Korporativ Sosial Məsuliyyət

Azərbaycan Universiteti ənənəvi fəaliyyəti ilə yanaşı korporativ sosial məsuliyyət (KSM) missiyasını da yerinə yetirir. Azərbaycan Universitetinin korporativ sosial məsuliyyət fəaliyyəti onun missiya və dəyərləri ilə sıx bağlıdır və cəmiyyətin inkişafına yönələn layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Bu fəaliyyət digər ali təhsil müəssisələri arasında KSM mədəniyyətini təbliğ və təşviq etməklə bütövlükdə təhsil sisteminə olan etimadın yüksəldilməsini hədəfləyir.

Bu missiya çərçivəsində “Azərbaycan Universiteti Korporativ Sosial Məsuliyyətini dərk edir” layihəsinə start verilib. Layihə Azərbaycan Universitetinin Sosial iş fakültəsi tərəfindən hazırlanıb. Fakültə layihənin icrası prosesində UAFA (Azərbaycana Birgə Yardım Təşkilatı) ilə əməkdaşlıq edir.

Layihənin məqsədi fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

16 fevral 2017-ci il tarixində başlayan layihə 30 iyun 2018-ci il tarixində yekunlaşacaq.

"Azərbaycan Universiteti Korporativ Sosial Məsuliyyətini dərk edir" layihəsi

ABUNƏ OL

s52s