Layihələr

“Avropaşünaslıq ixtisası sahəsində kurikulumun təkmilləşdirilməsi” (CURDEUS) Tempus layihəsi (Layihənin qeydiyyat nömrəsi: 517326-TEMPUS-1-2011-1-AZ-TEMPUS-JPCR)

Layihənin müddəti: Oktyabr 2012 – Oktyabr 2015 (36 ay)
Layihənin koordinator universiteti: Xəzər Universiteti
Tərəfdaş universitet və müəssisələr: Leyden Universiteti (Niderland), Lodz Sosial Elmlər Universiteti (Polşa), Lusofon Humanitar və Texnologiya Universiteti (Portuqaliya), Cenoa Universiteti (İtaliya), Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Baku Slavyan Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi

Layihənin məqsədləri aşağıdakılardır:

  • Azərbaycandakı universitetlərin istifadəsi üçün Avropaşünaslıq ixtisası sahəsində mövcud kurikulumun təkmilləşdirilməsi və eyni zamanda Avropa standartlarına uyğun yeni kurikulumun tərtib edilməsi;
  • Avropaşünaslıq ixtisası sahəsində peşəkar akademik bacarıqların əhəmiyyətli dərəcədə təkmilləşdirlməsi üçün yeni kurikulumun inkişaf etdirilməsi;
  • Avropaşünaslıq ixtisası sahəsində resurs mərkəzi və “think-tank” kimi fəaliyyət göstərəcək Avropaşünaslıq Mərkəzinin yaradılması (Xəzər Universitetinin nəzdində);
  • Bütövlükdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Avropaşünaslıq ixtisası sahəsində gələcək əməkdaşlığı asanlaşdırmaq və təşviq etmək üçün bu sahədə maraqlı müəssisələrlə Avropaşünaslıq ixtisası sahəsində dual və ya müştərək dərəcə proqramlarının işlənib hazırlanması.

“Azərbaycanda ECDL milli operator və test mərkəzlərinin yaradılması” (E-NOTES) Tempus layihəsi (Layihənin qeydiyyat nömrəsi: 530340- TEMPUS-1-2012-1-AZ-TEMPUS-JPHES)

E-NOTES layihəsi vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişafı, bununla da milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində ölkədə beynəlxalq standartın tətbiqi hədəflənmişdir.

Layihənin müddəti: Oktyabr 2012 – Oktyabr 2015 (36 ay)
Layihənin koordinator universiteti: Qafqaz Universiteti
Tərəfdaş universitet və müəssisələr: Alikante Universiteti (İspaniya), Kral Texnologiya İnstitutu (İsveç), İnformasiya Sistemləri İdarəetmə İnstitutu (Latviya), İnformasiya Texnologiyaları İnstitutu (Litva), Bydgoszcz Texnologiya və Həyat Elmləri Universiteti (Polşa), Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm Institutu , Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi

Layihənin məqsədləri aşağıdakılardır:

  • Tərəfdaş universitetlərdə ECDL tədris mərkəzlərinin yaradılması;
  • Tərəfdaş universitetlərdə test mərkəzlərinin və milli operatorun potensialının artırılması;
  • Tərəfdaş universitetlərdən seçilmiş təlimçilərə təlim keçilməsi;
  • Azərbaycan dilində dərsliklərin və tədris vəsaitlərinin hazırlanması;
  • Tərəfdaş universitetlərdə müəllimlər və tələbələr arasında “İnformasiya günü” adlı sürətli seminarların təşkili;
  • Layihəni onlayn dəstəkləmək üçün veb-portalın yaradılması.

ABUNƏ OL

s52s