məlumatların düzgün proqramlaşdırma və layihələndirmə bacarıqları istənilən sahədə gərəkli keyfiyyətlərdir. Bu ixtisasının əsas keyfiyyət göstəricisi olan sistem yanaşma istənilən mürəkkəb vəziyyətdən uğurla çıxış yolu tapmağa imkan verir.
Bu ixtisas üzrə təhsilini başa vuran tələbələr İT mütəxəssis, analitik-proqramçı, riyaziyyat müəllimi, proqramçı, tətbiqi sistemlər administratoru, mühəndis-riyaziyyatçı, məlumat bazası layihəçisi, riyazi modelləşmə mütəxəssisi kimi fəaliyyət göstərirlər.

Tədris olunan başlıca fənlər:

  • Riyazi analiz
  • Fizika
  • Cəbr
  • Analitik həndəsə
  • İnformatika (Kompüterdə praktika daxil olmaqla)
  • Alqoritmik dillər (Kompüterdə praktika daxil olmaqla)
  • Optimallaşdırma üsulları
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • Alqoritmlər nəzəriyyəsi
  • Kompüterin arxitekturası və əməliyyatlar sistemi
  • Qraflar nəzəriyyəsi
  • Veb texnologiya
  • Müasir proqramlaşdırma dilləri
  • Alqoritmin analizi və hazırlanma üsulları
  • Diskret riyaziyyat və riyazi məntiq
  • Diferensial tənliklər
  • Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi

Kompüter elmləri ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s